Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-20/2021 05.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsindən daxil olmuş, xx.xx.1985-ci ildə Şərur rayon Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaqlı, ali təhsilli, Şərur Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə İXM-in 535.1-ci maddəsi ilə 10 gün müddətində inzibati qaydada həbs edilmiş, Şərur rayonu Qışlaqabbas kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində Şərur rayonunun Qışlaqabbas kəndində karantinə alındığı evində Şəxs karantin rejimi qaydalarını pozmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmədə iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq vermiş olduğu izahatında, xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasından pasportunun vaxtı keçdiyi üçün gəldiyini, həmin gün polis əməkdaşları tərəfindən karantinə götürüldüyü, 5 gün karantində qalacağı ona bildirildiyini, bununla bağlı bəzi məhdudiyyətlərinin ona bildirildiyini, Qışlaqabbas kəndində özünəməxsus evdə tək yaşadığını, lakin bir müddət sonra tanışı X1 ona zəng edib onu görmək istədiyini bildirdiyini, evdə tək olduğu üçün sıxıldığından onu evə dəvət etdiyini, Əlinin də onu görmək üçün evə gəldiyini, polis əməkdaşlarının göstərişinə tabe olmadığını, buna görə karantinə nəzarət edən polis əməkdaşlarının onları izahat vermək üçün polis şöbəsinə dəvət etdiklərini bildirdiyini, hazırda tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində yüngül tənbeh verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şahidin izahatları: Məhkəmədə şahid qismində dindirilən X2 vermiş olduğu izahatında xx.xx.2021-ci il tarixdə Şərur rayon Qışlaqabbas kənd ərazisində yerləşən Şəxs yaşadığı evdə karantin ilə bağlı xidmətdə olduğunu, həmin vaxt Əli adlı şəxsin onlara gəldiyini, ona Şəxs karantində olduğu bildirdiyində həmin şəxsin oradan getdiyini, axsam saatlarında həmin şəxsin yenidən ora gəldiyini, həmin vaxt Şəxs əlinə daş alıb qapını qırdığını, nalayiq ifadələr işlətdiyini, həmin hadisəni kəndin sahə inspektoruna məlumat vermək üçün qapının kənarına çəkildiyini, bu zaman Əli adlı şəxsin evə girdiyini, sonra sahə inspektoru ilə evdə daxil olan zaman Şəxs sosial şəbəkədən canlı yayın açdığını, canlı yayında nalayiq ifadələr işlətməyə başladığını, karantin qaydalarına əməl etməli olduqlarını onlara bildirdiklərini, lakin həmin şəxslərin onlara məhəl qoymayaraq hərəkətlərinə davam etdirdiklərindən onların izahat vermək üçün polis şöbəsinə dəvət edildiyini, polis şöbəsində həmin şəxslərin barələrində protokol tərtib edildiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2021-ci il tarixli 350 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli məlumatına əsasən Dünyada yayılmış koronavirusun (COVİD-19) yayılmasının qarşını almaq üçün ölkəyə gələn vətəndaşlar 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilir. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunun 11-ci maddəsinə əsasən dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək vəzifəsidir. Həmin qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Həmin qanun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş üzrə inzibati həbsin əvvəli məhkəmə qərarının çıxarıldığı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 211-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-20/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-20/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver