Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-188/2023 25.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Babək rayon Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Babək rayon Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan (FİN:5QW5UEA) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Naxçıvan MR DİN X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə «DAİMLER CHRYSLER» minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək yolunun 45-ci km-də hərəkətdə olarkən müvafiq sənədlərin təqdim olunması üçün saxlanılmış, baxış zamanı onda sərxoşluq əlamətləri olduğu üçün tibbi yoxlamadan keçirilmiş, yoxlama nəticəsində onun sərxoş olması müəyyən olunmuş, həmin tarixdə onun barəsində Naxçıvan MR DİN X6 İdarəsinin inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilmədiyini, belə ki, xx.xx.2023-cü il tarixdə Şərur rayonunda qayntasının evində yemək yedikdən sonra pivə qəbul etdiyini, gecə həmin evdə qaldıqdan sonra səhəri günü yəni bu gün dostuna məxsus olan ** BH *** dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı avtomobillə Naxçıvan şəhərinə hərəkət edərkən DYP-nin əməkdaşlarının onu təxminən Püsyan xanlıqlar yolunda saxladığını, səbə kimi təyin olunmuş sürət həddini aşmağını dediklərini, ondan sənədləri istədikdə üzərində olmadığını və avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını bildirdiyini, ondan sərxoş olduğunu soruşduqda onun axşam içdiyini bildirdiyini və o sırada YPX-nin xidməti maşınından alkotestr cihazını ona verib sərşoxluğunu yoxladıqlarını, həmin yoxlama nəticəsində onun 1.9 promil sərxoşluğunun müəyyən olunduğunu, bu yoxlamanın nəticəsi ilə razılaşmadığını və xəstəxanaya yoxlanış üçün getməyi tələb etdiyini, Kəngərli rayon xəstəxanasına getdiklərini və həkimin xəstəxanada alkotestr olmadığını dediyini, ona görə də X6 əməkdaşlarında olan həmin alkotestrlə yenidən sərxoşluğunu müayinə etdiklərini, yenə həmin nəticənin göstərildiyini, alkotesrtin nəticəsinə etiraz etdiyini, onu Naxçıvan şəhərində müayinə olunmaq üçün aparmaqlarını tələb etdiyini, sonra həmin inspektorun onun avtomobilinin DYP-nin duracağına yerləşdirdiklərini, onun təxminən 1 saat keçəndən sonra özünün şəhərdə olan X5a getdiyini, özünü yoxlatdığını, oradakı alkotestrin nəticəsinin 0.04 promil göstərdiyini, içkili olmadığının müəyyən olunduğunu, həmin protokolu Naxçıvan MR DİN X6 İdarəsinə gətirdiyini, orada ona artıq protokol tərtib edildiyini dediklərini, işi məhkəməyə göndərəcəklərini həmin protokolu məhkəməyə təqdim edərsən dediklərini bildirərək məhkəmədən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan: - xx.xx.2023-cü il tarixli, 34 saylı “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs hərəkət və davranışlarında sərxoşluq əlaməti olduğundan, o, tibbi müayinəyə göndərilmişdir; - xx.xx.2023-ci il tarixli, 97 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1,9 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir. - Naxçıvan MR DİN X6 İdarəsinin YPX-nin baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə «DAİMLER CHRYSLER» minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyi məlum olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunacaq duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, sürücü Şəxs sərxoş vəziyyətdə idarə etdiyi üçün «DAİMLER CHRYSLER» minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil DYPİ-nin duracağına yerləşdirilmişdir. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 1384 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:56-da öz müraciəti əsasında müayinə edilmiş, onun sərxoş olmadığı aşkar olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, YPX-nin əmkdaşları xidməti maşında olan alkotestr cihazı vasitəsilə Şəxs sərşoxluğunu yoxladıqlarını, həmin yoxlama nəticəsində onun 1.9 promil sərxoşluğu müəyyən olunmuş, Şəxs qeyd olunan nəticə ilə razılaşmamış və onu həkim müayinəsinə aparmaqlarını tələb etmişdir. YPXnin əmkdaşları onu həkim müayinəsindən keçirmək üçün Kəngərli rayon xəstəxanasına aparsalarda orada alkotestr olmamış, onun X6 əməkdaşlarında olan həmin alkotestrlə yenidən sərxoşluğu müayinə edilmiş, yenə də alkotestr həmin nəticəni göstərmişdir. Şəxs alkotesrtin nəticəsinə etiraz etmiş, onu Naxçıvan şəhərində müayinə olunmaq üçün aparmaqlarını tələb etmişdir. YPX-nin əmkdaşları onu Naxşıvan şəhərinə müayinə olunmaq üçün aparsalarda, onun nəqliyyat vasitəsini mühafizə olunan duracağa yerləşdirsələrdə, onu həkim müayinəsindən keçirmək üçün aparmamışlar. Belə olan təqdirdə Şəxs öz təşəbbüsi Naxçıvan şəhər X5 mərkəzində tibbi müayinədən keçmiş və onun sərxoş olmaması ilə bağlı akt tərtib olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs sərxoş olub - olmaması Qanunla müəyyən edilmiş qaydada - hal şahidlərinin iştirakı olmadan müayinə edilmişdir. Ona görədə Naxçıvan MR DİN X6 İdarəsinin əmkdaşlarının Şəxs sərxoş olmasına dair təqdim etdiyi sübutlar mötəbər hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; - 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun: - 37 maddəsinin 13-cü bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməsi mexaniki nəqliyyat vasitələrinin sürücülərinin vəzifəsidir; - 85-ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında Qaydalarının 2.7-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-188/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-188/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver