Məhkəmə qərarları › İş №3(110)-192/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-192/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-192/2024 25.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şərur rayon Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon A.Aralıq kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə Şərur rayon Yuxarı Aralıq kəndində xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində spirtli içki qəbul etdiyini və sərxoş olduğunu, qardaşı Səfərin əvvəllər ona hirslənməsinin yadına düşdüyünü, özünə məxsus avtomobillə Şərur rayon Yuxarı Aralıq kəndində yerləşən qardaşı X5 yanacaq doldurma məntəqəsinə getdiyini, orada işləyən Niyazi adlı şəxsə bir qab verib qaba benzin doldurmasını istədiyini, o qaba benzin doldurmağa icazə vermədiklərini deyərək bundan imtina etdiyini, içkili olduğu üçün əsəbləşərək ucadan səsküy salaraq oran yandıracağını bildirdiyini, bir neçə dəqiqə sonra Səfərin oraya gələrək ona çıxıb getməyini dediyini, onunla mübahisə edərək, oradan çıxıb getdiyini, dövlət yol polisi əməkdaşlarının onu saxlayaraq polis idarəsinə dəvt etdiklərini, Şərur rayon Polis İdarəsinə getdiyini, alkoqol müayinəsindən keçdiyini, sərxoş olmasının müəyyən olunduğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu, 7 gün əvvəl kor bağırsağından əməliyyat olunduğunu, vəziyyətinin yaxşı olmadığını, yarasında ağrıların olduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu, qeyd etdiklərini nəzərə alraq onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında Şərur rayon Yuxarı Aralıq kəndində yerləşən X6 məxsus yanacaq doldurma məntəqəsində işlədiyini, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Şəxs özünə məxsus avtomobillə oraya gəldiyini, uca səslə qışqıraraq ona qabı doldur, buranı yandıracam dediyini, onun əlində alışqan olduğunu gördüyünü, qabı doldurmadığını, bu zaman yanacaq doldurma məntəqəsinə nəzarət edən X8 onların yanına gəldiyini, Səfər Talıbova zəng vuraraq bu barədə məlumat verdiyini, təxminən 7-8 dəqiqə sonra Səfər müəllimin oraya gəldiyini, Şəxs Səfər Talıbovu gördükdən sonra avtomobilinə əyləşərək oradan uzaqlaşdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Niyazi Nəriman oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında Şəxs onun qardaşı olduğunu, 2000-ci ildən Yuxarı Aralıq kəndində yanacaq doldurma məntəqəsi işlətdiyini, xx.xx.2024-cü il tarixdə qardaşı Şəxs yanacaq doldurma məntəqəsinə gələrək səs küy saldığını, yanacaq doldurma məntəqəsi işləyən işçi X8 ona zəng edərək bu barədə məlumat verdiyini, yanacaq doldurma məntəqəsinə getdiyini, qardaşı Bəhruzun içkili olduğunu, işçilərlə mübahisə etdiyini, gördüyünü, ona çıxıb getməsini dediyini, onun maşını sürərək çıxıb getdiyini, bir hadisə baş verməsindən ehtiyyat edərək polis əməkdaşlarına məlumat verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş: - Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Yuxarı Aralıq kəndindəictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - xx.xx.2024-cü il tarixli 189 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 2.63 promilli sərxoşluq dərəcəsi aşkar edilmişdir. - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 3 azyaşlı övladı vardır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Yuxarı Aralıq kəndində yerləşən yanacaq doldurma məntəqəsində ictimai qaydanı pozaraq, xırda xuliqanlıq hərəkətləri etmiş bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7- ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal olsada, inzibati xəta törətmiş şəxsin kor boğarsığından əməliyyat olunduğundan səhhətində olan yaranın vizual olaraq müşahidə olunmasını, himayəsində 3 azyaşlı övladının olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar