Məhkəmə qərarları › İş №3(110)-20/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-20/2023

28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-20/2023 28.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanunu nümayəndəsi Qanuni nümayəndə və Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş, xx.xx.2005-ci ildə Şərur rayonu, İbadulla kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə 11:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs həyətindən “Markus” markalı su matoru oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında və verilən suallara cavabında təxminən 20 gün bundan öncə Şərur rayon İbadulla kəndində yerləşən babası X3gilə getdiyini, babasıgilin evinin yanında Vilayət Bağırova məxsus heç kimin yaşamadığı bir ev olduğunu, həmin evin həyətyanı sahəsində odun doğradığını, həyətdə olan quyunun üzərinə bağlanmış su matoru gördüyünü, odun doğradıqdan sonra oranı tərk etdiyini, lakin 19 yanvar 2023-cü il tarixində dostları Elşən, Yusif, Kərim və Orxan ilə Siyaqut kəndində yerləşən restorana getdiklərini, orada spirtli içki qəbul etdiyini, oradan təxminən saat 23:00-da qayıtdıqlarını, dostları evlərinə getdikdən sonra sərxoş olduğundan bir neçə gün əvvəl gördüyü su matorunu oğurlamaq qərarına gəldiyini, həmin yerə gedərək, taxta qapıdan içəri girdiyini, matorun quyunun üzərindən götürərək çıxdığını, su matorunu fəhlə kimi evində işlədiyi X1 həyətində eyvanın üstünə qoyaraq gizlətdiyini, bunu heç kimin görmədiyini, iki gün sonra polis əməkdaşlarının onu Şərur Rayon İbadulla Polis Bölməsinə dəvət etdiklərini, orada dindirilən zaman əməlini etiraf etdiyini bildirib barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunu nümayəndəinin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunu nümayəndəsi Qanuni nümayəndə izahatında Akifin xx.xx.2023-cü il tarixində axşam saatlarında dostları ilə çıxdığını, haraya getdikləri barədə bir məlumatının olmadığını, həmin hadisədən xx.xx.2023-cü il tarixində məlumatı olduğunu, bu kimi hadisələrə yol verməməsi üçün oğlu ilə bundan sonra daha ciddi məşğul olacağını və məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında və verilmiş suallara cavabında babası Vilayət Bağırova məxsus evin onun evinin yanında olduğunu, evdə heç kim yaşamadığından həmin həyətə onun baxdığını, həmin həyətdə su quyusu olduğunu, quyudan “Markus” markalı su matoru ilə su çıxardığını, həmin matoru 1 il əvvəl 250 manata aldığını, 21 yanvar 2023-cü il tarixdə həyətyanı sahəyə gedən zaman su matorunun oğurlandığını gördüyünü, bu barədə dərhal Şərur Rayon Polis İdarəsinə məlumat verdiyini, bir müddət sonra polis əməkdaşlarının onun evinə gəldiyini, hadisə barədə məlumat toplayaraq getdiklərini, bir neçə saat sonra su matorunu götürən adamın həmkəndlisi Şəxs olması barədə ona məlumat verildiyini bildirmiş və məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində izahat verən X4 izahatında xx.xx.2023-cü il tarixdə evdə olduğunu, nəvəsinin gələrək həyətlərinə polislər gəldiyini və onu çağırdıqlarını dediyini, onun da təlaşla polislərin yanına getdiyini, polislərin onun həyətinə baxış üçün icazə istədiklərini, onun da icazə verərək səbəbini soruşduqda Şəxs su matoru oğurladığını və onların qarajının üstündə gizlətdiyini eşitdiyini, polislərin yanında Akifə irad tutaraq onu danladığını, Akifin onların işlərinə kömək etdiyini, bu səbəb də onların həyətini yaxşı tanıdığını, darvazalarının hər zaman açıq olduğunu, Akifin nə vaxt və necə həmin su motorunu gətirib ora qoyduğunu bilmədiyini bildirdi. Məhkəmədə şahid qismində izahat verən X9 izahatında xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində polis əməkdaşlarının ona və Vərməziyar kənd sakini X7 yaxınlaşaraq X1 həyətinə baxış keçirəcəklərini, bu səbəbdən də onlardan hal şahidi kimi iştirak etmələrini xahiş etdiklərini, onların da razılaşaraq polis əməkdaşları ilə həmin həyətə getdiklərini, onların iştirakı ilə Seyidov Mirabbasın yaşadığı həyətin yardımçı tikilinin üstündən 1 ədəd “Markus” markalı su matoru aşkar edilərək götürüldüyünü bildirdi. Məhkəmədə hal şahidi qismində dindirilərkən X11 da şahid X6 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, 1 ədəd “Markus” markalı su matoru X2 məxsus həyətyanı sahədəki yardımçı tikilidən aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, 1 ədəd “Markus” markalı su matorunun hazırda orta bazar qiyməti 140 manatdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon İbadulla kəndində Zərərçəkmiş şəxs həyətindən ona məxsus dəyəri 140 manat olan “Markus” markalı su matoru oğurlamışdır. Şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığından qeyd olunan maddə ilə təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin səmimi peşmançılığını və yetkinlik yaşına çatmamasını məsuliyyəti yüngülləşdirən hal kimi, xətanın sərxoş vəziyyətdə tördəilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ictimai işlər tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Şərur Rayon Məhkəməsinin saxlanc otağında maddi sübut qismində saxlanılan 1 ədəd “Markus” markalı su matoru zərərçəkmiş şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Naxçıvan MR Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Maddi sübut qismində Şərur Rayon Məhkəməsinin saxlanc otağında saxlanılan 1 ədəd “Markus” markalı su matoru qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar