Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-184/2023 07.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1954-cü ildə Şərur rayon Aşağı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs mülki silahın əldə edilməsi və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahı əldə edərək saxladığına görə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur rayon Polis İdarəsi tərəfindən 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vermiş olduğu izahatında 1977-ci ildən ovçular cəmiyyətinin üzvü olduğunu, hal-hazırda üzvü olduğu cəmiyyətin ləğv olunduğunu, uşaqlıq illərindən ovçuluq peşəsinə yüksən marağı olduğunu, təxminən 30 il bundan əvvəl Şərur rayon Polis şöbəsindən özünə 01 ədəd qanuni ov silahı sənədləşdirdiyini, həmin silahın hal-hazırda onun olduğunu, əlavə olaraq təxminən 25 il bundan əvvəl Türkiyə Respublikasına gedərək oradan özünə tək lülə ov silahı aldığını, həmin silahı Sədərək Gömrük məntəqəsindən keçirdərək Şərur rayon Aşağı Aralıq kəndində yerləşən evinin padvalında olan seyfə qoyduğunu, daha sonra yenidən Türkiyə Respublikasına gedərək oradan Winchester markalı silah aldığını, həmin silahıda gömrükdən keçirdərək evinə gətirdiyini, bundan bir neş il sonra tanışı olan Culfa rayon sakini Fəxri adlı şəxsdən 60 manata 16 kalibrli tək lülə silah aldığını, özünə məxsus 03 ədəd qanunsuz silahı indiyədək Şərur rayon Aşağı Aralıq kəndində yerləşən evinin eyvanında dəmir seyfin içərisində saxladığını, həmin silahın onda olması və harada saxlaması barədə ondan başqa heç kimin məlumatının olmadığını, 25 may 2023-cü il tarixdə tanımadığı bir polis əməkdaşının ona zəng vuraraq onu Şərur rayon Polis İdarəsinə dəvət etdiyini, onun həmin vaxt sarımsaq yediyi üçün idarəyə gəlmək istəmədiyini, həmin polis əməkdaşına sabahsı gün gəlmək istədiyini bildirdiyini, polis əməkdaşından ona zəng gəldiyi üçün onun narahat olduğunu və silahlar üçün onu idarəyə dəvət etdiklərini düşündüyünü, bu səbəbdən də evində qanunsuz saxladığı silahı götürərək onunla qonşuluqda yaşayan X9gilə getdiyini, Qalibə özü ilə gətirdiyi 03 ədəd silahı göstərərk Bakı şəhərinə gedəcəyini bildirdiyini və ondan həmin silahları o gələnədək öz evində saxlamasını xahiş etdiyini, daha sonra 26 may 2023-cü il tarixdə səhər saatlarında Şərur rayon Polis İdarəsinə gəldiyini, orada olan zaman polis əməkdaşlarının ondan qanunsuz saxlanılan silahının olub-olmadığını soruşduqlarını, həmin vaxt onun polis əməkdaşlarına 03 ədəd qanunsuz saxlanılan silahı olduğunu bildirdiyini, evindən götürülmüş digər döyüş sursatlarının onun qanuni icazəsi olan silahına məxsus olduğunun aydınlaşdırıldığını, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X2 izahatında xx.xx.2023-cü il tarixdə günorta saatlarında Şərur rayon Aşağı Aralıq kəndində olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq Aşağı Aralıq sakini Şəxs evinə baxış keçirəcəklərini bildirdiklərini və ondan həmin baxışda iştirak etmək istədiklərini bildirdiklərini, onlarla razılaşıb polis əməkdaşları ilə birlikdə Şəxs məxsus evə getdiyini, polis əməkdaşlarının həmin evə baxış keçirən zaman evdə yatağın üzərindən üç ədəd modelinin nə olduğunu bilmədiyi silahları aşkar edilərək götürdüklərini, daha sonra protokol tərtib olunduğunu və onun həmin protokolu oxuduqdan sonra onun üzərinə öz imzasını çəkdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X6 da digər şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, şahidlərin izahatları, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Şərur rayon Polis İdarəsi Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də inzibati xəta törətmiş şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 yaşadığı Şərur rayon Aşağı Aralıq kəndində yerləşən evinin yataq otağındakı çarpayının üzərində üç ədəd ov silahı aşkar edilmiş və götürülmüş və Qalib Quliyev həmin silahları saxlaması üçün Şəxs verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 585-586 nömrəli ekspert rəyindən görünür ki, 1) Təqdim edilmiş silah Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “Teksan” markalı 191 seriya nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngidir, yivsiz (hamar lüləli) odlu ov silahıdır, saz vəziyyətdədir. 2) Təqdim edilmiş silah Türkiyə Respublikasında zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronunun uzunluğu 76 mm olan “Derya” markalı Lion FX4 modelli, 12-124 seriya nömrəli, xarici çaxmaqlı, yarımavtomatik(özüdolduran) təklüləli tüfəngidir, yivsiz (hamar lüləli) odlu ov silahıdır, saz vəziyyətdədir. 3) Təqdim edilmiş silah keçmiş SSRİ (lah-hazırda Rusiya) zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “ИЖ-18EM” modelli A 39215 seriya nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngidir, yivsiz (hamar lüləli) odlu ov silahıdır, saz vəziyyətdədir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 evində 03 ədəd qanunsuz silah saxlanması barədə toplanmış 166 saylı material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002688 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şərur rayon Aşağı Aralıq kəndində Şəxs aldığı 3 ədəd ov silahını saxlamışdır. X1 müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış mülki ov silahı əldə etməklə və saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan Şərur rayon Polis İdarəsinin İTŞ-nin rəisi VMİE X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 götürülmüş 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “Teksan” markalı 191 seriya nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəng, 12 kalibrli, patronunun uzunluğu 76 mm olan “Derya” markalı Lion FX4 modelli, 12-124 seriya nömrəli, xarici çaxmaqlı, yarımavtomatik(özüdolduran) təklüləli tüfəng, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “ИЖ- 18EM” modelli A 39215 seriya nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəng saxlanması üçün Şərur rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-43-12/2- 5622/2023 nömrəli məktubundan görünür ki, Şərur rayon Aşağı Aralıq kənd sakinləri X9 və Şəxs götürülmüş 3 ədəd ov silahı Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; -26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin qeyd olunmalıdır ki, Şərur Rayon Məhkəməsinin 3(110)-183/2023 saylı, 07 avqust 2023cü il tarixli qərarı ilə eyni iş üzrə maddi sübut olan törədilmiş inzibati xətanın premeti olan 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “Teksan” markalı 191 seriya nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngin, 12 kalibrli, patronunun uzunluğu 76 mm olan “Derya” markalı Lion FX4 modelli, 12-124 seriya nömrəli, xarici çaxmaqlı, yarımavtomatik (özüdolduran) təklüləli tüfəngin, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “ИЖ-18EM” modelli A 39215 seriya nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngin dövlət nəfinə müsadirə edilməsi qərara alınmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalı, Şərur Rayon Məhkəməsinin 3(110)-183/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərarı ilə eyni iş üzrə maddi sübut və inzibati xətanın bilavasitə premeti olan 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “Teksan” markalı 191 seriya nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngin, 12 kalibrli, patronunun uzunluğu 76 mm olan “Derya” markalı Lion FX4 modelli, 12-124 seriya nömrəli, xarici çaxmaqlı, yarımavtomatik (özüdolduran) təklüləli tüfəngin, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “ИЖ-18EM” modelli A 39215 seriya nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngin dövlət nəfinə müsadirə edilməsinin qərara alınması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xətanın bilavasitə predmeti olmuş 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “Teksan” markalı 191 seriya nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngin, 12 kalibrli, patronunun uzunluğu 76 mm olan “Derya” markalı Lion FX4 modelli, 12-124 seriya nömrəli, xarici çaxmaqlı, yarımavtomatik (özüdolduran) təklüləli tüfəngin, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “ИЖ-18EM” modelli A 39215 seriya nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngin Şərur Rayon Məhkəməsinin 3(110)-5/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-184/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-184/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver