Məhkəmə qərarları › İş №3(110)-198/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-198/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-198/2024 22.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, X3 Naxçıvan MR Yol Patrul Xidmətinin inspektoru tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X1 MR Yol Patrul Xidməti əməkdaşının tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati Tənbeh vermə haqqında qərarı ləğv edilməklə barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X6 şikayətində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sədərək - Naxçıvan avto magistralında Şərur şəhər istiqamətinə idarə etdiyim NazLifan markalı **-BG-*** dövlət nömrə nikşanlı avtomobil ilə hərəkəət etdiyim zaman qəflətən Peugeot markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili məni arxadan vurmuş, nəticədə mənim idarə etdiyim avtomobil zərbənin təsirindən digər Vaz - 2106 markalı avtomobilə çırpılaraq sonuncu avtomobilə cuzi xətər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə X18 əməkdaşları gəlmiş və hadisə yerini müayinə etməklə törədilmiş xətanın Peugeot markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X8 təqsiri üzündən törədildiyi məlum olmuşdur hansı ki, bununla bağlı mənə hər hansı xəbərdarlıq edilməmiş və barəmdə inzibati protokol-filanın tərtib olunacağı da bildirilməmişdir. Bundan təqribən bir ay sonra mən Şərur rayon məhkəməsinə çağrılmış və X8 mənə qarşı maddi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırdığını öyrənmişdim. Hansı ki, məhkəmə zamanı mənə qarşı iddia tələbi üzrə iş materialları ilə tanış olarlkən yuxarıda qeyd etdiyim yol nəqliyyat hadisəsi ilə əlaqədar barəmdə inzibati protokol tərtib edildiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyim məlum olmuşdur.İlk öncə nəzərinizə çatdırım ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yol polisi əməkdaşlarını hadisə yerinə R.Əkbərov dəvət etmişdir ki, onun zəng edərək çağırdığı DYP əməkdaşı Həmzə Əhmədov onun qohumu olmuş və onun sayəsində hadisə yerinin quruluşu dəyişdirilərək sənədlər saxtalaşdırılmışdır. Belə ki, baş vermiş hadisə ilə bağlı protokol tərtib edilmişdir ki, həmin protokoldan mənim məlumatım olmamış və bu sənədə əvəzimdən qeydlər edilməklə imza çəkilmişdir. Bu protokol da mənə təqdim edilmədən R.Əhmədova təqdim edilmiş və o da həmin protokol əsasında mənə qarşı məhkəmədə maddi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Mən qeyd edilən protokolu Şərur rayon məhkəməsinin icratında olan 2(10)-714/2024 salı mülki işin materiallarından əldə etmiş, bundan sonra barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparılmasından məlumstım olmuşdur ki, barəmdə aparılan icraatla bağlı şikayət etmək qərarına gəlmiş və xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən tərtib edilmiş xx.xx.2024cü il tarixli TP656420 saylı qərarı mənə rəsmi qaydada təqdim edilmədən xx.xx.2024-cü il tarixdə şəxsən Naxçıvan MR DİN DYPİ-dən almışam.Bir daha nəzərinizə çatdırım ki, tərtib edilmiş protokola əsasən tətbiq edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi baş vermiş hadisənin xarakterinə uyğun deyil və qərəzli olaraq tərtib edilmişdir. Həmin protokoldan mənim məhkəmə gününə qədər məlumatım olmamış və protokola mənim tərəfimdən qeyd aparılmayaraq imza mənim tərəfimdən icra edilməmiş və bunun əsasında da Naxçıvan MR DİN Yol Patrul Xidməti əməkdaşı tərəfindən tam əsasız xx.xx.2024-cü il tarixli TP656420 saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının mənə qarşı qərəzli mövqedə olmaları, araşdırmanının video görüntü olaraq qeydə almağıma imkan verməmələri, mobil telefonumu yerə çırparaq mənə məxsus əmlaka ziyan vurmaları təqdim edəcəyim sübutlar və məhkəməyə dəvət edəcəyim şahid ifadəsi ilə tam sübuta yetiriləcəkdir. Buna görə də məhkəməyə müraciət edərək barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP656420 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb edirəm. Bir daha qeyd edim ki, barəmdə aparılan inzibati xəta haqqında iş qanunazidd və tam əsas Naxçıvan MR Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı ləğv edilməklə barəmdə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, ərizəmdə göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən müddəalrını rəhbər tutaraq məhkəmədən Naxçıvan MR Yol Patrul Xidməti əməkdaşının tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə barəmdə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasınıa gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eyni zamanda məhkəmə iclasının təxirə salınması barədə X2 məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə X11 iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqan Naxçıvan MR DİN X18 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialında olan sübutları araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X18 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinin tələbləri pozaraq inizbati xəta törətmişdir; - xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati xəta haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024cü il tarixli EQ 19144021 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 80 manat məbləğində cərimə edilmişdir; - X3 Naxçıvan MR Daxili İşlər Nazirliyi X18 İdarəsinə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 12:15 radələrində naxçıvandan Sədərəyə gedirdim. Şərur şəhəri istiqamətinə dönmək istəyirdim. Sədərək şəhərindən Naxçıvana gedən maşının işığını yanılı gördüm. Manevr etdim, nəticədə sağ arxa qapımdan dəydi. Nəticədə mən də Şərurdan əsas yola girmək istəyən dayanaraq məni itələyərək ona dəydim. Mən də maşından düşdüm. Sürücülərdə xəsarət olmadığına əmin oldum. Hadisə yerinə YPX əməkdaşını dəvət etdik. Sərxoş olmağımızın müəyyən olunması üçün müayinəyə dəvət olunduq. Müayinəyə əsasən sərxoşluğumuz müəyyən olunmadı; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nazlifan LF7162E” markalı nəqliyyat vasitəsi X4 məxsusdur; - Hadisə zamanı ziyan dəymiş “Vaz 2106 minik” markalı nəqliyyat vasitəsinin sürücüsü X12 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:15 radələrində Şərur rayonundan Naxçıvan-Sədərək yoluna daxil olmaq istəyirdim. Stop xəttində dayanmış öz hərəkət növbəliliyimi gözləyərkən əsas yolda hərəkətdə olan Naxçıvan-Sədərək istiqamətində hərəkətdə olan Lifan sola, Şərur şəhəri istiqamətində hərəkət edən Pejo markalı maşının anidən qarşısına atdı. Toqquşmadan idarəetməni itirən Naz-Lifan mənim hərəkətsiz dayanmış olan “Vaz 2106” markalı maşınıma dəydi. Nəqliyyat vasitəsindən endim digər sürücülər və məndə xəsarət olmadığından YPX dəvət etdik. Bizim iştirakımızla hadisə yerinə baxış keçirildi. Sxem tərtib olundu. Sərxoşluğumuzu müəyyən etmək üçün həkim dəvət olundu. Sərxoşluq aşkar olunmadı. - Hadisə zamanı ziyan dəymiş “Peugeot F minik” markalı avtomobili etibarnamə ilə idarə edən X9 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:15 radələrində Naxçıvan- Sədərək avtomobil yolunda Naxçıvan istiqamətində hərəkətdə olarkən Şərur rayonuna girən yol ayrıcında anidən Naxçıvan-Sədərək istiqamətində hərəkətdə olan Lifan sola dönərək qarşıma atdı. Dəyməmək üçün tormoz verdim və sola çəkdim. Lifanın məsafəsi az olduğundan Lifanın sağ hissəsindən dəydi və o da idarəetməni itirib Şərurdan çıxan 06-ya dəydi. Məndə və digər sürücülərdə xəsarət yoxuydu. Polis əməkdaşları gəldi. Bizim vasitəmizlə hadisə yerinə baxdı. Sərxşluğumuzu müəyyən etmək üçün getməli olduq. Müayinənin nəticəsinə əsasən sərxoşluq aşkar olunmadı. - “Vaz 2106 minik” markalı nəqliyyat vasitəsinin sürücüsü X7 ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə “VAZ LİFAN” markalı avtomobil tərəfindən onun avtomobilinə dəymiş zərər avtomobilin sahibi tərəfindən ödənilmiş və ondan heç bir şikayət və ərizəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş 327.2- ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə qeyd edir ki, X6 şikayət ərizəsində Naxçıvan MR Daxili İşlər Nazirliyi X18 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız və qərəzli olmasını, baş vermiş hadisə ilə bağlı tərtib edilmiş protokoldan məlumatım olmamasını, protokoldakı imzanın onun tərəfimdən icra edilməməsini, baş vermiş yol nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının ona qarşı qərəzli mövqedə olmaları, araşdırmanının video görüntü olaraq qeydə almağına imkan verməmələri, mobil telefonunu yerə çırparaq ona məxsus əmlaka ziyan vurmalarını, bu məhkəməyə təqdim edəcəyini sübutlar və şahid ifadələri ilə tam sübuta yetiriləcəyini qeyd etsədə, məhkəmə iclaslarında iştirak etməmiş, qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iş materialında “Vaz 2106 minik” markalı nəqliyyat vasitəsinin sürücüsü X7 ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə “VAZ LİFAN” markalı avtomobil tərəfindən onun avtomobilinə dəymiş zərər avtomobilin sahibi tərəfindən ödənilmiş və ondan heç bir şikayətinin olmamasını qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər; - 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; -128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər; - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; - 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X3 Naxçıvan MR Daxili İşlər Nazirliyi X18 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 128- 134-cü və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Naxçıvan MR Daxili İşlər Nazirliyi X18 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar