Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-184/2024 18.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 16 iyul 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o 02 iyun 2024-cü il tarixdə Şərur rayon Qorçulu kənd mərkəzində Şərur rayon Kürkənd kənd sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döymüşdür. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından görünür ki, Şərur rayon Qorçulu kəndində yaşadığını, 21 iyun 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində mağazaya gedən zaman kəndin mərkəzi hissəsinə xeyli sayda insan toplaşdığını gördüyünü, Nuridə Əhmədovanın yaşadığı evə naməlum şəxslərin gəldiyini, bu halın kənd sakinləri arasında narazılıq yaratdığını öyrəndiyini, kənd sakinlərinin bu barədə polisə məlumat verdiklərini, polis əməkdaşlarının gəldiyini və kənd sakinlərini dinlədikdən sonra növbəti gün idarəyə yaxınlaşmalarını məsləhət etdiklərini, bir müddət sonra kəndin mərkəzi hissəsində olan vaxt Nuridə Əhmədovanın yaşadığı evin yaxınlığından mübahisə səsləri gəldiyini eşitdiyini, digərləri ilə birlikdə həmin yerə getdiyini, həmkəndliləri Ceyhun, Əsgər, Elbrus, Aydın və digərlərinin orada olduğunu gördüyünü, onların Şərur rayon Kürkəndi kənd sakini Əsgər adlı şəxsi Nuridə Əhmədovanın yaşadığı evin həyətyanı sahəsində tutub döydüklərini anladığını, mübahisə vaxtı əlləri ilə Əsgər adlı şəxsin bədəninin müxtəlif nhiyələrindən vurduğunu, orada olan vaxt polis əməkdaşlarının onların gəldiyini, həmin şəxsi camaatın arasından çıxarıb avtomobilə əyləşdirdiklərini, təxminən 20 dəqiqə sonra sürücüsünün kim olduğunu bilmədiyi Mersedes markalı avtomobilin gələrək onların yanında dayandığını, kənd camaatının ondan nə üçün gəldiyini soruşduğunu, onun quyu qazmağa gəldiyini bildirdiyini, saat gec olduğundan onun yalan danışdığı hiss olunduğunu, həmin vaxt kənd camaatının avtomobilin sürücüsünün üzərinə hücum çəkərək onu döyməyə başladıqlarını, polis əməkdaşlarının ikinci şəxsi də avtomobilə əyləşdirdiklərini, daha sonra polis əməkdaşları kənd camaatını sakitləşdirib həmin iki şəxsi özləri ilə apardıqlarını bildirmişdir. İş üzrə zərərçəkən Zərərçəkmiş şəxs izahatından isə görünür ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, 21 iyun 2024-cü il tarixdə saat 20:00 radələrində Nuridənin onu və övladını Şərur rayon Şərur şəhərində yerləşən parka aparmağı xahiş etdiyini, qardaşlarının övladlarını da həmin gün parka gətirməyi planlaşdırdığını, həm onları, həm də qardaşlarının övladlarını parka gətirdiyini, saat 23:00 radələrində birlikdə Şərur şəhərindən çıxdıqlarını, əvvəlcə anası və qardaşlarınının övladlarını apardığını, sonra Qorçulu kəndinə doğru hərəkət etdiyini, Nuridənin yaşadığı evə çatdıqda onların avtomobildən düşdüklərini, Nuridənin balaca övladı Tural yatdığı üçün anasının onu qucağında yaşadığı evə apardığını, özünün isə onlara məxsus iki ədəd paketi avtomobildən götürüb evin giriş qapısının yanına qoyduğunu, sonra avtomobilə yaxınlaşdığını, bu zaman Ceyhun adlı şəxsin avtomobilə baxdığını görüb ondan nə üçün mənim baxdığını soruşduğunu, onu kənara çağırdığını, biraz irəlilədikdən sonra Ceyhunun onun çənə nahiyəsindən yumruqla vurduğunu, zərbənin təsirindən yıxıldığını, bu zaman təxminən 6 nəfərin ətrafına toplaşdığınını, onu döyə-döyə asfalt örtüklü yola apardıqlarını, orada təxminən 30 nəfərin olduğunu, onu döyməyə başladıqlarını, bu zaman polis əməkdaşlarının yaxınlaşın onu onların arasından çıxardıqlarını, onların avtomobili ilə oradan uzaqlaşarkən həmin şəxslərin əvvəlcə polis əməkdaşının idarə etdiyi avtomobili saxlatdırmaq istədiklərini, sonra isə kənardan gələn başqa bir avtomobili görüb həmin avtomobili saxlatdırıb sürücünü döyməyə başladıqlarını, polis əməkdaşlarının həmin şəxsi kənd sakinlərinin arasından çıxarıb avtomobilə əyləşdirib oradan uzaqlaşdırdıqlarını bildirmişdir. İş üzrə zərərçəkən X2 izahatından isə görünür ki, qardaşı Taleh ilə birlikdə kəndlərdə quyu qazaraq gəlir əldə etdiklərini, 21 iyun 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində taksi ilə Sədərək rayon Dəmirçi kəndinə getdiyini, orada su matoru yığdıqdan sonra yol maşınları ilə Qorçulu kənd yoluna gəldiyini, saat 22:00 radələrində qardaşı Talehə zəng vuraraq avtomobillə gəlib onu Qorçulu kənd yolundan götürməsini istədiyini, özünün isə piyada olaraq Yengicə kənd istiqamətində hərəkət etməyə başladığını bildirmişdir. İş üzrə zərərçəkən X3 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə saat təxminən 09:00 radələrində quyu qazmaq üçün Kəngərli rayon Xok kəndinə getdiyini, saat təxminən 22:00 radələrində işini bitirərək yola çıxdığını, yolda olan zaman qardaşı Salehin ona zəng vuraraq “məni Qorçulu yolundan götür” sözlərini dediyini, avtomobilim ilə onun dediyi istiqamətdə yola düşdüyünü, kəndləri yaxşı tanımadığı üçün Qorçulu kənd mərkəzinədək getdiyini, həmin vaxt kənd mərkəzində xeyli sayda insanın qaçışdığını gördüyünü, həmin vaxt maraq üçün avtomobili sağa çəkərək saxladığını, orada dava olduğunu başa düşdüyünü, avtomobillə geriyə dönərək getmək istəyən zaman həmin insanların toplu formada üzərinə gəldiyini, onlardan birinin əlini avtomobilin şüşəsindən içəri salaraq yaxasından yapışdığını, bu vaxt kimsənin onun dodaq nahiyəsindən yumruqla vurduğunu, dərhal polis əməkdaşlarının gələrək onların qarşısına keçdiyini, polis əməkdaşlarının qapını açaraq onu aşağı endirdiklərini, yanında duraraq həmin şəxslərdən kənarlaşdırmağa başladıqlarını, polis əməkdaşlarının yanı ilə gedən zaman sağ böyür nahiyəsindən kimsənin onu yumruqla vurduğunu bildirmişdir. İş üzrə zərərçəkən X1 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs anası Güllü Ələkbərovanın ona Şərur şəhərində yerləşən parka getməyi təklif etdiyini, saat 20:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini, onun idarə etdiyi avtomobillə Şərur şəhərinə gəldiyini, yolda Güllü Ələkbərovanın da avtomobilə əyləşdiyini və həmin parka gəldiklərini, saat 23:00 radələrində parkdan çıxdıqlarını, Zərərçəkmiş şəxs əvvəl anasıgili sonra isə onları evlərinə apardığını, yaşadığı evə çatdıqdan sonra Zərərçəkmiş şəxs avtomobili yaşadığımız evin yanında saxladığını, iki ədəd paketi yaşadığı evə gətirdiyini, getmək istəyən zaman bir nəfər şəxsin ona yaxınlaşıb onu kənara çəkdiyini, sonra 5-6 nəfərin onu döyməyə başladıqlarını, iki övladı ilə birlikdə onları aralaşdırmaq üçün onların yanına getdiyini, orada olanda Ceyhunun onun qarın nahiyəsindən təpiklə vurduğunu, sonra həmin şəxslərin uzaqlaşdıqlarını bildirmişdir. İş üzrə zərərçəkən X5 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində anası, qardaşı, Zərərçəkmiş şəxs, onun anası və qardaşlarının övladları ilə birlikdə Şərur şəhərinə parka getdiklərini, saat 23:00 radələrində parkdan çıxdıqlarını, yaşadığı evə çatdıqdan sonra Zərərçəkmiş şəxs avtomobili yaşadığı evin yanında saxladığını, iki ədəd paketi yaşadığı evə gətirdiyini, getmək istəyən zaman bir nəfər şəxsin ona yaxınlaşıb kənara çəkdiyini, sonra 5-6 nəfərin onu döyməyə başladıqlarını, anası və bacısı ilə birlikdə onları aralaşdırmaq üçün onların yanına getdiklərini, orada olanda onu kənara çəkmək istəyən bir nəfər şəxsin məni itələdiyini, sonra həmin şəxslər uzaqlaşdıqlarını bildirmişdir. İş üzrə zərərçəkən X6 izahatından isə görünür ki, 21 iyun 2024-cü il tarixdə saat 21:00 radələrində anası, qardaşı, Zərərçəkmiş şəxs, onun anası və qardaşlarının övladları ilə birlikdə Şərur şəhərinə parka getdiklərini, saat 23:00 radələrində anasıgilin qayıtdığını, onları Zərərçəkmiş şəxs gətirdiyini, o gedərkən naməlum şəxslərin onu döyməyə başladıqlarını, anası və bacısı ilə birlikdə onları aralaşdırmaq üçün onların yanına getdiklərini, orada olanda həmkəndlisi Ceyhun adlı şəxsin onun böyür nahiyəsindən yumruqla və ayaq nahiyəsindən təpiklə vurduğunu, sonra həmin şəxslər uzaqlaşdıqlarını bildirmişdir İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs Şərur rayon Qorçulu kənd mərkəzində Şərur rayon Kürkənd kənd sakini X7 qarşı güc tətbiq edərək onu döymüşdür. Müəyyən edilmişdir ki, qeyd edilən faktla bağlı Zərərçəkmiş şəxs daxili işlər orqanlarına müraciət etmiş, onun müraciəti əsasında Şərur Rayon Polis İdarəsində müvafiq araşdırma aparılmış və Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şərur rayon Qorçulu kənd sakini Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün qərarın surətinin Şərur Rayon Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi qeyd edilən qərar əsasında müvafiq araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif oluna bilməz. Belə ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin əlamətlərinə işarə edən dəlillər mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə görə cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Məhkəmə hesab edir ki, qeyd olunan əmələ hüquqi qiymət verilməsi cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; - 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir; - 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2024cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8, X4 və Şəxs barələrində toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 85, 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material aşkar edilmiş fakt üzrə cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Şərur Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-184/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-184/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver