Məhkəmə qərarları › İş №3(110)-199/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-199/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-199/2023 04.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, Şərur rayon Yol İdarəsində sürücü işləyən, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X1 evinin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat 08:00-da Şərur rayon Yol İdarəsinə işə getdiyini, həyətdə su quyusu qazdıracağı üçün həmin günü işdən icazə aldığını, bacısının əri Emin ilə Sədərək rayonuna asfalt aparıb qayıtdıqlarını, yol idarəsinin maşının idarəyə qoyduqdan sonra şəxsi maşını ilə su idarəsinə getdiklərini, oradan komprestoru götürdüklərini, Çomaxtur kəndində yerləşən evində bacısının əri Emin ilə birlikdə su quyusunda işlədiklərini, kompressor ilə hava vuraraq quyunu təmizlədiklərini, təxminən saat 21:00-a qədər quyunu təmizləyib qutardıqlarını, daha sonra bacısının əri Emini Çərçiboğan kəndinə evinə apardığını, ondan sonra evə qayıtdığını, evə gələndən sonra arvadı Təhminənin ona atası Bilal Qurbanov, qardaşı Koroğlu Qurbanov və əmisi oğlu Natiq Qurbanzadə arasında mübahisə yaşadndığını dediyini, həmin mübahisə ilə bağlı heç bir məlumatının olmadığını, arvadı deyəndən sonra bundan xəbərinin olduğunu, ümumiyyətlə orda olmadığını qeyd edərək, məhkəmədən qənuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə axşam saatlarında onun Şərur rayon Çomaxtur kəndi ərazisində olan çayxanada olan zaman həyat yoldaşı X2 onu çayxananın kənarına çağırdığını, onun Sənubərin yanın getdiyini, Sənubərin ona qardaşı Bilal Qurbanovun və onun oğlu Koroğlu Qurbanovun onun yaşadığı evə gəlib oğlu Natiq Qurbanova qarşı nalayiq ifadələr işlədərək təhqir etdiklərini bildirdiyini, bu zaman həyat yoldaşı Sənubər Əliyevanın ona polisə şikayət etməyi təklif etdiyini, onların yaşadıqları evə tərəfə getdiyini, evə çatdıqda qardaşı Bilal Qurbanovun, onun oğlu Koroğlu Qurbanovun və digər oğlu Şəxs onların yaşadıqları evin yaxınlığında olduğunu gördüyünü, bundan sonra hər üçünün ucadan səs-küy salaraq onu narahat etməyə başladıqlarını, bundan sonra onun polisə məlumat verdiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında X5 ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə saat 08:00-dan sonra işə getdiyini qaynı Şəxs ondan su quyusunun hazırlanmasında ona kömək etməyi xahiş etdiyini, işdən icazə alıb çıxdığını, saat təxminən 10:00 radələrində Məmmədlə taksi dayanacağında görüşdüklərini, Sədərək rayonuna asfalt aparıb qayıtdıqlarını, yol idarəsinin maşının idarəyə qoyduqdan sonra Məmmədin şəxsi maşını ilə su idarəsinə getdiklərini, oradan komprestoru götürdüklərini, Məmmədgilə getdiklərini, saat təxminən 17:00-a qədər su quyusunda işlədiklərini, işləri qurtarandan sonra komprestoru aparıb idarəyə qoyduqlarını, oradan çıxıb su matoru almaq üçün mağazaya getdiklərini, motoru alıb Məmmədgilə getdiklərini, qalan işlərinidə görüb qurtarandan sonra hava qaralana yaxın onu evə aprıb qoymasını Məmmədə dediyini, saat təxminən 21:00-dan sonra Məmmədin onu aparıb evə qoyduğunu, və öz evlərinə qayıtdığını, onların orada iş görən zaman heç bir səs-küy eşitmədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında 01 avqust 2023-cü il tarixdə saat təxminən 19:30 radələrində evdə olan zaman küçədən səs-küy gəldiyini eşitdiyini, küçəyə çıxdığını, bu zaman qonşuları Sənubər və Yaponun onun üzərinə gəldiklərini gördüyünü, Yaponun dediyinə görə qardaşının və qardaşı uşaqlarının onun üzərinə hücum etdiklərini, evlərinin damına daş atıldığını, bu barədə Şərur Rayon Polis İdarəsinə məlumat vermək istədiyini bildirdiyini, öz telefonu ilə 102 xidmətinə zəng vurduğunu, Yaponun bu barədə şikayət etdiyini, küçəyə çıxan zaman ətrafda başqa heç kimi görmədiyini, kimlərin səsküy salmasını, mübahisə etmələrini görmədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan xx.xx.2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə saat təxminən 21:00 radələrində Şərur rayon Çomaxtur kəndində X1 einin yaxınlığında ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar