Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-2/2023 16.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, təqaüdçü, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Yengicə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokollar tərtib edilmişdir ona görə ki, 02 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Şərur rayon Yengicə kəndi ərazisində Şərur rayon Yengicə kənd sakinləri ilə birlikdə qumar oynamış bununla da o, Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Şərur rayon Yengicə kəndində yaşadığını, 02 yanvar 2023-cü il tarixdə həmkəndlisi Niyaməddingildə qonaqlıqda olduğunu, orada çıxan zaman saat təxminən 18:00 radələrində həmkəndliləri Vaqif, Vüqar və Nizami ilə irlidə ona məxsus olan Şərur rayon Yengicə kəndində yerləşən taxtadan ibarət tikiliyə getdikərini, orada həmkənlisi Vaqifin gəlin qumar oynayaq dediyini, onun qumar oynamadığını, lakin Vaqif, Vüqar, Nizaminin qumar oynamağa başladıqlarını,kartı kimin gətirdiyindən xəbərinin oldığını, polis əməkdaşlarının oraya gəlib onları gördülərini və Şərur rayon Polis İdarəsinə dəvət edilərək izahatlarını aldıqlarını, onların barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, məhkəmədən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə Yengicə kəndinin sahə inspektoruna qumar oynanılması ilə bağlı məlumat daxil olduğunu, sahə inspektoru Azər Abbasov və Şərur rayon Polis İdarəsinin əməkdaşı Vəli Şirəliyev ilə birlikdə həmin əraziyə getdiklərini, Yengicə kəndi ərazisində Şəxs məxsus torpaq sahəsindəki tikiliyə getdiklərini, içəriyə daxil olduqda masanın ətrafında 3 nəfərin qumar oynadıqlarını gördüklərini, sonradan həmin şəxslərin X6, X7 və X3 olduqlarının müəyyən olunduğunu, Şəxs əlində kart olmadığını, onun kart oynamasını görmədiyini, masının üzərində ağ selofanda doğranmış meyvə, bir ədəd spirtli içki, otuz altı ədəd oyun kartı, 1 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinas olmaqla cəmi 180 manat pulun olduğunu, oyun kartının və pulun qabalaşdırılaraq götürüldüyünü, həmin şəxslərin Şərur rayon Polis İdarəsinə dəvət edilərək izahatları aılnaraq onların barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilərkən X4 da şahid X2 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin dispozisiyasından görünür ki, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, borclu Şəxs qumar oynanılan yerdə olsa da, qumar oynamamışdır. Beləliklə də məhkəmə hesab edir ki, borclu Şəxs qumar oynanılan yerdə olması onun qumar oyununda iştirak etməsi kimi qiymətləndirilə bilməz. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan xx.xx.2023-cü il tarixli 010285 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Yengicə kəndi ərazisində tanışları ilə birlikdə qumar oynamış, nəticədə Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan şəxsi baxış keçirilməsi haqqında protokoldan görünür ki, çöllük ərazidə Şəxs məxsus yardımçı taxta tikilidə 36 ədəd oyun kartı və 180 (bir yüz səksən) manat - 1 ədəd yüzlük, 1 ədəd əllilik, 1 ədəd iyirmilik və iki ədəd beşlik pul aşkar edilərək götürülərək hal şahidlərinin iştirakı ilə ağ rəngli zərfdə qablaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; -114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-2/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-2/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver