Məhkəmə qərarları › İş №3(110)-201/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-201/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-201/2025 20.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Sədrlik edən: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: oğlunun katibliyi, İnzibati xəta haqqında Şərur Rayon Polis İdarəsinin polis sahə inspektoru, protokol tərtib etmiş şəxs: polis mayoru X1, Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1964-cü ildə Şərur rayonunun Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN– 6ACX3N), evli, tam orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Çomaxtur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, fərdi əməklə məşğul Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-43-12/2-10333/2025 nömrəli məktubu ilə Şərur rayon Çomaxtur kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şərur rayon Çomaxtur kəndində yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Şərur şəhərində yerləşən çay evində qumar oynadığı aşkar olunmuş, həmin şəxs barəsində Şərur Rayon Polis İdarəsinin polis sahə inspektoru, polis mayoru X3 tərəfindən İXM-in 525-ci maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməsə də, izahatında və verilmiş suallara cavabında, hadisə günü səhər saat 10 radələrində qeyd olunan çay evinə getdiyini, Atəş və Əbülfəz adlı şəxslərlə OKEY oyunu oynamağa başladıqlarını, Atəşin orada işlədiyini, oyunun qumar oyunu olduğunu bilmədiyini, indiyədək qumar oynamadığını, ortada olan 9 manat pulun 7 manatının Əbülfəz adlı şəxsin avtoyuma xidməti üçün ödəyəcəyi pul, 2 manatının isə çay evinə verəcəkləri pul olduğunu, pulların Əbülfəzdə olduğunu, onun pulları masanın üstündə olan mobil telefonun altına qoyduğunu, Şərur RPİ əməkdaşlarının çay evinə gəlib əməliyyat çəkilişi ilə onların qumar oynadığını müəyyən edərək, onları Şərur RPİ-yə dəvət etdiklərini bildirmişdir. Həmçinin Şəxs izahatında etdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin sahə rəisi, polis mayoru X3 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, qeyd olunan şəxsin digər 2 nəfərlə birlikdə “okey daşları” vasitəsilə qumar oynadığını, həmin hadisənin videolentə alındığını və onun barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında Şərur RPİ-nin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili olduğunu, hadisə günü xidmətdə olduğunu, yanında olan Şərur RPİ-nin əməkdaşına Şərur şəhərində yerləşən çay evlərinin birində qumar oyunu oynanıldığı haqqında məxfi əməkdaş tərəfindən əməliyyat məlumatı və videogörüntülərin daxil olduğunu, bilavasitə rəisinə bu barədə məlumat verdikdən sonra əməliyyat qrupu ilə birlikdə həmin əraziyə getdiklərini, gizli müşahidə aparılan zaman həmin faktın təsdiq olunduğunu və videogörüntülərinin çəkildiyini, həmin şəxslərin bir manatlıq əskinasları oyunu qazanmış şəxsə verdiklərini və verilən pulların əyləşdikləri stolun yanındakı stula qoyduqlarını, əməliyyat qrupunun əməliyyat çəkilişi ilə çay evinə daxil olduğunu, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib vətəndaşlara törətdikləri əməli izah etdikdən sonra onları izahat vermələri üçün Şərur RPİ-nin inzibati binasına dəvət etdiklərini, oyunu oynamaq üçün vasitələrin və ortada olan pulun maddi sübut qismində aktlaşdırılaraq götürüldüyünü və inzibati xəta haqqında iş üzrə icraatın materiallarına əlavə edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili X4 oxşar məzmunlu izahat verərək, şahid qismində dindirilmiş X2 izahatında göstərilənləri təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, inzibati xəta haqqında protokolu, o cümlədən inzibati xəta haqqında işin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Baxış aparılması haqqında” 24 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şərur şəhərində yerləşən Əsədov Arif isa oğluna məxsus çay evinin həyətyanı sahəsinə baxış zamanı orada masa və oturacaqların olması, masalardan birinin üzərində Şəxs, Atəş Mikayılzadə və Əbülfəz Əzizovun qumar oynadığı müəyyən edilmiş, masanın üzərində olan inzibati xətanın predmeti, yəni oyun ləvazimatı olan 104 sayda “okey daşları” və doqquz ədəd bir manatlıq qumara qoyulmuş pul əskinası maddi sübut kimi qabalaşdırılaraq götürülmüş, hal şahidlərinin iştirakı olmadığına görə baxış videoqeydə alınaraq DVD diskə köçürülmüş və həmin DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə baxış nəticəsində 3 nəfər şəxsin “okey daşları” ilə qumar oynadığı, oyunçulardan birinin mobil telefonunun altına 7 manat, birinin mobil telefonunun altına 2 manat pul qoyulduğu, baxış zamanı həmin pulların polis əməkdaşları tərəfindən götürüldüyü və.s aydın şəkildə görünür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməllərində cinayət tərkibinin olmaması əsası ilə onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxsin İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Şərur rayon Polis İdarəsinin İTŞ-yə göndərilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 401-ci maddəsinin Qeyd hissəsinə əsasən, “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Azərbaycan Respublikasının İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında əlavə tənbeh kimi nəzərdə tutulmuş “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi” tənbeh tədbirinin təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirli bilinən şəxsə əsas tənbeh ilə yanaşı bu tənbeh növü əlavə tənbeh kimi təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin müsadirə edilməsi İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas tənbehin (cərimə tənbeh tədbirinin) təyin edilməsindən asılı olmayaraq məcburi olsa da, iş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 3(110)-201/2025 nömrəli qərarından görünür ki, bu məsələ artıq həmin qərarla öz həllini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinin tələblərinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “Baxış aparılması haqqında” 24 iyul 2025-ci il tarixli protokol əsasında inzibati xətanın baş verdiyi çay evinin həyətyanı sahəsinə baxış zamanı maddi sübut kimi qablaşdırılaraq götürülmüş, törədilmiş inzibati xətanın predmeti, yəni oyun ləvazimatı olan 104 sayda “okey daşları” və qumara qoyulmuş 9 ədəd 1 manatlıq, pul əskinazlarından ibarət olan cəmi 9 (doqquz) manat məbləğində pul vəsaitinin Şərur Rayon Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 3(110)-201/2025 nömrəli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar