Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-209/2023 04.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şərur rayon Mərkəzi Xəstəxanasında sürücü işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs mülki silahın əldə edilməsi və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahı əldə edərək saxladığına görə İXM-in 590.2-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Şərur rayon Polis İdarəsi tərəfindən 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vermiş olduğu izahatında atası Cəfər Məmmədovun özünə məxsus 01 ədəd silahı vəfat etməmişdən əvvəl ona hədiyyə etdiyini, onun həmin silahı Yengicə kəndində yerləşən evində saxladığını, 2020-ci il tarixdə qayınatası X5 ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçdüklərini və Yengicə kəndində olan evlərini baxmaları üçün onlara tapşırdığını, onun həmin vaxtı öz evində saxladığı silahı apararaq Asəf Tağıyevə məxsus evə qoymaq qərarına gəldiyini, silahı götürərək həmin evə apardığını, evin salonunda olan divanı qaldıraraq divanın aşağısına qoyduğunu, 21 iyun 2023-cü il tarixdə növbədən çıxaraq evinə getdiyini, bu vaxt həyat yoldaşı X2 ona polis əməkdaşlarının gələrək atası Asəf Tağıyevə məxsus evdən qanunsuz saxlanılan 01 ədəd silah aşkar edərək götürdüklərinin bildirdiyini, onun dərhal Şərur rayon Polis İdarəsinə gələrək silahın ona məxsus olması barədə məlumat verdiyini, bunun inzibati məsuliyyət yaratdığını bilmədiyini, əməlindən peşman olduğunu bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X3 izahatında Şərur rayon Yengicə kəndində X7 məxsus evin qonşuluğunda yaşadığını, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X1 ilə birlikdə həyətdə olarkən həmin evdən səs-küy gəldiyini eşitdiklərini, oraya getdiklərini, orada tanımadıqları şəxsləri və Fəxrəddini gördüklərini, sonradan həmin şəxslərin polis əməkdaşları olduqlarını bildiklərini, polis əməkdaşlarının onları yaxınlaşaraq X5 evinə baxış keçirəcəklərini və onlardanda həmin baxışda iştirak etmək istədiklərini bildirdiklərini, onlarla razılaşıb polis əməkdaşları ilə birlikdə X7 məxsus evə girdiklərini, polis əməkdaşlarının həmin evə baxış keçirən zaman evdə divanın altından 01 ədəd modelinin nə olduğunu bilmədiyi silahı aşkar edilərək götürdüklərini, daha sonra protokol tərtib olunduğunu və onun həmin protokolu oxuduqdan sonra onun üzərinə öz imzasını çəkdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X1 da digər şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, şahidlərin izahatları, eyni zamanda toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Şərur rayon Polis İdarəsi Şəxs törətdiyi inzibati xətanı düzgün olaraq Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsi ilə tövsif etmişdir. Ona görə də inzibati xəta törətmiş şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur rayon Yengicə kənd sakini X7 məxsus Şərur rayon Yengicə kəndində yerləşən evin salonunda olan divanın altında 01 ədəd silah aşkar edilmiş və götürülmüş və protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 209 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah keçmiş SSRİ (lah-hazırda Rusiya) Tula silah zavodunda, 1967-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “TOZ-BM” modelli “X2791” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngidir, yivsiz (hamar lüləli) odlu ov silahıdır, saz vəziyyətdədir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs evində 01 ədəd qanunsuz silah saxlanması barədə toplanmış 210 saylı material üzrə cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru Məmmədov Ruslan etibar oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002728 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayon Yengicə sakini X7 məxsus Şərur rayon Yengicə kəndində yerləşən evdə 01 ədəd silahını saxlamışdır. Bununlada Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış mülki ov silahı əldə etməklə və saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-43-12/2- 5883/2023 nömrəli məktubundan görünür ki, Şərur rayon Yengicə kənd sakini Şəxs götürülmüş 1 ədəd ov silahı Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; -26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, ondan götürülmüş və Şərur Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan inzibati xətanın bilavasitə premeti olan 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “TOZ-BM” modelli “X2791” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng dövlət nəfinə müsadirə edilməklə, inzibati qaydada cərimə edilməlidir . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şərur Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan və törədilmiş inzibati xətanın premeti olan 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “TOZ-BM” modelli “X2791” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəng müsadirə edilməklə, Şəxs 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası 16 kalibrli, patronunun uzunluğu 70 mm olan “TOZ-BM” modelli “X2791” seriya nömrəli, xarici çaxmaqlı, qoşalüləli tüfəngin dövlət nəfinə müsadirə edilməsinə dair hissədə Şərur Rayon Polis İdarəsinə, cəriməyə dair hissədə isə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-209/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-209/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver