Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-208/2024 08.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1987-cı ildə Şərur rayonu Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq atası, orta təhsilli, DİN-nin Mühafizə Polisi İdarəsində polis nəfəri işləyən, Şərur rayon Alışar kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə 13021.18 manat borcunu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında Naxçıvan MR Ali Məhkəməsinin 2(108)- 116/2022 saylı xx.xx.2022-ci il tarixli il tarixli icra vərəqindən görünür ki, iddia qismən təmin edilməklə, nikahda olduqları dövrdə əldə olunmuş “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısı, yəni 9500 (doqquz min beş yüz) manat, lizinq yolu ilə əldə olunmuş Traktor MTZ-82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısı yəni 4000 (dörd min) manat, 290 (iki yüz doxsan) manat dəyərində 1 ədəd LG televizorun (böyük) dəyərinin yarısı, birgə nikah dövründə yaşadıqları evin təmir-tikinti işləri üçün çəkilmiş 650 (altı yüz əlli) manat xərcin yarısı, yəni 325 (üç yüz iyirmi beş) manat pul, yetkinlik yaşına çatmayan uşaqlarının tələbatını ödəmək üçün əldə olunan əşyalar – 150 manat dəyərində bir ədəd pianino, 110 manat dəyərində uşaq üçün qarderob (3 qapılı, aynalı), 240 manat dəyərində 2 ədəd bazalı tək nəfərlik çarpayı, 100 manat dəyərində komputer masası bölünmədən əvəzsiz olaraq cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməsinin qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, yerində olan əşyaların tələbkara təhvil verildiyini, icra sənədinin qızıl-zinət əşyaları ilə bağlı hissəsində borclunun bu günədək borcunu ödəmədiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, borcunu ödəməyəcəyini bildirdiyini, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədi barədə xəbərdar olduğunu, 650 manat əmək haqqı aldığını, onun 300 manatını aliment ödədiyini, əlavə olaraq işə gedib-gəlmək üçün yol xərcinin olduğunu, əmək haqqısından 156 manat pul qaldığını, əlavə gəliri olmadığını, yenidən ailə qurduğunu, həmin evliliyindən iki uşağının olduğunu, borcundan hər ay 100-200 manat ödədiyini, gecikdirməsi olmadığını, 2023-cü ilin oktyabr ayında 745 manat, noyabr ayında 800 manat, dekabr ayında 200 manat, 2024-cü ilin yanvar ayından hər 100 manat, sonuncu dəfə avqust ayında 200 manat ödədiyini, artıq ödəməyə imkanının olmadığını, bundan sonra borcundan hər ay 300 manat ödəyəcəyini, həbs olunacağı təqdirdə işdən çıxarılacağını, o zamanda alimenti belə ödəyə bilməyəcəyini, qeyd edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında qətnamənin vaxtından 1 il 3 ay vaxt keçdiyini, hər ay 100 manat aliment ödədiyini, bu gedişlə 14 ilə borcun qutaracağını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin qərarı ilə hissə-hissə ödənişin ləğv edildiyini, lakin buna baxmayaraq yenə də 100 manat ödədiyini, pulunun tam şəkildə ödənilməsini istədiyini, ödəmədiyi təqdirdə onun cəzalanmasını istədiyini bildirmişdir. İş materiallarında olan: - Naxçıvan MR Ali Məhkəməsinin 2(108)-116/2022 saylı xx.xx.2022-ci il tarixli il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şərur rayonu Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs nikahda olduqları dövrdə əldə olunmuş “Kia Cerato” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısından əldə olunmuş 19000 (on doqquz min) manat pulun yarısı, yəni 9500 (doqquz min beş yüz) manat, lizinq yolu ilə əldə olunmuş Traktor MTZ- 82.1 kənd təsərrüfatı texnikası üzrə ödənilmiş 8000 (səkkiz min) manat pulun yarısı yəni 4000 (dörd min) manat, 290 (iki yüz doxsan) manat dəyərində 1 ədəd LG televizorun (böyük) dəyərinin yarısı, birgə nikah dövründə yaşadıqları evin təmir-tikinti işləri üçün çəkilmiş 650 (altı yüz əlli) manat xərcin yarısı, yəni 325 (üç yüz iyirmi beş) manat pul, yetkinlik yaşına çatmayan uşaqlarının tələbatını ödəmək üçün əldə olunan əşyalar – 150 manat dəyərində bir ədəd pianino, 110 manat dəyərində uşaq üçün qarderob (3 qapılı, aynalı), 240 manat dəyərində 2 ədəd bazalı tək nəfərlik çarpayı, 100 manat dəyərində komputer masası bölünmədən əvəzsiz olaraq cavabdeh Şəxs alınıb iddiaçı X1 verilməsinin qət edilmişdir. - Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə 13021 manat borcunu ödəməkdən yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, borclu borclu tərəfindən icra sənədi tam icra olunmasada, hər ay icra sənədi üzrə müəyyən ödənişlər həyarta keçirilməkdədir ki, bu isə onu deməyə əsas verir ki, borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi, borcunu üzrsüz səbəbdən ödəməməsi halları müəyyən edilmir, ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu X4 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törətmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-208/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-208/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver