Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-185/2023 25.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Şərur rayon Yengicə kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuş və polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında ögey anası Fərəcova Səmayə ilə aralarında mübahisə olduğunu, Səmayənin ona şər ataraq “qardaşının yoldaşına piz gözlə baxırsan” deyib onu söyüb təhqir etdiyini, yoldan keçəndə onun avtomobilini əzdiyini, son zamanlarda yenə onu şərləyib polisə şikayət etdiyini, xx.xx.2023-cü il tarixdə yenə onun barəsində polisə şikayət etdiyini, polis əməkdaşlarının oraya gəldiklərini, əsəbləşdiyi üçün səs küy saldığını, polis əməkdaşlarının tələblərinə tabe olmadığını, səs-küy salmağa davam etdiyini, polis əməkdaşlarının onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilmiş suallara cavabında Şəxs onu döydüyünü, təhqir etdiyini, buna görə də, aralarında mübahisə olduğunu, xx.xx.2023-cü il tarixdə gəlini X1 ona Turalın ona söz atdığını, onu təhqir etdiyini, ona “evdə heç kim olmayanda sənin başına oyun açacağam” dediyini, buna dözə bilməyib bu barədə Şərur rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X3 izahatında və verilmiş suallara cavabında Şəxs təxminən 5-6 aydır ki, ona sataşdığını, dəfələrlə onu təhqir etdiyini, ona əxlaqsız sözlər dediyini, xx.xx.2023-cü il tarixdə otlaq sahəsində olarkən Turalın onun qolundan tutduğunu, onu itələdiyini, Turalın ona “qaynanan evdə olmayanda sənin başına oyun açacağam” dediyini, ona qarşı əxlaqsız ifadələr işlətdiyini, bundan sonra qorxub evə tərfə qaçdığını, bu barədə qaynanası Səmayə Fərəcovaya məlumat verdiyini, onun da Şərur rayon Polis İdarəsinə şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında Şərur rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, X2 dəfələrlə Şəxs onları narahat etməsi barədə şikayət etdiyini, Şəxs dəfələrlə xəbərdarlıq etdiklərini, lakin əməllərinə davam etdiyini, xx.xx.2023-cü il tarixdə Səmayə Fərəcovanın yenidən onlara müraciət etdiyini, Turalın onları narahat etdiyini bildirdiyini, Yengicə kəndinin polis sahə rəisi Ruslan Məmmədovla həmin ünvana getdiklərini, Turalın orada Səmayə Fərəcova ilə mübahisə etdiyini, səs-küy saldığını gördüklərini, Turaldan hərəkətlərinə son qoymasını tələb etdiklərini, lakin Şəxs onların qanuni tələblərinə tabe olmadığını, öz hərəkətlərini davam etdirdiyini, həmin şəxsi Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, orada barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Şərur rayon Yengicə kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuş və polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2023-cü il tarixli 002695 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində Şərur rayon Yengicə kəndində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuş və polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağrılaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-185/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-185/2023
25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver