Məhkəmə qərarları › İş №3(110)-187/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-187/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-187/2025 04.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Nağıyev Habil Adil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar tərtib etmiş orqanın səlahiyyətli Nazirliyinin X11 İdarəsinin nümayəndələri: inspektorları X2 və . X1 Barəsində inzibati xəta X3 iştirakları ilə haqqında iş üzrə icraat aparılan Hüquqi Şəxsin səlahiyyətli nümayəndəsi: ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinin 17 iyul 2025-ci il tarixli, 3-18-89/2-659/2025 №-li məktubu ilə Şəxs PHŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 16 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs PHŞ-də planlı YTM zamanı YTQ 01-2001 bənd 5.2, 4.4, 5.3, 6.1, 6.5, 9.3 və 9.1-in tələbləri pozulmuşdur. Faktla bağlı 16 iyul 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinin inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs PHŞ-nin şöbə müdiri X5 verdiyi izahatında protokolda qeyd olunan nöqsanların binanın tam konstruksiyasını dəyişmək üçün nəzərdə tutulduğunu, məsələn pilləkənlərin alt boşluğundakı köməkçi otaqları sökmək üçün kifayət qədər vəsait lazım olduğunu, xəstəxananın tək X13 Mərkəzindən ibarət olmadığını, belə ki, X7, Kəngərli və Sədərəkdə tibb mərkəzinin də olduğunu, hamısında işlərin ümumi görüldüyünü, xəstəxananın 2007-ci ildə əsasının qoyulduğunu, 2008-ci ildə istifadəyə verildiyini, təxliyyə qapılarının çıxış istiqamətində açılması ilə bağlı icra hakimiyyətinin mülki müdafiə qərargahlarının aktları olduğunu, 2025-ci il üçün əsaslı təmirin nəzərdə tutulduğunu, bu zaman onları dəyişməyin mümkün olduğunu, elektrik xətlərinin izolyasiya kartları ilə bağlı nöqsan, əsasən tender məsələsi olduğu üçün ona əl vura bilmədiklərini, Səhiyyə Nairliyindən icazə alınmalı olduğunu, ümumilikdə nöqsanları aradan qaldırmaq üçün vaxt istədiklərini, 2 ay ərzində bunları edə biləcəklərini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinin inspektoru X4 verdiyi izahatında 16 iyul 2025-ci il tarixdə əməkdaşlarla Şəxs PHŞ-də yoxlama apardıqlarını, bu zaman yanğın təhlükəsizliyi ilə bağlı bəzi nöqsanların aşkar olunduğunu, bununla bağlı protokol tərtib etdiyini, xəstəxananın kütləvi insanların toplaşdığı yer olduğunu, il ərzində istər ictimai iaşə obyektlərində, istərsə də dövlət binalarında mütəmadi yoxlama həyata keçirdiklərini, yoxlama nəticəsində akt yazıb protokol tərtib etdiklərini, protokolu şərti olaraq tərtib edib onlara 30 gün vaxt verdiklərini, bu müddətdə sahibkarların nöqsanları aradan qaldıraraq şəhərdə ərizə verdiklərini, bütün yoxlamaları Ədliyyə Nazirliyinin onlara verdiyi reyestrdən çıxarış əsasında 5 iş günü ərzində keçirdiklərini, sahibkarın ərizəsindən sonra digər əməkdaşların gedib yoxlama apardıqlarını, əgər nöqsanlar aradan qalxarsa protokola xitam verdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında dindirilən şəxslərin izahatları ilə yanaşı, inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Etibar Məmmədovun “Yanğın-texniki müayinənin aparılması haqqında” 1187 saylı, 30 iyun 2025-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən X13 Mərkəzi” PHŞ-də xx.xx.2025-ci il tarixdən xx.xx.2021-ci il tarixədək planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 İdarəsinin 1187 saylı, 16 iyul 2025-ci il tarixli “yanğın-texniki müayinə” aktından və “yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 1187 saylı, 16 iyul 2025-ci il tarixli qərarından görünür ki, X13 Mərkəzi” PHŞ-də taxta konstruksiyalı elementlərə odadavamlı məhlulun hopdurulmaması, təxliyyə qapılarının çıxış istiqamətində açılmaması, pilləkən qəfəslərinin boşluğunda köməkçi otaqların yerləşdiyi, elektrik xətlərinin izolyasiya qatının gərginliyə qarşı müqavimət aktının tərtib edilməməsi, altlıqları yanabilən elektrik çatdanlarından istifadə olunması, yanğın xəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməməsi, yanğın xəbərverici siqnalizasiya qurğularının layihəyə uyğun çəkilmədiyi müəyyən olunmuşdur. 16 iyul 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs PHŞ-də planlı YTM zamanı YTQ 01-2001 bənd 5.2, 4.4, 5.3, 6.1, 6.5, 9.3 və 9.1-in tələbləri pozulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs PHŞ-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs PHŞ-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs PHŞ yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş hüquqi şəxs Şəxs PHŞ həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən, xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, törədilən inzibati xətanın xarakterini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməli, həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, törədilmiş hüquqpozmanın aradan qaldırması üçün 1 (ibir) aylıq müddət müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 25, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs törətdiyi hüquqpozmanın (YTQ 01-2001 bəndi, 5.2, 4.4, 5.3, 6.1, 6.5, 9.3 və 9.1 bəndlərinin tələbləri) aradan qaldırması üçün 2 (iki) ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin.

3. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar