Məhkəmə qərarları › İş №3(110)-198/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-198/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-198/2025 04.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: nun sədrliyi, Məhkəmə iclas katibi: ının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin əməkdaşı, polis orqanın səlahiyyətli kapitanı X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1997-ci ildə Şərur rayonunun Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (2 uşaq atası), orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Düdəngə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fəhlə işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 04 avqust 2025-ci il tarixli, 3-13-43-12/2-10231/2025 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 04 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 03 avqust 2025-ci il tarixdə, saat 02:00 radələrində Şəxs Şərur rayonunun Düdəngə kəndində sərxoş halda “Hyundai Sonata” markalı avtomobilin duracağa yerləşdirilməsinə maneçilik törədib polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı 04 avqust 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında 02 avqust 2025-ci il tarixdə axşam saat 19:00 radələrində dostu Daşqın ilə “Oskar” restoranına yeyib-içməyə getdiyini, saat 22:00 radələrində dostu Elgünün onun avtomobili ilə “Oskar” restoranına gəldiyini, saat 00:30 radələrində Elgün onun avtomobilini idarə edərkən YPX əməkdaşlarının Şərur rayonunun Düdəngə kəndində “saxla” əmri verib avtomobili saxladıqlarını, Elgünün YPX əməkdaşlarına yaxınlaşıb söhbət etməyə başladığını, bu zaman onlara tərəf getdiyini, Elgün içkili olduğu üçün avtomobili duracağa yerləşdirəcəklərini eşitdiyini, özünün də çox içdiyini, polislərə avtomobilin özünün olduğunu, onu heç kimin içəri qoya bilməyəcəyini dediyini, YPX əməkdaşlarının ona hər ikisinin içkili olduğu üçün avtomobili duracağa yerləşdirməli olduğunu təkrarən desələr də, sərxoş olduğu üçün onlarla razılaşmadığını, mane olmaq üçün avtomobilin açarını çıxartmaq istəyən zaman polis əməkdaşının ona silah çəkərək açarı götürməməyi tələb etdiyini, polis əməkdaşlarının iştirakı ilə avtomobili Şərur Rayon Polis İdarəsinə gətirdiyini, onu alkotestdən keçirib idarənin zirzəmisində saxladıqlarını, əməlindən peşman olduğunu bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR DİN-nin DYPİ-nin inspektoru X3 izahatında 03 avqust 2025-ci il tarixdə gecə saat 02:00 radələrində xidməti vəzifələrini yerinə yetirən zaman “Hyundai Sonata” markalı avtomobilin LED işıqları olmasına görə Şərur rayonunun Düdəngə kəndinin mərkəzində “saxla” əmri verdiklərini, lakin sürücünün 100-150 metr getdikdən sonra saxladığını, sürücü danışarkən sərxoş olduğunu hiss etdiklərini, onu alkotesterdən keçirdikdən sonra sərxoş olmasının məlum olduğunu, avtomobilin duracağa yerləşdirilməsini tələb etdiklərini və bunun üçün post yoldaşından avtomobili idarə etməsini istədiyini, bu zaman Kəramətin sərnişin oturan tərəfdən gələrək sürücü tərəfdə oturduğunu və avtomobili heç kimin apara bilməyəcəyini dediyini, post yoldaşının Kəramətə içkili olduğunu və tabesizlik göstərərək işlərini pozduğunu dəfələrlə dediyini, Kəramətin qəsdən tabesizlik göstərdiyini, əraziyə PPX əməkdaşlarını çağırdıqlarını və avtomobili duracağa yerləşdirdiklərini bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 məhkəmədə verdiyi izahatında 03 avqust 2025-ci il tarixdə gecə saat 02:00 radələrində YPX əməkdaşlarının Şərur rayonunun Düdəngə kəndinin ərazisində “Hyundai Sonata” markalı avtomobilə “saxla” əmri verdiklərini, sürücü Elgün adlı şəxsin sərxoş olduğunun müəyyən edildiyini, YPX əməkdaşlarının avtomobili duracağa yerləşdirmək barədə tələbinə Kəramət adlı şəxsin qəsdən maneçilik törətdiyini, polisin işini pozduğunu buna görə də barəsində protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR DİN-nin DYPİ-nin inspektoru X4 izahatında 03 avqust 2025-ci il tarixdə Şərur rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman LED işıqları olan avtomobilə “saxla” əmri verdiklərini, lakin onun saxlamadığını, 100-150 metr getdikdən sonra təkrar “saxla” əmri verdiklərini, bu zaman avtomobili kənarda saxladığını, sürücünün post yoldaşı ilə söhbətləşdiyini, onu alkotesterdən keçirdib sərxoş olduğunu müəyyən etdikdən sonra avtomobili duracağa yerləşdirəcəklərini bildirdiklərini, bu zaman sürücünün yanında oturan Kəramət adlı şəxsin onun oturduğu tərəfdən şüşəni döyüb “mənlə icəşirsən, sənin üçün pis olacaq, avtomobil mənimdir, heç kim duracağa apara bilməz” dediyini, ona qanuni işlərini gördüklərini bildirdiyini, tabesizlik göstərməməyi tələb etdiyini, Kəramətin daha da aqressivləşdiyini, qaçaraq maşına minib uzaqlaşmaq istədiyini, bu zaman cəld bir şəkildə onu tutduğunu, onun avtomobildən düşmək istəmədiyini, dəfələrlə xəbərdarlıq etsələr də, məhəl qoymadığını, silah çıxardıb onu qorxutduğunu, onu avtomobildən uzaqlaşdırdığını, əraziyə PPX əməkdaşlarını çağırdıqlarını və avtomobili duracağa yerləşdirdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 04 avqust 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03 avqust 2025-ci il tarixdə, saat 02:00 radələrində Şərur rayonunun Düdəngə kəndində sərxoş halda “Hyundai Sonata” markalı avtomobilin duracağa yerləşdirilməsinə maneçilik törədib polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 03 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 03 avqust 2025-ci il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuş, 04 avqust 2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” 03 avqust 2025-ci il tarixli 0816 nömrəli protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, 03 avqust 2025-ci il tarixdə, saat 02:00 radələrində Şəxs YPX əməkdaşlarının ona məxsus “Hyundai Sonata” markalı avtomobili idarə edən Elgün adlı şəxsin sərxoş olması səbəbindən həmin avtomobilin duracağa yerləşdirilməsi ilə bağlı cəhdlərinə maneəçilik törədir və bu məqsədlə polis əməkdaşlarının qanuni tələbinə tabe olmur və onlara müqavimət göstərir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın törədilməsi zamanı Şəxs sərxoş olmasını təsdiq edən hər hansı bir tibbi sənədin iş materiallarında olmaması səbəbindən bu halı onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almamışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş materiallarına əlavə edilmiş hadisənin video görüntüləri olan 1 ədəd (DVD) disk iş materiallarında saxlanılsın. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar