Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-197/2023 04.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati msəliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X1 einin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 01 avqust 2023-cü il tarixdə saat 08:00-da evdən çıxıb işə getdiyini, həmin günü bütün iş vaxtı Sədərək rayonunda işlədiyini, təxminən 19:00-dan sonra da evə gəldiyini, daha sonra atası ilə birlikdə qardaşı Məmməd Qurbanovun evinə getdiyini, həmin vaxt Məmməd və bacısının yoldaşı Emilin su quyusunda işlədiklərini, onların həyətdə oturub çay içdiklərini, daha sonra qardaşı Məmmədin bacısının yoldaşı ilə evdən çıxıb Çərçiboğan kəndində getdiklərini, atasınında onlardan sonra həyətdən çıxdığını, onun həyətdə olanda küçədə səs-küy eşitdiyini, o an atasının səsini eşitdiyindən tez küçəyə çıxdığını, küçəyə çıxdıqda atası ilə əmisi oğlu Natiq Qurbanzadənin mübahisə yaşadığını gördüyünü, həmin vaxt Natiqin anası Sənubər və Alışar kənd sakini Dadaş adlı şəxsin dayandığını, daha sonra onun onlara yaxınlaşdığını, atası Bilal Qurbanovdan nə olduğunu nəyə görə səs-küy saldıqlarını soruşduğunu, atasının heçnə olmayıb dediyini, daha sonra Natiqdən nə olduğunu soruşduğunu, atası ilə onun nə alıb verəcəyini soruşduğunu, daha sonra Natiqlə onun arasında səs-küylü mübahisə yarandığını, daha sonra Natiqin öz avtomobilinə gedib orada bir bıçaq götürüb onun üstünə gəldiyini, o an Dadaşla Sənubər xalanın Natiqi oradan uzaqlaşdırdığını, onunda atası ilə bir yerdə evə qayıtdığını, daha sonra Şərur rayon Polis İdarəsinin əməkdaşlarının onları polis idarəsinə dəvət etdiklərini, birlikdə Şərur rayon Polis İdarəsinə getdiklərini, orada barəsində inzibatı xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə axşam saatlarında onun Şərur rayon Çomaxtur kəndi ərazisində olan çayxanada olan zaman həyat yoldaşı X2 onu çayxananın kənarına çağırdığını, onun Sənubərin yanın getdiyini, Sənubərin ona qardaşı Bilal Qurbanovun və onun oğlu Şəxs onun yaşadığı evə gəlib oğlu Natiq Qurbanova qarşı nalayiq ifadələr işlədərək təhqir etdiklərini bildirdiyini, bu zaman həyat yoldaşı Sənubər Əliyevanın ona polisə şikayət etməyi təklif etdiyini, onların yaşadıqları evə tərəfə getdiyini, evə çatdıqda qardaşı Bilal Qurbanovun, onun oğlu Şəxs və digər oğlu Məmməd Qurbanovun onların yaşadıqları evin yaxınlığında olduğunu gördüyünü, bundan sonra hər üçünün ucadan səs-küy salaraq onu narahat etməyə başladıqlarını, bundan sonra onun polisə məlumat verdiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X7 izahatında və verilən suallara cavabında X6 ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə saat 08:00-dan sonra işə getdiyini qaynı Məmməd Qurbanovun ondan su quyusunun hazırlanmasında ona kömək etməyi xahiş etdiyini, işdən icazə alıb çıxdığını, saat təxminən 10:00 radələrində Məmmədlə taki dayanacağında görüşdüklərini, Sədərək rayonuna asfalt aparıb qayıtdıqlarını, yol idarəsinin maşının idarəyə qoyduqdan sonra Məmmədin şəxsi maşını ilə su idarəsinə getdiklərini, oradan komprestoru götürdüklərini, Məmmədgilə getdiklərini, saat təxminən 17:00-a qədər su quyusunda işlədiklərini, işləri qurtarandan sonra komprestoru aparıb idarəyə qoyduqlarını, oradan çıxıb su matoru almaq üçün mağazaya getdiklərini, motoru alıb Məmmədgilə getdiklərini, qalan işlərinidə görüb qurtarandan sonra hava qaralana yaxın onu evə aprıb qoymasını Məmmədə dediyini, saat təxminən 21:00-dan sonra Məmmədin onu aparıb evə qoyduğunu, və öz evlərinə qayıtdığını, onların orada iş görən zaman heç bir səs-küy gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, küçəyə çıxdığını, bu zaman qonşuları Sənubər və Yaponun onun üzərinə gəldiklərini gördüyünü, Yaponun dediyinə görə qardaşının və qardaşı uşaqlarının onun üzərinə hücum etdiklərini, evlərinin damına daş atıldığını, bu barədə Şərur Rayon Polis İdarəsinə məlumat vermək istədiyini bildirdiyini, öz telefonu ilə 102 xidmətinə zəng vurduğunu, Yaponun bu barədə şikayət etdiyini, küçəyə çıxan zaman ətrafda başqa heç kimi görmədiyini, kimlərin səsküy salmasını, mübahisə etmələrini görmədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 002707 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X1 einin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X1 evinin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halı və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-197/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-197/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver