Məhkəmə qərarları › İş №3(110)-203/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-203/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-203/2023 09.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Şərur rayon Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaqlı, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:15 radələrində magistral yolun Zeyvə kəndindən keçən hissəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə saat təxminən 00:15 radələrində Şirvan Kərimov və Ramin Abbasovla birlikdə Dəmirçi kəndində yeməkxanada yeyib-içdikdən sonra Şərur rayonuna qayıtdıqlarını, Zeyvə kəndi ərazisində DYP əməkdaşlarının avtomobili onları saxlatdıqlarını, sürücü Şirvan Kərimovdan avtomobilin sənədlərini tələb etdiklərini, Ramin Abbasovun onlara avtomobilin onun mülkiyyətində olduğunu və sənədləri özünün təqdim edəcəyini bildirdiyini, DYP əməkdaşları yoxladıqdan sonra Şirvan Kərimovun sürücülük hüququnun olmamasının məlum olduğunu, Ramin Abbasov avtomobilin sənədlərini vermək istəyərkən DYP əməkdaşının Raminin şəxsiyyət vəsiqəsini kaşlokundan götürdüyünü, bu zaman Raminin DYP əməkdaşının hərkətinə əsəbləşdiyini, aralarnda mübahisə olduğunu, DYP əməkdaşlarının avtomobilin duracağa aparılmalı olduğunu bildirdiyini, Raminin buna etiraz edərək, PPX əməkdaşlarının dəvət olunmasını tələb etdiyini, Şərur rayon Polis İdarəsinin əməkdaşlarının oraya gəldiklərini, PPX əməkdaşının avtomobili duracağa apardıqlarını, orada Raminin DYP əməkdaşlarına “avtomobili siz duracağa yerlşdirməyin, PPX əməkdaşaları yerləşdirsinlər” dediyini, bu zaman DYP əməkdaşlarını videoya çəkmək istədiyini, polis əməkdaşlarının telefonu onun əlindəmn aldıqlarını, bundan sonra əsəbləşdiyini, özünü saxlaya bilməyib nalayiq ifadələr işlətdiyini, daha sonra polis əməkdaşlarının onları Naxçıvan MR DİN X13 İdarəsinə apardıqlarını,daha sonra polis əməkdaşlarının onları Naxçıvan şəhərində xəstəxanaya apardıqlarını, alkoqol müayinəsindən keçdiklərini, içkili olmalarının müəyyən olunduğunu, sonra polis əməkdaşlarının onları Şərur rayon Polis İdarəsinə apardıqlarını, orada barələrində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə X6 ilə birlikdə xidmət aparan zaman saat təxminən 02:15 radələrində Sədərəkdən Şərur rayonu istiqamətində hərəkətdə olan Qaz 3110 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlatdıqlarını, yoxlama zamanı avtomobili idarə edən X1 hüququnun olmadığının məlum olduğunu, avtomobilin sahibinin X7masının müəyyən olunduğunu, həmin şəxs sərxoş olduğu üçün avtomobili Şirvan Kərimovun idarə etdiyini, sürücüyə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirdiklərini, bu zaman Ramin adlı şəxsin onlara avtomobili duracağa aparmamaları üçün 20 manat pul təklif etdiyini, onun təklifini rədd etdiyini, həmin şəxsin onlara qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman avtomobildə olan Yəhya adlı şəxsin söyüş söyməyə başladığını, onları telefonla videoya çəkməyə başladığını, onlara “sizin başınıza oyun açacağam” dediyini, Ramin adlı şəxsin ona böhtan ataraq. “pul qabından 200 manat pul götürmüsən” dediyini, bu zaman Şərur rayon Polis İdarəsindən kömək istədiklərini, PPX əməkdaşlarının oraya gəldiklərini, onların köməyi ilə avtomobili duracağa yerləşdirmək üçün Şərur rayon rayonlararası müayinə mərkəzinə apardıqlarını, orada Ramin adlı şəxsin mübahisə yaratdığını, avtomobilin mühərrikini söndürüb açarı çıxardığını, daha sonra məcbur olub avtomobilini itələyərək duracağa yerləşdirdiklərini, daha sonra Ramin və Yəhya adlı şəxslərin ucadan nalayiq ifadələr işlətidklərini, onları nizam-intizama dəvət etdiklərini, lakin həmin şəxslərin onların qanuni tələblərinə tabe olmadıqlarını, onları avtomobilə əyləşdirib Naxçıvan MR DİN X13 İdarəsinə apardıqlarını, sonra həmin şəxsləri Naxçıvan şəhərində xəstəxanaya apardıqlarını, alkoqol müayinəsindən keçdiklərini, onların içkili olmalarının müəyyən olunduğunu, onları Şərur rayon Polis İdarəsinə gətirdiklərini, barələrində inzibati qaydada tədbir görüldüyünü bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında X4 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 02:15 radələrində magistral yolun Zeyvə kəndindən keçən hissəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2023-cü il tarixli 002720 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:15 radələrində magistral yolun Zeyvə kəndindən keçən hissəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini və 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağrılaşdıran halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar