Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-208/2025 18.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: unun sədrliyi, Məhkəmə iclas katibi: oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın Naxçıvan Muxtar Respublikası Ekologiya və səlahiyyətli nümayəndələri: Təbii Sərvətlər Nazirliyinin X7 Xidmətinin Ətraf Mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunun məsləhətçisi X10, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Xidmətinin hüquqşünası X2, Barəsində inzibati xəta X5 iştirakları ilə haqqında iş üzrə qərar qəbul edilən şəxs: 01 noyabr 1988-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 3GFACTA), evli, orta təhsilli, yaşayış yeri üzrə Şərur rayonunun Maxta kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "X15 Xidməti" publik hüquqi şəxsin X16 Sistemlərinin İstismarı İdarəsində arxiv nəzarətçisi vəzifəsində işləyən X5 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN1846235 №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, 01 avqust 2025-ci il tarixdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbehvermə haqqında MN seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Ərizəçi göstərmişdir ki, o, 2023-cü ildə 70 kv.m torpaq sahəsi almış, lakin imkansızlıq səbəbindən mağaza ətrafında abadlıq işləri apara bilməmişdir. Bu il kredit götürərək həmin ərazidə abadlıq işlərinə başlamış, mağaza yaxınlığında yerləşən 1 ədəd tut ağacını kəsmək üçün kənd bələdiyyəsinin sədri Nail Novruzova müraciət etmişdir. Bələdiyyə sədri ona bu barədə müvafiq quruma xəbərdarlıq məktubu göndəriləcəyini bildirmişdir. Bundan sonra ərizəçi abadlıq işlərinə başlamış və ağacı kəsmişdir. Ağacı kəsib ərazini təmizlədiyi zaman Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə gəlmiş, həmin Nazirliyin yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə onu cərimə etmişlər. Ərizəçi bu qərarla razılaşmadığını, onu əsassız və qanunsuz hesab etdiyini bildirmiş, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Xidmətinin Ətraf Mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunun məsləhətçisi X14 verdiyi izahatında və ona ünvanlanan sualları cavablandırarkən Şərur rayon Maxta kəndində meşə fonduna daxil olmayan sahədə 1 ədəd yaş halda tut ağacının kəsilməsi haqqında məlumat aldıqlarını, həmin əraziyə gedərək bununla bağlı akt tərtib etdiklərini, həqiqətən də X5 bələdiyyə fondunda olan sahədə diametri 26 sm olan tut ağacını kəsdiyini, bu barədə akt tərtib etdikləırini, həmin aktı X5 imzaladığını, hazırda iddia etdiyi əraziyə mülkiyyət sənədinin olmadığını, tərtib olunmuş inzibati xəta haqqında protokolun X12 tərəfindən imzalandığını bildirmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X4 eyni məzmunda izahat verərək, X12 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş digər şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 120 nömrəli aktdan görünür ki, Şərur rayon Maxta kəndində yoxlama aparılarkən X12 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli qərarının 2.1-ci maddəsinin tələbləri pozularaq bələdiyyə mülkiyyətində olan ərazidə 1 ədəd yaş halda diametrləri 26 sm olan tut ağacı kəsilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X14 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, X3 rayon Maxta kəndində meşə fonduna daxil olmayan sahədə xx.xx.2025-ci il tarixdə 1 ədəd yaş halda olan tut ağacını kəsərək məhv etmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X12 Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti tərəfindən X8 göndərilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq 1 ədəd yaş halda tut ağacının kəsilməsi nəticəsində dəymiş ziyan 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 istinad edilmiş və inzibati məsuliyyətə səbəb olmuş əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu X8 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X5 yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də, onun şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X7 Xidməti tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN1846235 №-li inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə-fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinin 2-ci bəndinə görə meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 10.0.1ci maddəsinə görə yaşıllıqların mühafizəsi ilə bağlı Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək fiziki və hüquqi şəxslərin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydalarının 2.1-ci bəndində qeyd olunur ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydaların 2.4-cü bəndinə əsasən isə fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Hazırki işə baxılarkən barəsində protokol tərtib edilən şəxsin yaşıllıqların götürülməsi ilə bağlı müraciəti müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında X7 Xidmətinin 01 avqust 2025-ci il tarixli, MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. X19
Məhkəmə qərarları › İş №3(110)-208/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-208/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver