Məhkəmə qərarları › İş №3(110)-194/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-194/2024

27.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-194/2024 27.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1978-ci ildə Şərur rayon Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Xələc kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X2 göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq izahatında təxminən 25 ildir ki Türkiyə Respublikasında yaşadığını, 2007-ci ildə bıçaqlama hadisəsinə görə 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, 2012-ci ildə azadlığa buraxıldığını, son 3 ildir ki arada-sırada narkotik maddələrdən istifadə etdiyini, atası iflic olduğu və ona baxmağa adam olmadığı üçün xx.xx.2024-cü il tarixdə Türkiyyə Respublikasından gələrək Xələc kəndində yaşamağa başladığını, xx.xx.2024-cü il tarixdə çöldən gələndə yabanı halda bitmiş olduğunu düşündüyü çətənə koluna rast gəldiyini, onu torpaqdan çıxarıb ovxalayaraq siqaretin içərisinə doldurduğunu, kənd mərkəzinə gələnə qədər onu çəkdiyini, xx.xx.2024cü il tarixdə polis əməkdaşlarının onu Şərur RPİ-yə dəvət etdiklərini, üzərinə baxış keçirdiklərini, lakin narkotik tərkibli maddə aşkar etmədiklərini, həmin yeri polis əməkdaşlarına göstərdiyini, sonra onu dispanserə aparıb narkotestdən keçirdiklərini, həkimlər tərəfindən nəticənin müsbət olduğunun deyildiyini, əməlindən çox peşman olduğunu, atası xəstə olduğu üçün ona baxmalı olduğunu, başqa heç kiminin olmadığını, anasının 7 ay əvvəl dünyasını dəyişdiyini bildirib barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, onu polis idarəsinə dəvət etdiyini, qəbul olunmuş qərar əsasında Naxçıvan Muxtar Respublikası X2 aparıb narkotestdən keçirdiklərini, aparılan testin müsbət nəticə verdiyini, suallara cavabında narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat daxil olmadığını bildirdi. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2024-cü il tarixli 272 saylı rəyindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sidik narkotest vasitəsilə müayinə olunmuş və nəticədə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:25-də tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:20-də azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar