Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-177/2024 05.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı: Şərur rayonu Zeyvə kəndi, AZ6800, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ünvanına idxal edilən “ərik” yükü Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin Gömrük sərhədindən keçirilməsi üçün yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə qaydalarının 2.2-ci bəndinin tələblərinə əsasən Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi malların Gömrük sərhədini keçməsindən ən azı bir (bir) saat əvvəl verilməli olduğu halda, həmin yük xx.xx.2024-cü il tarixində saat 14:11-də 68CA138/68ZB138 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin qeyd edilən yükə dair Gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixində saat 13:18-ə verilmişdir, bununla da o, Azərbaycan Respublikası İXM-nın 485.2-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüseynoğulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsini daşıdığını, "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti qida məhsullarının, meyvə-tərəvəzin və.s malların ölkə ərazisinə ixracı və idxalı olduğunu, təmsil etdiyi hüquqi şəxsin ünvanına Türkiyə Respublikasından idxal etdikləri ərik yükünün xx.xx.2024-cü il tarixdə 68CA138/68ZB138 dövlət nişanlı avtonəqliyyat vasitəsilə ölkəyə daxil olduqlarını, həmin gün saat 13:18-də qeyd edilən yükə dair elektron formada qısa idxal bəyannaməsini təsdiq edib gömrük sisteminə daxil etdiklərini, nəqliyyat vasitəsi iqtisadi idxal bəyannaməsinin verilməsindən bir saat sonra yəni 14:23-dən Sədərək gömrüyünə yaxınlaşaraq ölkəyə giriş barədə qeydiyyata düşdüyünü, lakin ertəsi gün Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində yükün rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşının hüquqi şəxsin ünvanına ərik yükü gətirən 68CA138/68ZB138 dövlət nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 14:11-də ölkə ərazisinə daxil olduğunu, həmin gün saat 13:18-də qeyd edilən yükə dair elektron formada qısa idxal bəyannaməsini verdikləri üçün 1 saatdan tez müddətdə ölkə ərazisinə daxil olduqları üçün cərimə olunacaqlarını bildirdiyini, özlərini təqsirli bilmədiyini, neçə vaxtdır bu fəaliyyətlə məşğul olduqlarını, birinci dəfədir belə bir halla rastlaşdıqlarını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materialında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. - Gömrük bəyannaməsinin surətindən və Vahid X1 informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X3 icraatında olan 18000-01579/24 nömrəli inzibati xəta işi üzrə araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib etdiyini, ondan ötrü ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixində 68CA138/68ZB138 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə ölkəyə idxal edilmiş “ərik yükünün Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü vahoid X1 informasiya resursuna baxış keçirmiş, baxış zamanı müıyyən olunmuşdur ki, "xxxx" MMC-nin (VÖEN:**********) ) ünvanına Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixində 68CA138/68ZB138 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə ölkəyə idxal edilmiş “ərik yükü xx.xx.2024-cü il tarixində saat 14:11-də Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək gömrük postu vasitəsilə ölkə ərazisinə keçirilmiş, lakin qeyd edilən hüquqi çəxs tərəfindən elektron formada qısa idxal bəyannaməsi həmin gün saat 13:18-də verilmiş və bununla da qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, AR Dövət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və araşdıdırmanın aparılması qərara alınmışdır; -xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) ünvanına idxal edilən “ ərik” yükü Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin Gömrük sərhədindən keçirilməsi üçün yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə qaydalarının 2.2-ci bəndinin tələblərinə əsasən Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi malların Gömrük sərhədini keçməsindən ən azı bir (bir) saat əvvəl verilməli olduğu halda, həmin yük xx.xx.2024-cü il tarixində saat 14:11-də 68CA138/68ZB138 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Naxçıvan Baş Gömrük İdarəsinin “ Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin qeyd edilən yükə dair Gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixində saat 13:18-ə verilmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nın 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 485.2 maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilməməsi halı möcud olmalı idi. Lakin iş materiallında olan sənədlərdən görünür ki, hüquqi şəxs tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilmişdir. Hazırda tərtib olunmuş inzibati xəta haqqında protola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vaxtından əvvəl ölkə ərazisini daxil olması əsasına görə Azərbaycan Respublikasının İXM-nin 485.2 maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-177/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-177/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver