Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-173/2025 09.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: ğlunun sədrliyi, Məhkəmə iclas katibi: katibliyi, Şərur Rayon İcra və X1, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxx 1964-cü ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 3 uşaqlı, ali təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Oğlanqala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 67221/2025-93-2-001 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 08 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-524/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3500 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək, verdiyi izahatında özünün tələbkar Müseyib Əhmədova xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3500 manat məbləğində borcunun olduğunu, bu borcun böyük bir qismini ödəmələrində gecikmələr olsa da bugünədək tələbkar Müseyib Əhmədova ödədyini, bugünədək cəmi 2560 manat ödəniş etdiyini, sonuncu ödənişini xx.xx.2025-ci il tarixdə etdiyini, hal-hazırda özünün tələbkar Müseyib Əhmədova cəmi 940 manat borcunun qaldığını, bu borcu da səhhətində (gözündə) yaranmış problemlərlə əlaqədar olaraq ödəyə bilmədiyini, lakin ona imkan verdildiyi təqdirdə qalan borcunu hissə hissə qısa bir zamanda ödəyəcəyini bildirərək, məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilən 2(110)-524/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə görə 3500 manat pul vəsaitinin alınaraq X3 ödənilməsi qət edildiyini, Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin icra sənədinin Şəxs tərəfindən bugünədək icra edilmədiyini bildirərək, şəxsin barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 08 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs barəsində olan 2(110)-524/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3500 manat məbləğində borcu ödəməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-524/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iş üzrə cavabdeh Şəxs 7200 (yeddi min iki yüz) manat məbləğində pulun iddiaçı X3 ödəməyi öhdəsinə götürərək barışıq sazişi bağlamışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şərur Rayon Məhkəməsinin 2(110)-524/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025- ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli arayış-məlumatdan görünür ki, borclu Şəxs 3-cü qrup əlil olmaqla ayda 150 manat pensiya alır. Milliön elektron ödəmə sistemi vasitəsilə edilmiş xx.xx.2024-cü il tarixli, ********** əməliyyat №-li qəbzdən görünür ki, borclu Şəxs həmin tarixdə tələbkara 500 manat məbləğində ödəniş etmişdir. Milliön elektron ödəmə sistemi vasitəsilə edilmiş xx.xx.2024-cü il tarixli, **********1 əməliyyat №-li qəbzdən görünür ki, borclu Şəxs həmin tarixdə tələbkara 250 manat məbləğində ödəniş etmişdir. Milliön elektron ödəmə sistemi vasitəsilə edilmiş xx.xx.2024-cü il tarixli, **********3 əməliyyat №-li qəbzdən görünür ki, borclu Şəxs həmin tarixdə tələbkara 230 manat məbləğində ödəniş etmişdir. Milliön elektron ödəmə sistemi vasitəsilə edilmiş xx.xx.2024-cü il tarixli, **********7 əməliyyat №-li qəbzdən görünür ki, borclu Şəxs həmin tarixdə tələbkara 300 manat məbləğində ödəniş etmişdir. Milliön elektron ödəmə sistemi vasitəsilə edilmiş xx.xx.2024-cü il tarixli, ********** əməliyyat №-li qəbzdən görünür ki, borclu Şəxs həmin tarixdə tələbkara 1100 manat məbləğində ödəniş etmişdir. Mpay ödəmə sistemi vasitəsilə edilmiş xx.xx.2025-ci il tarixli, ********** əməliyyat №-li qəbzdən görünür ki, borclu Şəxs həmin tarixdə tələbkara 180 manat məbləğində ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək üçün ilk olaraq işin faktiki halları ilə normanın əlamətləri diqqətlə müqayisə edilməlidir. Məhkəmə işin faktiki halları ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətlərini müqayisə edərkən qeyd etməyi zəruri hesab edir ki, bu prosesdə ilk olaraq fikir verilməli əsas məqam-hazırki iş üzrə icra sənədindəki tələbin borclu tərəfindən icra edilməməsinin üzürlü və ya üzrsüz səbəblərdən olub-olmamasıdır. Beləliklə də, məhkəmədə baxışı zamanı müəyyən olunan işin faktiki hallarından , o cümlədən borclu Şəxs məhkəməyə təqdim etdiyi qəbzlərdən də aydın olur ki, o, icra sənədi üzrə qalan 3500 manat məbləğində borcundan mütəmadi olaraq hissə-hissə ödəniş etməklə, bugünədək cəmi 2560 manat məbləğində ödəniş etmiş, qalan borcunu isə səhhətində olan problemlərlə bağlı əlaqədar olaraq edə bilməmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, borclu Şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsi üzrsüz səbəbdən baş verməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, borclunun tələbin yönəldilə biləcəyi gəliri (150 manat məbləğində pensiyası) olmasına baxmayaraq, icra məmuru tərəfindən bu barədə heç bir tədbir görülməmiş, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı bütün imkanlar tükənmədən şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra sənədi üzrə borclu tərəfindən mütəmadi olaraq ödənişlər edilməsinə baxmayaq, icra məmurunun bu ödənişlərdən xəbərinin olmaması və icra sənədi üzrə borclunun 3500 manat borcunun olmasına istinad edilərək onun barəsində inzibati protokol tərtib edilməsi icra məmurunun öz vəzifələrinə səhlənkar yanaşmasının bariz nümunəsidir. Belə ki, icra məmuru işin faktiki hallarını azcıq araşdırsaydı, şəxsin əməllərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmadığını görə bilərdi. Məhkmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib edilməməsi obyektiv qiymətləndirilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
1. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Abil Orucəliyev