Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-20/2025 04.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq atası, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şərur rayon ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Çomaxtur kəndinin mərkəzində həmkəndlisi Cavid ilə görüşdüklərini, Cavidin qardaşının ona olan borcunun bir hissəsini gətirdiyini, pulu saydıqdan sonra 2700 manat olduğunu gördüyünü və pul tam olmadığı üçün geri qaytardığını, Cavidə “sən get, mənə borcu olan qardaşın gəlsin” dediyini, bu zaman birbirinin yaxasından tutduqlarını, orada olan şəxslərin onları aralaşdırdıqlarını, bu zaman Cavidin telefon vasitəsilə bir nəfəri onların yanına çağırdığını, təxminən 10 dəqiqə sonra polis mayoru Toğrul müəllimin oraya gəldiyini və onları polis idarəsinə dəvət etdiyini, avtomobilə əyləşdiklərini, Cavidin ona “gör sənin başına nə oyun açacağıq” dediyini, cavabında ona”vicdansız danışma” dediyini, sahə rəisi Toğrul müəllimin ona “mənim yanımda artıq-əskik danışa bilməzsən” dediyini, ona “sən bizim polisimzsən, mən artıq söhbət etmirəm” dediyini, bu zaman mübahisə etdiklərini, Toğrul müəllimin ona yumruqla vurduğunu, ona qarşılıq vermədiyini, əlini onun çiyninə qoyaraq “sən bizim polisimizsən, səni şikayət edəcəm” dediyini, telefonu çıxarıb zəng etmək istəyərkən, Toğrul müəllimin telefonu onun əlindən almaq istədiyini, lakin telefonu vermədiyini, bu zaman Toğrul müəllimin onun yaxasından tutduğunu, Şərur rayon Polis idarəsinə çatdıqlarını, onu 10-12 nəfər polis əməkdaşının yanında itələyə-itələyə müstəntiqin otağına apardığını, otaqda olarkən Toğrul müəllimin onu vurmağa başladığını, polis əməkdaşlarının otağa daxil olduqlarını, Toğrul müəllimim onun üzərinə yeridiyini, ona qarşı söyüş söydüyünü, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərmədiyini, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək Şərur rayon Polis İdarəsinə saxlanıldığını, himayəsində epilapsiya xəstəsi övladının olduğunu, onun köməyinə ehtiyacı olduğunu qeyd edərək, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Rayon Polis İdarəsində polis sahə rəisi vəzifəsində işlədiyini, xx.xx.2025-ci il tarixdə Şərur rayon Çomaxtur kəndində xidmətdə olarkən saat 17:00 radələrində həmin kənd sakini X2 onun mobil telefonuna zəng edərək, həmkəndlisi Şəxs tərəfindən kənd mərkəzində döyüldüyünü bildirərək, şikayət etdiyini, dərhal həmin getdiyini, Cavid və Səfərin orada olduqlarını gördüyünü, onları Şərur rayon Polis İdarəsinə dəvət etdiyini, Səfərin avtomobilin qabaq oturacağında, Cavidin isə arxa oturacaqda əyləşdiyini, Səfərin Cavidin ünvanına nalayiq ifadələr işlətdiyini, onu sakitləşdirmək istədikdə onun da ünvanına nalayiq ifadələr işlətdiyini, ona hədə-qorxu gələrək, böhtan atdıığını, ona fiziki güc tətbiq etmək istədiyini, onun avtomobili idarə etməsinə maneə yaratmasının qarşısını alaraq, polis Şərur rayon Polis İdarəsinə gəldiklərini, polis idarəsində olan zaman Səfərin öz hərəkətlərini davam etdirdiyini, onun ünvanına nalayiq ifadələr işlədərək, hədə-qorxu gəldiyini, ona qarşı böhtan atmağa başladığını, digər polis əməkdaşları ilə birlikdə Şəxs nizam-intizama dəvət etdiklərini, lakin Şəxs öz hərəkətlərini davam etdirdiyini, onların qanuni tələblərinə tabe olmadığını, ona Şərur rayon Polis İdarəsində fiziki güç tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X12 izahatında və verilən suallara cavabında xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsində xidməti vəzifələrini yerin yetirən zaman saat 17:15 radələrində X6 kənd sakini Şəxs polis idarəsinə gətirdiyini, Şəxs idarədə olan zaman səs-küy salmağa başladığını və polisin ünvanına nalayiq söyüşlər söyməyə başladığını, polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiklərini, lakin onun polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, öz hərəkətlərinə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şərur rayon Çomaxtur kəndində polis sahə rəisi Toğrul Məmmədova zəng vuraraq, həmkəndlisi Şəxs pul verdiyini, lakin pul az olduğu Şəxs onu təhqir edib döydüyünü bildirdiyini, Toğrul müəllimin gəldiyini və onları Şərur rayon Polis İdarəsinə dəvət etdiyini, avtomobilə əyləşdiklərini, polis idarəsinə gələrkən yolda Şəxs Toğrul müəllimin və onun ünvanına nalayiq ifadələr işlətdiyini, polis idarəsində olan zaman Şəxs uca səslə Toğrul müəllimin ünvanına nalayiq söyüşlər söydüyünü, onu vurmaq istədiyini, digər polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdıqlarını bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şərur rayon ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Şərur rayon ərazisində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarıında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs Şərur rayon Polis İdarəsində ucadan səs-küy salaraq, X4 qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 01 (bir) gün müddət inzibati həbs müddətindən çıxılmalı, inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 01 (bir) gün müddət inzibati həbs müddətindən çıxılmaqla, o, qəti olaraq 09 (doqquz) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-20/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-20/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver