Məhkəmə qərarları › İş №3(110)-206/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-206/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-206/2025 05.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Şikayət verən X2, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə Şikayət verən X2 Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət verən X4 xx.xx.2025-ci il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək barəsində Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X9 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən X4 şikayətində bildirir ki, İnzibati Tənbeh vermə haqqında qərarla tanış deyil, protokolun tərtib edilməsinə dəvət edilmiyib, ona heç bir məlumat verilməyib, Şərur rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata baqlamaq haqqında qərarı ona təqdim olunduqda sonra inzibati cərimə növündə inzibati tənbehin tətbiqindən xəbərdar olub. xx.xx.2025-ci il tarixdə NMR FHN DYN idarəsinə müraciət edərək inzibati tənbehvermə haqqında qərarın ona təqdim olunmasını xahiş etsədə, qərar ona təqdim olunmadığı üçün Naxçıvan MR İnzibati məhkəməsinə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək MN1788018 nömrəli qərarın rəsmi qaydada ona təqdim olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2025-ci ildə məhkəmənin iclas zalında qərar ona təqdim olunmuşdur.Bundan sonra məhkəməyə sözügedən qərardan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Qərardan şikayət verən vəzifəli şəxs X4 şikayət ərizəsini müdafiə edərək qeyd etmişdir ki, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinin nümayəndələri xx.xx.2024-cü il tarixdə onun işlədiyi mağazaya gələrək yanğın söndürən balon və divara vurulan yanğın nəzarətinin çağrı nömrəsi lövhəsinin olmamasına görə ona inzibati xəta haqqında protokol tərtib olunmuş o, isə elə yerindəcə onların verdiyi nömrə ilə əlaqə saxlıyaraq sözügedən vasitələri sifariş vermiş və qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Sonradan isə Şərur rayon İcra və probasiya şöbəsindən ona icraata başlamaq haqqında qərar gəldikdən sonra inzibati tənbeh vermə haqqında qərarı almaq üçün Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinə rəsmi müraciət etsədə qərarının surətini ala bilməmiş və Naxçıvan MR İnzibati məhkəməsinə müraciət etdikdən sonra ala bilmişdir. Aldıqdan dərhal sonra məhkəməyə şikayət vermişdir. İnzibati tənbehvermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinin nümayəndəsi X5 məhkəmə baxışı iclasında iştirak edərək izahatında bildirdiki vəzifəli şəxs X2 işlətdiyi mağazada planlı yanğın texniki müayinə aparılmış və yanğınsöndürən balon və divara vurulan yanğın nəzarətinin çağrı nömrələri lövhəsinin olmamasına görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona cərimənin şərti olaraq yazıldığını bildirdi. X2 barəsində aparılan inzibati xəta haqqında iş üzrə araşdırmada iştirak etmək üçün dəvət olunduğunu, lakin zərfin qəbulunda imtina olunduğunu qeyd etdi. Məhkəmədən şikayətin rədd olunmasını və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: - X2 Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinə ünvanladığı xx.xx.2025-ci il ərizənin məzmunundan görünür ki, X4 qərarla tanış olmadığını, inzibati cərimənin qanuna zidd olduğunu, ona görə də 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. - iddia ərizəsindən görünür ki, X4 Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinə qarşı Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldırmışdır. - Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-890/2025 saylı qərardadından görünür ki, iddiaçı X2 Azərbaycan Respublikası Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinə qarşı cavabdehin üzərinə 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarın rəsmi qaydada ona təqdim edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə icraata qərar ona verildiyinə görə ərizə yazaraq icraata xitam verilməsini xahiş etmişdir. - Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinin rəisi v.m.i.e X6 tərəfindən tərtib edilmiş 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək törətdiyi inzibati xətaya görə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - 18 noyabr 2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 18 noyabr 2024-cü il tarixdə Şərur M.Müşfiq küçəsində yerləşən ayaqqabı mağazasında keçirilən planlı YTM zamanı YTQ ət bazarı deyilən binanın zirzəmisində 20 m2 kirayə olaraq işlətdiyi mağazada planlı YTM zamanı YTQ 01.2001 bənd 2.1, 10.4, YTQ 03.2002 bənd 3.12.3 bəndlərinin tələblərini pozaraq inzibati xəta törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sözügedən Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir İşin faktiki hallarından, həmçinin toplanmış mötəbər sübutların tədqiqindən göründüyü kimi, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Şərur şəhər M.Müşfiq küçəsindəki Ayaqqabı mağazasında planlı yanğın texniki müayinə aparılmış və Yanğın texniki qaydaların 2.1-ci yəni inzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılması və 10.4-cü bəndinin tələbinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməsi qaydalarının pozulduğu müəyyən olunmuşdur. İş materiallarına əsasən X2 vəzifəli şəxs olması müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İXMin 115.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd göstərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, şikayətçi, vəzifəli şəxs X2 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsaslı olsa da, ona təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq edilməmiş və onun tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi hüququ faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-in 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarması müəyyən edilmişdir. Lakin, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında qərar qəbul edərkən bu maddənin sözügedən tələblərinə lazımi qaydada diqqət yetirməmiş, bununla da inzibati xəta haqqında qanunvericiliyin tələblərini pozmaqla, tətbiq edilməli olan inzibati xəta haqqında qanunun normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İXM-in 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İXM-in 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinin İ hissəsinin İİ-V bəndlərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri, işin faktiki hallarını nəzərdən keçirərək belə hesab edir ki, şikayət qismən təmin edilməli, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X9 İdarəsinin xx.xx.2024ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X9 İdarəsinin xx.xx.2024-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün yuxarıda qeyd edilən idarəyə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Şərur rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar