Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-18/2023 26.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur rayon Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, ali təhsilli, özünə məxsus mağazada işləyən, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və hal-hazırda Şərur rayon Xələc kəndində yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə Xələc kənd icra nümayəndəsi Əvəz Mehdiyevin ona günorta saat 14:00-da Şərur rayon İcra Hakimiyyətinə gedərək, ica başçısının müavini Novruz Süleymanovun qəbulunda olmasını ona bildirdiyini, icra hakimiyyətinə gedərək Novruz Süleymanovun qəbulunda olduğunu, Novruz Süleymanovun ona işlətdiyi çayxananın standartlara cavab vermədiyini bildirdiyini, buna etiraz edərək, səsi tutulduğundan uca səslə öz iradlarını bildirdiyini, “bir rayonu siz idarə edirsiniz, mən isə öz ailəmi dolandırmaq üçün çayxana işlətmək məcburiyyətindəyəm sözlərini dediyini, sonradan onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən çox peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında 2010-cu ildən Şərur rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 15:20 radələrində öz xidməti otağında işləri ilə məşğul olan zaman ucadan səs-küy eşitdiyini, bu zaman dərhal otaqdan çıxdığını, səs-küyün qəbul otağından gəldiyini eşidərək oraya getdiyini, qəbul otağına daxil olduqda sonradan adları ona məlum olan Xələc kənd sakinləri Şəxs və onun atası Rəhimov Nurəddinin uca səslə ünvansız nalayiq ifadələr işlətdiklərini gördüyünü, həmin vaxt qəbul otağında Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun, onun müavini Novruz Süleymanovun, qəbul şöbəsində məsul şəxs olan Mais Cavadovun olduğunu, Maislə birlikdə Yalçın və atası Nurəddini sakitləşdirərək, qəbul otağında çölə çıxardıqlarını, onların uca səslə nalayiq ifadələr işlədərək oradan uzaqlaşdıqlarını, daha sonra onların barəsində müvafiq akt tərtib olunaraq Şərur rayon Polis İdarəsinə göndərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X8 izahatında və verilən suallara cavabında 2018-ci il tarixdən Şərur rayon İcra Hakimiyyətinin aparatında böyük məsləhətçi vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 15:20 radələrində İcra Hakimiyyətində qəbul şöbəsində məsul şəxs olduğunu, bu zaman özünü Xələc kənd sakini kimi tanıdan Şəxs Şərur rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Süleymanovun onu qəbula çağırdığını bildirdiyini, onu Novruz Süleymanovun qəbuluna göndərdiyini, bundan sonra atası Nurəddin Rəhimovun qəbul şöbəsinə gəldiyini, Yalçının isə Novruz Süleymanovun qəbulundan çıxdıqdan sonra orada olan atası Nurəddin Rəhimovla birlikdə qəbul şöbəsində səs-küy saldıqlarını, bu zaman Şərur rayon İcra Hakimiyyətinin başısı Kamal Cəfərov və onun müavini Novruz Süleymanovun qəbul şöbəsinə gəldiklərini, Yalçının və Nurəddinin icra başçısını gördükdən sonra uca səslə nalayiq ifadələr işlətdiklərini, səs-küyə gələn baş məsləhətçi Baadin Qasımovla birlikdə onları sakitləşdirərək qəbul şöbəsindən çölə çıxardıqlarını daha sonra onların barəsində müvafiq akt tərtib olunaraq Şərur rayon Polis İdarəsinə göndərildiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs işlətdiyi Şərur rayon Xələc kəndində yerləşən çayxana standartlara cavab vermir. İş materiallarına əlavə olunmuş Şərur rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Xələc kənd sakinləri Şəxs və X5 vəzifəli şəxsin göstərişlərinə tabe olmamış, verilən suallara cavab verməmiş, ictimai qaydanı kobud surətdə pozaraq zor tətbiq etmə hədəsi ilə müşayiət olunan hərəkətlərə yol vermiş və dövlət idarəsində qəbulda iştirak edən əməkdaşlara nalayiq ifadələr işlətmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir İş materiallarına əlavə olunmuş 0320 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 2245-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008963 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində Şərur rayon İcra Hakimiyyətinin inzibati binasında uca səslə səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs X1 peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, himayəsində xəstə yardıma ehtiyacı olan anasının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-18/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-18/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver