Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-205/2023 09.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şərur rayon Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, avto yuyucu işləyən, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda duran və yaşayan (FİN: 4VXEA2W) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:15 radələrində magistral yolun Zeyvə kəndindən keçən hissəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə həmkəndliləri Yəhya, Ramin, Pərviz və onun Raminin maşını ilə Dəmirçi kəndində yeməkxanaya getdiklərini, onların orada spirtli içki qəbul etdiklərini, onun isə içmədiyini, onların sərxoş olduğu üçün maşını onun sürdüyünü, üst yolda maxta kəndinin üstündə yol patrul xidmətinin əməkdaşlarının dur işarəsi verdiklərini, onun maşını saxladığını, ondan sənədləri soruşduqlarını, onun isə sənədlərinin olmadığını bildirdiyini və Raminin maşından enərək maşın sahibi mənəm dediyini, maşının sənədlərini istədiklərində Raminin sənədi verərkən polisin kimliyi əlindən çəkdiyini, Raminin polisə kimliYİ ver sürücülük vəsiqəsini verdim dedikdə polisin səsini yüksəldərək onun çox gözləməliyəm dediyini, buna Raminin işkili olduğu üçün qəzəblənərək polislə mübahisə etməyə başladıqlarını, bu zaman onun polisə bu adam içkilidir onunla danışmaq lazım deyil dediyini, polislərin maşını dayanacaq məntəqəsinə aparmalıyıq dediyini, Raminin isə PPX-ni çağırın gəlsin aparsın sizinlə getmirik dediyini, PPX-nin əməkdaşlarının gəldiyini və maşını dayanacaq məntəqəsinə apardıqlarını, oradan isə Naxçıvan şəhərinə - X9 İdarəsinə getdiklərini, orada sərxoşluqla bağlı müayinədən keçdiklərini, onun işkili olmadığının müəyyən olunmadığını, ümumiyyətlə polislərlə mübahisə etmədiyini, yoldaşlarını sakitləşdirməyə çalışdığını, heç bir tabesizlik göstərmədiyini, xx.xx.2023-cü il tarixdə səhər Şərur Rayon Polis İdarəsinə gəldiklərini, orada izahatlarını verdiklərini qeyd edərək, məhkəmədən onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə X3 ilə birlikdə xidmət aparan zaman saat təxminən 02:15 radələrində Sədərəkdən Şərur rayonu istiqamətində hərəkətdə olan Qaz 3110 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlatdıqlarını, yoxlama zamanı avtomobili idarə edən Şəxs sürücülük hüququnun olmadığının məlum olduğunu, avtomobilin sahibinin X4masının müəyyən olunduğunu, həmin şəxs sərxoş olduğu üçün avtomobili Şəxs idarə etdiyini, sürücüyə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirdiklərini, bu zaman Ramin adlı şəxsin onlara avtomobili duracağa aparmamaları üçün 20 manat pul təklif etdiyini, onun təklifini rədd etdiyini, həmin şəxsin onlara qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman avtomobildə olan Yəhya adlı şəxsin söyüş söyməyə başladığını, onları telefonla videoya çəkməyə başladığını, onlara “sizin başınıza oyun açacağam” dediyini, Ramin adlı şəxsin ona böhtan ataraq. “pul qabından 200 manat pul götürmüsən” dediyini, bu zaman Şərur rayon Polis İdarəsindən kömək istədiklərini, PPX əməkdaşlarının oraya gəldiklərini, onların köməyi ilə avtomobili duracağa yerləşdirmək üçün Şərur rayon rayonlararası müayinə mərkəzinə apardıqlarını, orada Ramin adlı şəxsin mübahisə yaratdığını, avtomobilin mühərrikini söndürüb açarı çıxardığını, daha sonra məcbur olub avtomobilini itələyərək duracağa yerləşdirdiklərini, daha sonra Ramin və Yəhya adlı şəxslərin ucadan nalayiq ifadələr işlətidklərini, onları nizam-intizama dəvət etdiklərini, lakin həmin şəxslərin onların qanuni tələblərinə tabe olmadıqlarını, onları avtomobilə əyləşdirib Naxçıvan MR DİN X9 İdarəsinə apardıqlarını, sonra həmin şəxsləri Naxçıvan şəhərində xəstəxanaya apardıqlarını, alkoqol müayinəsindən keçdiklərini, onların ikisinin içkili olmalarının müəyyən olunduğunu, Şirvanın içkili olmadığını, ümumiyyətlə polislərlə mübahisə etmədiyini, yoldaşlarını sakitləşdirməyə çalışdığını, heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında X2 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1435 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs içkili olmaması müəyyən edilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli 002722 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 02:15 radələrində magistral yolun Zeyvə kəndindən keçən hissəsində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarından da görünür ki, Şəxs içkili olmadığı, ümumiyyətlə polislərlə mübahisə etmədiyini, yoldaşlarını sakitləşdirməyə çalışdığı, heç bir tabesizlik göstərmədiyi, eyni zamanda polisin hər hansı qanuni tələblərinə qəsdən tabe olmaması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta tərkibinin yaradır. Bu isə onu deməyə əsas verir ki, hazırki vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-205/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-205/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver