Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-173/2024 12.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev X4 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdim: X3 məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq verilməmişdir. Belə ki, X3 şikayət ərizəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə aldığını, buna görə xx.xx.2024-cü il tarixdə şikayət verdiyini bildirsə də qərarın hansı tarixdə alınmasına dair yazılı sübutları məhkəməyə təqdim etməmiş, ərizəyə əlavə edilmiş poçt zərfindən olan möhürlərdəki tarixlərin isə qeyd olunan xx.xx.2024-cü il tarixdən əvvələ təsadüf etdiyi müəyyən edilmişdir. X3 müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə izah edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmə müraciət edilməsi mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-173/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-173/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver