Məhkəmə qərarları › İş №3(110)-198/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-198/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-198/2023 04.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1952-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, təqaüdçü, dediyinə görə əvvəllər inzibati msəliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X2 evinin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 31 iyul 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində öz əmisinin yoldaşının yası mərasimində iştirak etdiyini, bu zaman mərasimi aparan molla Məhərəm Qurbanovun məscidə girərək ona bayırda cavanlar dava eləyir sözlərini dediyini, onun dərhal bayıra çıxdığını, lakin bayırda heç kəsin dava etmədiyini gördüyünü, bacısı X3 ona sənin qardaşın oğlanları X12 yolna dava etməyə getdilər dediyini, bu zaman onun yanında olan qardaşı Yapon Qurbanovun öz avtomobilinə minərək ona Xələc yoluna tərəfinə getməyi təklif etdiyini, onun avtomiblə minərək Xələc yolu tərəf getməyə başladıqlarını, onların Xələc yoluna çatmamış qardaşı oğlu Natiqin Xələc yolundan qayıtdığını, onların yanına çatdıqda avtomobili dayandıraraq onun oğlanları barədə nalayiq ifadələr işlətdiyini, bundan sonra onların geri qayıdaraq öz evlərinə getdiklərini, 1 avqust 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində onun qardaşı Yapon Qurbanovun evinin yanından keçəndə qardaşı oğlu Natiq Qurbanovun yolun kənarənda Alışar kənd sakini Dadaş adlı şəxslə söhbət etdiyini gördüyünü, bu zaman ona tərəf gedərək mənim nə günahım var idi ki, mənim yanımda oğlanlarımı təhqir etdin? dediyini, onunda ona sən ağsaqqalsan sənə əlim dəyməmiş burdan uzaqlaş dediyini, bu zaman səsə onun balaca oğlu Koroğlu Qurbanovun gəldiyini və nə baş verdiyini soruşduğunu, onun danışılanları ona demədiyini, lakin aralarında olanları hiss edən oğlu X13 Qurbanova tərəf gedərək sən mənim atama neyləmisən sözlərini dediyini, oğlunun bu sözlərindən sonra Natiq Qurbanovun avtomobilinə tərəf gedərək avtomobildən bıçaq götürərək onun oğluna tərəf gəldiyini, lakin onun və orada olan Alışar kənd sakini Dasdaş adlı şəxsin araya girərək onları aralaşdırdıqlarını, daha sonra onların öz evlərinə getdiyini, daha sonra Şərur rayon Polis İdarəsinin əməkdaşlarının onları polis idarəsinə dəvət etdiklərini, birlikdə Şərur rayon Polis İdarəsinə getdiklərini, orada barəsində inzibatı xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə axşam saatlarında onun Şərur rayon Çomaxtur kəndi ərazisində olan çayxanada olan zaman həyat yoldaşı X5 onu çayxananın kənarına çağırdığını, onun Sənubərin yanın getdiyini, Sənubərin ona qardaşı Şəxs və onun oğlu Koroğlu Qurbanovun onun yaşadığı evə gəlib oğlu Natiq Qurbanova qarşı nalayiq ifadələr işlədərək təhqir etdiklərini bildirdiyini, bu zaman həyat yoldaşı Sənubər Əliyevanın ona polisə şikayət etməyi təklif etdiyini, onların yaşadıqları evə tərəfə getdiyini, evə çatdıqda qardaşı Şəxs, onun oğlu Koroğlu Qurbanovun və digər oğlu Məmməd Qurbanovun onların yaşadıqları evin yaxınlığında olduğunu gördüyünü, bundan sonra hər üçünün ucadan səs-küy salaraq onu narahat etməyə başladıqlarını, bundan sonra onun polisə məlumat verdiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X10 izahatında və verilən suallara cavabında X9 ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə saat 08:00-dan sonra işə getdiyini qaynı Məmməd Qurbanovun ondan su quyusunun hazırlanmasında ona kömək etməyi xahiş etdiyini, işdən icazə alıb çıxdığını, saat təxminən 10:00 radələrində Məmmədlə taki dayanacağında görüşdüklərini, Sədərək rayonuna asfalt aparıb qayıtdıqlarını, yol idarəsinin maşının idarəyə qoyduqdan sonra Məmmədin şəxsi maşını ilə su idarəsinə getdiklərini, oradan komprestoru götürdüklərini, Məmmədgilə getdiklərini, saat təxminən 17:00-a qədər su quyusunda işlədiklərini, işləri qurtarandan sonra komprestoru aparıb idarəyə qoyduqlarını, oradan çıxıb su matoru almaq üçün mağazaya getdiklərini, motoru alıb Məmmədgilə getdiklərini, qalan işlərinidə görüb qurtarandan sonra hava qaralana yaxın onu evə aprıb qoymasını Məmmədə dediyini, saat təxminən 21:00dan sonra Məmmədin onu aparıb evə qoyduğunu, və öz evlərinə qayıtdığını, onların orada iş görən zaman heç bir səs-küy gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, küçəyə çıxdığını, bu zaman qonşuları Sənubər və Yaponun onun üzərinə gəldiklərini gördüyünü, Yaponun dediyinə görə qardaşının və qardaşı uşaqlarının onun üzərinə hücum etdiklərini, evlərinin damına daş atıldığını, bu barədə Şərur Rayon Polis İdarəsinə məlumat vermək istədiyini bildirdiyini, öz telefonu ilə 102 xidmətinə zəng vurduğunu, Yaponun bu barədə şikayət etdiyini, küçəyə çıxan zaman ətrafda başqa heç kimi görmədiyini, kimlərin səsküy salmasını, mübahisə etmələrini görmədiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X2 einin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X2 evinin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, pensiya yaşını keçməsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar