Məhkəmə qərarları › İş №3(110)-18/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-18/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-18/2025 10.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayəndəsi X3, şikayət verən şəxs X2 iştirakı ilə, X2 Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ N 25738201 nömrəli İnzibati xəta haqqında Elelktron qərardan verdiyi şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən şəxs X2 şikayətinin məzmunundan görünür ki, o, Naxçıvan MR Şərur rayon Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli EQ N 25738201 nömrəli İnzibati Tənbeh vermə haqqında qərarından narazıdır, məsələyə hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayətində bildirmişdir ki, mənə xx.xx.2025-ci il saat 11:34 radələrində şəxsi istifadəmdə olan Lifan-320 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilimə Şərur rayon "Yaşıl bazar" ticarət mərkəzinin parklanma zonasında DYP əməkdaşı X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.4-cü (Yanqoşqusu olmayan motosikletlər, mepedlər, velosipedlər və kiçik elektrik nəqiliyyat vasitələri istisna olmaqla, digər nəqiliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə.) maddəsinə əsasən EQ N 25738201 seriya nömrəli protokol tərtib olunmuşdur. Bu protokola əsasən mənə 80 manat məbləğində və 2 cərimə balı miqdarında cəza tətbiq olunmuşdur. DYP əməkdaşının yazdığı bu protokolu tamamilə əsassız hesab edirəm. Əsaslandırıram ki, avtomobilimi saxladığım ərazi "Yaşıl bazar" adlı ticarət mərkəzinin parklanma zonasına daxildir. Çünki burada avtomobillərin saxlanması üçün nəzərdə tutulan parklama zolaqları çəkilmişdir. Mənə tətbiq olunan maddədə "yolun hərəkət hissəsinin kənarında" ifadəsi işlədilmişdir. Məhkəmə baxışı iclasına iştirak edən şikayət verən şəxs X6 şikayətində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında həmin ərazidə dayanma - durmanın qadağan olunmasına dair heç bir işarənin olmadığını, avtomobilini saxladığı yerin yolun hərəkət hissəsi olmadığını, avtomobilini parklanma zolağında saxladığını, həmin hissədə piyada zolağının da olduğunu,, buna əsasən qərarın qanunsuz olduğunu hesab etdiyini qeyd edərək, məhkəmədən şikayətin təmin olunaraq Naxçıvan MR Şərur rayon Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli EQ N 25738201 nömrəli İnzibati xəta haqqında Elelktron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasına iştirak edən Şərur Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin nümayənəsi X8 izahatında X2 verdiyi şikayətin əsassız olduğunu, xx.xx.2025-ci il tarixdə Şərur şəhərində “Yaşıl Bazar” adlanan bazarın giriş hissəsində yolun hərəkət hissəsində Lifan-320 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin sönül vəziyyətdə dayandığını, bunun iş materiallarında olan fotoşəkillərdən də aydın göründüyünü, Şərur rayon Polis İdarəsinin DYP bölməsinin X1 həmin avtomobilin fotoşəkillərini çəkərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, avtomobilin saxlandığı yerin yolu hərəkət hissəsi olduğu üçün orada dayanmaq, durmaq qadağandır yol nişanlarının olmadığını, qərarın qanuni olduğunu qeyd edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasına iştirak edən şahid X7 izahatında xx.xx.2025-ci il tarixdə Şərur şəhərində “Yaşıl Bazar” adlanan bazarın giriş hissəsində yolun hərəkət hissəsində Lifan-320 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin sönül vəziyyətdə dayandığını gördüyünü, həmin yolun bazarın giriş hissəsi olduğunu, orada parklanma nəzərdə tutulmadığını, avtomobilin sürücüsünün orada olmadığını, sürücünün avtomobilin içərisində olmadığını görüb avtomobilin fotoşəkillərini çəkərək, sürücü barəsində elektron qərar çıxarıldığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş: - xx.xx.2025-ci il tarixli EQ N 25738201 nömrəli İnzibati xəta haqqında Elektron qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsinin tələbləri pozaraq inizbati xəta törətmişdir; Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət vermiş şəxs X6 məhkəmə iclasında yolun həmin hissəsində dayanma durmanın qadağan olunmasına dair heç bir işarənin olmadığını, avtomobilini saxladığı yerin yolun hərəkət hissəsi olmadığını, parklanma zolağı olduğunu bildirsə də, onun qeyd etdikləri iş materialında olan fotoşəkillərlə təkzib edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən də müəyyən edilir ki, Lifan-320 markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanqonşusu yoxdur və yolun hərəkət hissəsində dayanmışdır. Belə olduğu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətdə göstərilən və eləcə də şikayət verən şəxsin məhkəmədə qeyd etdikləri onun inzibati məsuliyyətdən yayınmaq istəməsi qənaətinə gəlməyə əsas verir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə görə yolun hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir, yəni bu, yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər. Nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Sözügedən qayda pozuntusuna gəldikdə isə qeyd edilməlidir ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması isə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Beləliklə də, məhkəmə hesab edir ki, şikayətçi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X2 Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli EQ N 25738201 nömrəli inzibati tənbeh vermə haqqında Elektron qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd edilsin. Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2025-ci il tarixli EQ N 25738201 nömrəli inzibati tənbeh vermə haqqında Elelktron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar