Məhkəmə qərarları › İş №3(110)-179/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-179/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-179/2024 07.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Şikayət verən şəxs X4 və Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin inspektoru X3 iştirakları ilə X4 Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X8 şikayətində Şərur rayon Həmzəli kəndində yerləşən ərzaq mağazasını 2023-cü ilin mart ayında müəyyən olunmuş vergini ödəyərək işlətdiyini, 20 iyun 2024-cü il tarixdə DYNİ-nin inspektoru X5 tərəfindən onun barəsində MN ******* nömrəli protokol tərtib olunduğunu, 27 iyun 2024cü il tarixdə isə DYNİ-nin rəisi tərəfindən 150 manat məbləğində cərimə olunması barədə MN ******* nömrəli qərar qəbul edildiyini, mağazanın onun mülkiyyətində olmadığnı, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin tabeliyində olduğunu, həmin mağazanın tikilib təhvil verilməsi zamanı DYNİ-nin rəyi alındıqdan sonra mağazanın xidmət göstərməsinə icazə verildiyini, mağazada qapının içəri açılması nəticəsində yanğın təhlükəsizliyi qaydalarının pozulmasının əsas gətirilməsi və onun üzərinə cərimə yazılmasının əsassız olduğunu, ona görə ki, mağazanı onun inşa etmədiyini və mağazanın özünün icazə vermədiyini, buna görə də 150 manat məbləğində cərimə olunması barədə DYNİ-nin rəisi tərəfindən 27 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv olunması barədə qərarın qəbul olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən şəxs X8 şikayət ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən icarəyə götürərək işlətdiyi mağazanın inzibati sığorta müqaviləsinin bağlanmaması, mağazanın giriş-çıxış qapısı çıxış istiqamətində açılmamasını, yanğın xəbərdarlıq siqnalizasiyasının olmamasının əsas gətirilərək, barəsində inzibati xəta protokol tərtib edildiyini, həmin mağazanın istifadəyə yararlı olmasına Naxçıvan MR Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq edildiyini, Mağazanın Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin balansında olduğunu, icarəyə götürdüyünü, mağazanın giriş-çıxış qapısına dəyişiklik etməyin onun ixtiyarında olmadığını, yanğın xəbərdarlıq siqnalizasiyasının qoşulmalı olduğunuda bilmirəm, onu qoşmağa imkanınında olmadığını, elektrik xətlərinin izolizasiyası qatının gərginliyə qarşı müqavimət aktının hardan alınmalı olduğunu bilmədiyini, yalnız sonradan sığorta müqaviləsini bağladığını, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən müəyyən olunmuş cəriməni ödəyə bilməyəcəyini qeyd edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin inspektoru X5 izahatında Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin yeni yaradıldığını, əvvəllər həmin idarə olmadığı üçün mağazalarda və digər obyektlərdə yoxlanış aparılmadığını, 2024-cü ilin əvvəllərindən etibarən yoxlamalar keçirildiyini, X4 işlətdiyi mağazada yoxlama aparılarkən inzibati sığorta müqaviləsinin bağlanmaması, mağazanın giriş-çıxış qapısı çıxış istiqamətində açılmamasını, yanğın xəbərdarlıq siqnalizasiyasının olmaması və elektrik xətlərinin izolyasiya qatının gərginliyə qarşı müqavimət aktı tərtib olunmaması səbəbindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyini, vətəndaşa həmin nöqsanların aradan qaldırılmasının tövsiyyə olunduğunu, əks halda yenidən yoxlama aparılarkən həmin nöqsanlar yenidən aşkar olunarsa barəsində daha ağır inzibati tənbeh olunacağını qeyd edərək, məhkəmədən şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin 20 iyun 2024-cü il tarixli 1434 nömrəli yanğın texniki müayinə aktndan görünür ki, Şərur rayon Həmzəli kəndində X7 məxsus obyektə müayinə zamanı qeyd qanun pozuntuları aşkar olunmuşdur – Yanğın Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 23cü maddəsində nəzərdə tutulan inzibati sığorta müqaviləsi bağlanmamışdır. (Əsas YTHARQ-nun 23-cü maddə) Mağazanın giriş-çıxış qapısı çıxış istiqamətində açılmır. (Əsas YTQ 01.2001 bənd 5.2) Yanğın xəbərverici siqnalizasiya qurğuları ilə təmin olunmayıb. (Əsas Əsas YTQ 01.2001 bənd 9 Elektrik xətlərinin izolizasiyası qatının gərginliyə qarşı müqavimət aktı tərtib olunmayıb. (Əsas YTQ 03.2002 bənd 3.19.2) - xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 20 iyun 2024-cü il tarixdə Şərur rayon Həmzəli kəndində yerləşən ərzaq mağazasında planlı YTM zamanı YTQ 01.2001 bənd 5.2, 9.1 YTQ 03.2002 bənd 3.19.2 maddəsində nəzərdə tutulmuş qaydaları pozaraq inzibati xəta törətmişdir. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;. - Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin inspektoru X5 tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin 27 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1- ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, X8 şikayət ərizəsində Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin 27 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, inzibati orqanın gəldiyi nəticə ilə mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda östərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsədə, məhkəmə baxışı iclasında verdiyi izahatında həqiqətəndə qeyd olunan nöqsanlar onun işlətdiyi mağazada aşkar edildiyini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; - 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; -134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin 27 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar