Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-186/2023 26.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev X1 Uğur Nağı oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Şərur rayon Yuxarı Daşarx kəndində su növbəsinə görə X3 təhqir etdiyi və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində çöldə bacısına aid torpaq sahəsi olan ərazidə su suvardığı zaman Əlizadə İbrahim tərəfindən suyu kəsilərək təhqir olunduğunu, İbrahimin ona nalayiq sözlər dediyini, onun isə İbrahimə cavabında saxtakarlıq etməməsini, özünün növbədə ondan əvvəl olduğunu, onun saxtakar olduğunu bildiyini, həmişə vətəndaşları şərləyib istifadə etdiyini, 30 ildir saxta pensiya aldığını dediyini, bu zaman İbrahimin ona nalayiq söz deyib ayrıldığını, 20 dəqiqədən sonra onu polis idarəsindən çağırdıqlarını bildirmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd olunan əməli törətməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, Şəxs X4 ilə şəxsi münasibət zəminində mübahisə etmiş və polisə verdiyi izahatında X2 da onu nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. İş üzrə protokol tərtib olunarkən yanlız X2 izahatına istinad edilmiş, Şəxs tərəfindən həmin əməlin törədilməsi ilə bağlı hər hansı mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, İXM-in 101-1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Yəni inzibati xəta haqqında protokol tərtib edilərkən ona inzibati xəta faktının olmasına dair müvafiq təsdiqedici sübutlar əlavə olunmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, təqdim olunmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanarkən inzibati xəta haqqında protokol və işin digər materialları həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı kimi məsələləri araşdırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana - Şərur Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-186/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-186/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver