Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-180/2025 17.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Cmiz qızının katibliyi, Barəsində inzibati xəta Şəxs, haqqında iş üzrə icraat aparılan şəxs: Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxx 1965-ci ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Tumaslı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi qaydada taksi fəaliyyəti ilə məğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-14/2-1652/225 nömrəli məktubu ilə Şərur Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunun 43-cü km-də X2 idarə etdiyi “X6” markalı **- BF-*** qeydiyyat nişanlı avtomobilə arxadan vurmuş və nəticədə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Faktla bağlı Naxçıvan MR DİN-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ilkin araşdırma aparılaraq Şəxs əməllərində cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin Şəxs əməllərində inzibati xəta əlamətləri olduğundan onun barəsində 08 iyul 2025-ci il tarixdə Naxçıvan MR İnzibati təcrübə üzrə baş inspektor polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü təqsirli bilərək taksi fəaliyyəti ilə məşğul olduğunu, hadisə günü zərərçəkmiş qızları üniversitetdən götürdüyünü, Naxçıvan şəhərindən gəldiyini, yoldan bir nəfər də Qarabağlar kənd sakini götürdüyünü, onu yol üzərində endirdiyini, Püsyan yoluna çatanda həmin maşının ondan öndə olduğunu, onun telefonuna mesaj gəldiyini, başı qarışdığını, o səbəbdən də qəza törətdiyini, qəza zamanı qızların da xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında qəza nəticəsində sağ ayağında və döş qəfəsində əzilmələr olduğunu, qəzanın necə baş verdiyini anlamadığını, qəzadan yüngül yaralar aldığını, özünün hal-hazırda Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında hadisə zamanı telefonla oynadığını, qarşıya baxmadığını, Püsyan yoluna çatanda birdən qəza olduğunu, qəza nəticəsində burnunun qırıldığını, bədənində və alnında çapıq olduğunu, özünün halhazırda Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyul 2025-ci il tarixli qərarın surətindən görünür ki, Naxçıvan MR DİN-nin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNH dair işlər üzrə İstintaq və Təhqiqat qrupunun müstəntiqi Fədair Nəbiyev tərəfindən ilkin araşdırma aparılaraq Şəxs əməllərində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 08 iyul 2025-ci il tarixli, İXP ******* seriyalı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327-8-ci maddəsi ilə protokol tərtib edilmişdir. 04 iyun 2025-ci il tarixli 358 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisənin baş verdiyi vaxt sərxoş olmamışdır. 21 iyun 2025-ci il tarixli 318 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza və X1 canlı şəxsinin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səhti üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsində hematoma və sağ baldırında qançır, küt mexanizimdən, bərk əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri istisna olmur. Xəsarətlərin yertirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 21 iyun 2025-ci il tarixli 319 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza və X1 canlı şəxsinin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səhti üzərində aşkar edilmiş xəsarətlər- alnında yara, dərialtı hematoma, burnunda sınıq, küt mexanizimdən, bərk əşyanın (əşyaların) təsirindən törənmişdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri istisna olmur. Xəsarətlərin yertirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinin tələblərinə uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3(110)-180/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-180/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver