Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-183/2025 30.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarının ləğv olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsə və inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə əsasən mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsinin baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını X1 ərizəsi ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №3(110)-183/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-183/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver