Məhkəmə qərarları › İş №3(110)-208/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-208/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-208/2023 15.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-376/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərardadı ilə aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə 16 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli, 3-13- 53/2-44271/2023 nömrəli məktubla baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-376/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün 16 mart 2023-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati material Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1793/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Sənədlər düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan Şərur Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 3(110)-84/2023 saylı qərardadı ilə 16 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilmiş və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi Şərur Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 3(110)-84/2023 saylı qərardadında qeyd olunan çatışmamazlıqları aradan qaldırmadan yenidən xx.xx.2023-cü il tarixli, 3-13-53/2-44271/23 nömrəli məktubla vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş inzibati materialla birlikdə baxılması üçün növbəti dəfə Naxçıvan Şəhər Məhkəməsinə göndərimişdir. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-376/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərardadına əsasən inzibati material aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şərur Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 3(110)-84/2023 saylı qərardadında qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmadığından vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokolun icraata qəbul edilməsindən imtina edilməli və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138.1 və 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə tərtib olunmuş 16 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar