Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-192/2025 29.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Şərur rayonu, Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, ali təhsilli, işsiz, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəməyə izahatında bildirdi ki, Şərur Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(110)-946/2025 saylı icra vərəqəsinə əsasən Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs 18064.80 manat əsas, 130.88 manat faiz borcu və ödənilmiş 144.58 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 18340.18 (on səkkiz min üç yüz qırx manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, Şərur Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(110)-50/2024 saylı icra vərəqəsinə əsasən Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs xx.xx.2007ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Yengicə kəndində yaşayan X1 ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi qət edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildirişin borcluya verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında icra sənədləri barədə xəbərdar olduğunu, hər ay aliment borcunu ay içərisində ödədiyini və sonuncu ödənişinin xx.xx.2025-ci il tarixdə olduğunu, eyni zamanda digər icra sənədi üzrə hissə-hissə olmaqla 1800 manat ödəniş etdiyini, aliment tələbi üzrə mövcud 1376 manat borcun isə əvvəlki dövrdən, yəni işin məhkəmə baxışı dövründən yarandığını, övladının bank kartına 1600 manat təhsil haqqını ödəməsi üçün ödəniş etdiyini və bunun aliment ödənişi olduğunu zənn etdiyini, icra məmurunun çağırışı üzrə İcra şöbəsinə gəldiyi zaman isə borcunun olduğu barədə məlumat aldığını, hazırda 500 manat ödəniş etmək imkanı olduğunu və həmin məbləği hazırda zərərçəkmişin kart hesabına ödədiyini, digər qalıq məbləği isə yaxın zamanda ödəyə biləcəyini qeyd etmişdir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli e-2(110)-946/2025 saylı icra vərəqəsinə əsasən iddia təmin edilməklə, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs 18064.80 manat əsas, 130.88 manat faiz borcu olmaqla, ümumilikdə 18195.68 (on səkkiz min yüz doxsan beş manat altmış səkkiz qəpik) manat borc və ödənilmiş 144.58 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 18340.18 (on səkkiz min üç yüz qırx manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; - Şərur Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(110)-50/2024 saylı icra vərəqəsinə əsasən Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan cavabdeh Şəxs xx.xx.2007ci il tarixdə doğulmuş X4, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Yengicə kəndində yaşayan X1 ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi qət edilmişdir; - xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs iki icra sənədi üzrə 18548.17 manat borcunu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs mülkiyyətində **********70 reyestr nömrəli 0.08 ha çöl torpaq sahəsindən ibarət daşınmaz əmlak qeydiyyata alınmış, əmək müqaviləsi üzrə isə iş yeri yoxdur və o, təqaüd, sosial müavinət almır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb , toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuş və sözügedən maddənin sanksiya həddi beş yüz manatdan min manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı və qanunvericiliyin normativ tələbindən irəli gələrək işin faktiki hallarına nəzər yetirdikdə müəyyən olunur ki, Şəxs əməlində inzibati xəta tərkibinin yaranmasının dörd vacib elementindən biri olan subyektiv cəhət yoxdur. Onun icra sənədində göstərilən tələbi tam icra etməməsinə psixi münasibəti qərəzli deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, o,hər ay aliment borcunu ay içərisində ödəyir və sonuncu ödənişi xx.xx.2025-ci il tarixdədir. Eyni zamanda digər icra sənədi üzrə icra məmurunun izahatında qeyd etdiyi kimi ümumilikdə 1800 manat ödəniş olunmuşdur. Aliment tələbi üzrə mövcud 1376 manat borc isə əvvəlki dövrdən yəni işin məhkəmə baxışı dövründən yaranmış borclu isə övladının bank kartına 1600 manat təhsil haqqını ödəməsi üçün ödəniş etmiş və bunun aliment ödənişi olduğunu bilmişdir. İcra məmurunun çağırışı üzrə İcra şöbəsinə gəldiyi zaman isə borcunun olduğu barədə məlumat almışdır. Borclu Məhkəməyə verdiyi izahatında hazırda 500 manat ödəniş etmək imkanı olduğunu və həmin məbləği hazırda zərərçəkmişin kart hesabına ödədiyini bildirərək qəbzi məhkəməyə təqdim etmişdir. Eyni zamanda mülkiyyətində əmlak olduğu müəyyən edilərək icra məmurunun diqqqətinə çatdırılmışdır. Digər qalıq məbləği isə yaxın zamanda ödəyə biləcəyini qeyd etmişdir. Bundan əlavə tərtib olunmuş inzibati xəta haqqında protokolda əməldə inzibati xəta tərkibinin nədən ibarət olması qeyd olunmamış, formal olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 11, 12, 13, 53,114, 115-c maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-192/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-192/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver