Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-2/2024 19.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.2-ci və 507-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs (VÖEN: **********) adından təqdim edilmiş **********9954 sorğu nömrəli gömrük bəyannaməsi ilə 281 yerdən ibarət, invoys dəyəri 4120 ABŞ dolları təşkil edən brutto çəkisi 4284 kq, netto çəkisi 4124 kq olan yük sərbəst dövriyyə üçün buraxılış buraxılış prosedurunda yerləşdirilmək üçün bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş MT401-416 nömrəli xx.xx.2023cü il tarixli invoysun 11-ci mövqeyində yerləşən mala Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli GM**********51 nömrəli müraciət məktubuna əsasən gömrük ekspertizası həyata keçirilmişdir. Baş İdarənin Gömrük Laboratoriyası tərəfindən 20 litrlik plasmas tutumda, sıxlığı 1.25. q/sm3 olan, 34.35 kütlə %-li, brutto çəkisi 124 kq, netto çəkisi 95 kq (100 litr) olan sulfat turşusundan ibarət yükün xarici iqtisadi fəaliyətin mal nomenklaturası üzrə kodunun düzgün bəyan edilmədiyi və həmin yükün 28 iyun 2005-ci il tarixli 960- İİQ nömrəli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun İV siyahısına (Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar) aid olduğu aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nın 482.2-ci və 507-ci maddələrinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, təxminən 6 ay olar ki sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladığını, 2023-cü ilin avqustun 1-dən rəsmi qaydada VÖEN əldə edərək sahibkarlıq fəaliyyətini davam etdirdiyini, 2023-cü ilin dekabr ayının 1-də İran İslam Respublikasının Poldəşt gömrüyündən ** AB *** nömrəli yük avtonəqliyyat vasitəsi ilə qarışıq tikinti və məişət mallarını idxal etdiyini və Rəsmiləşdirmə mərkəzində gömrük əməkdaşının təqdim etdikləri bəyannaməni yoxladıqdan sonra fakturada 11-ci mövqeydə Batery asid adlı maldan ekspertiza verməli olduğumu dediyini, daha sonra onun həmin maldan nümunə götürərək ekspertizaya təqdim etdiyini və 1 gün sonra ekspertizanın idxal etdikləri malıın lisenziya tələb edilən mal olduğunu və lisenziyasız idxalının mümkün olmadığını qeyd etdiklərini, daha sonra X4 postunda gömrük əməkdaşının onun və iki hal şahidinin iştirakı ilə idxal etdiyi yükə baxış keçirdiklərini və yoxlama barəsində protokol tərtib olunduğunu və onunda həmin sənədi digər iştirakçılarla birlikdə imzaladığını, yoxlamada iştirak edən digər gömrük əməkdaşı tərəfindən arayış təqdim olunaraq idxalına lisenziya tələb olunan brüt çəkisi 124 kq olan Batery asit adlı malın götürülərək Naxçıvan Baş Gömrük İdarəsinin binasına gətirildiyini, daha sonra onunda izahat vermək üçün ora getdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında Naxçıvan Baş Gömrük İdarəsinin “Karqo Terminalı” gömrük postunda xidmətdə olduğunu, həmin gün post rəisinin ona Şəxs ünvanına gələn ** BA *** nömrəli yük avtonəqliyyat vasitəsini yoxlamağı tapşırdığını, onun da Baş İdarənin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı gömrük xidməti baş leytenantı Eminli M. Turqut oğlunun, mal sahibi Şəxs və iki hal şahidinin iştirakı ilə həmin yük avtonəqliyyat vasitəsini yoxlamağa başladığını, baxış zamanı İran İslam Respublikasının Poldəşt gömrüyündən ** AB *** nömrəli yük avtonəqliyyat vasitəsi ilə qarışıq tikinti və məişət mallarını idxal etdiyini və Rəsmiləşdirmə mərkəzində gömrük əməkdaşının təqdim etdikləri bəyannaməni yoxladıqdan sonra fakturada 11-ci mövqeydə Batery asid adlı maldan ekspertiza verməli olduğumu dediyini, daha sonra onun həmin maldan nümunə götürərək ekspertizaya təqdim etdiyini və 1 gün sonra ekspertizanın idxal etdikləri malıın lisenziya tələb edilən mal olduğunu və lisenziyasız idxalının mümkün olmadığını qeyd etdiklərini, daha sonra X4 postunda iki hal şahidinin iştirakı ilə bununla bağlı yükün yoxlanılmasına dair protokol tərtib etdiyini və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında “X4” gömrük postunun ərazisində yüklərin boşaldılması və yığılması ilə məşğul olduğu zaman İqrar adlı gömrük əməkdaşının Azərbaycan Respublikası vətəndaşı Şəxs bəyan etdiyi mallara baxış keçirəcəyini və onun da hal şahidi kimi iştirak etməyini xahiş etdiyini və onun da bununla razılaşdığını, onların İqrar müəllimlə birlikdə malları yoxlayacağı yerə getdiklərini, İqrar müəllimin ondan başqa Turqut adlı gömrükçünün və Rəşad adlı fəhlə yoldaşının da yoxlamada iştirak edəcəyini bildirdiyini, Azərbaycan Respublikası vətəndaşı Şəxs onlara təqdim edərək mallar bu şəxsə məxsus olduğunu və yoxlama zamanı onun da iştirak edəcəyini bildirdiyini, yoxlama başlamazdan əvvəl İqrar müəllimin onlara hüquq və vəzifələri barədə məlumat verdiyini, daha sonra İqrar müəllimin malları yoxlamağa başladığını və yoxlaça bitdikdən sonra bütün malların faktura ilə düz olduğunu gördüklərini, daha sonra müvafiq sənədlərin tərtib edildiyini, onların da imzaları ilə təsdiq etdiklərini, yoxlamanın aparıldığı yük avtonəqliyyat vasitəsindən 5 ədəd 20 litrlik qablarda qadağan olunduğu söylənilən malların qablaşdırılaraq götürüldüyünü və yoxlamanın yekunlaşdırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 şahid X1 ilə eyni məzmunlu izahat vermişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını, şahidlərin izahatını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 482.2-ci və 507-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materialında olan: - xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Şəxs İran İslam Respublikasından qaimənin 11 sırasında qeyd olunan 05 ədəd hər biri 20 litr ölçülü battery acid 20l idxal etmişdir; - Gömrük bəyannaməsindən görünür ki, Şəxs faktura üzrə 11-ci mal olan 5 ədəd battery acid 20l istehsalçı ölkə İrandan idxal edərək gömrüyə bəyan etmişdir. - Azərbaycan Respubliksı Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Gömrük Laboratoriyasının GM**********51 nömrəli ekspert rəyindən görünür ki, ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs tərəfindən MT401-416 saylı xx.xx.2023-cü il tarixli invoysun 11-ci mövqeyi üzrə təqdim olunan yük 20 litrlik plastmas tutumda, sıxlığı 1.25 q/sm3 olan, 34-35 kütlə %-li sulfat turşusudur. - Azərbaycan Respubliksı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1209 №-li ekspert rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında ekspertiza təyini haqında qərarda göstərilən xx.xx.2023-cü il tarixli MT401- 416 saylı fakturada qeyd olunan 05 ədəd hər biri 20 litr ölçülü, ağ rəngi plastik qabda battery acid 20l-nin 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200 (iki yüz) manat müəyyən edilir. O cümlədən 01 ədəd 20 litr ölçülü, ağ rəngli plastik qabda battery acid 20l – 40 (qırx) manatdır. - xx.xx.2023-cü il tarixli Qərardaddan görünür ki, AR Dövət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci və 507-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və araşdıdırmanın aparılması qərara alınmışdır; -xx.xx.2023-cü il tarixli 18000-01693/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN: **********) adından təqdim edilmiş **********9954 sorğu nömrəli gömrük bəyannaməsi ilə 281 yerdən ibarət, invoys dəyəri 4120 ABŞ dolları təşkil edən brutto çəkisi 4284 kq, netto çəkisi 4124 kq olan yük sərbəst dövriyyə üçün buraxılış buraxılış prosedurunda yerləşdirilmək üçün bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş MT401-416 nömrəli xx.xx.2023cü il tarixli invoysun 11-ci mövqeyində yerləşən mala Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli GM**********51 nömrəli müraciət məktubuna əsasən gömrük ekspertizası həyata keçirilmişdir. Baş İdarənin Gömrük Laboratoriyası tərəfindən 20 litrlik plasmas tutumda, sıxlığı 1.25. q/sm3 olan, 34.35 kütlə %-li, brutto çəkisi 124 kq, netto çəkisi 95 kq (100 litr) olan sulfat turşusundan ibarət yükün xarici iqtisadi fəaliyətin mal nomenklaturası üzrə kodunun düzgün bəyan edilmədiyi və həmin yükün 28 iyun 2005-ci il tarixli 960- İİQ nömrəli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun İV siyahısına (Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar) aid olduğu aşkar edilmişdir. Beləliklə də məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs “**********9954 sorğu nömrəli gömrük bəyannaməsi ilə 281 yerdən ibarət, invoys dəyəri 4120 ABŞ dolları təşkil edən brutto çəkisi 4284 kq, netto çəkisi 4124 kq olan yük sərbəst dövriyyə üçün buraxılış buraxılış prosedurunda yerləşdirilmək üçün bəyan olunmuşdur. Həmin gömrük bəyannaməsi ilə birlikdə təqdim edilmiş MT401-416 nömrəli xx.xx.2023-cü il tarixli invoysun 11-ci mövqeyində yerləşən mala Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli GM**********51 nömrəli müraciət məktubuna əsasən gömrük ekspertizası həyata keçirilmişdir, Baş İdarənin Gömrük Laboratoriyası tərəfindən 20 litrlik plasmas tutumda, sıxlığı 1.25. q/sm3 olan, 34.35 kütlə %-li, brutto çəkisi 124 kq, netto çəkisi 95 kq (100 litr) olan yükün sulfat turşusu olduğu müəyyən edilmiş, sulfat turşusunun isə 28 iyun 2005-ci il tarixli 960- İİQ nömrəli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun İV siyahısına (Azərbaycan Respublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar) aid olduğu, həmçinin sulfat turşusundan ibarət yükün xarici iqtisadi fəaliyətin mal nomenklaturası üzrə kodunun düzgün bəyan edilmədiyi aşkar edilmişdir. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci və 507-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir; - 507-ci maddəsinə görə idxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tədqiqatı zamanı Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək qeyd edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 507-ci maddələri ilə təqsirli bilinməli, lakin o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İnzibati Xətalar Məcəlləsinin 507-ci maddəsində nəzərədə tutulmuş inzibati tənbeh tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyəri olan 200 manatın 100 (bir yüz) faizi miqdarında, yəni 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci və 507-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olmuş malın dəyəri olan 200 manatın 100 (bir yüz) faizi miqdarında, yəni 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-2/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-2/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver