Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-209/2024 09.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaqlı, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çərçiboğan qeydiyyatda və yaşayan Şəxs (FİN: 428ZMNR) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şərur rayon Kürkəndi kəndində xx.xx.2024-cü il tarixdə Şərur rayon Kürkəndi kənd sakini Zərərçəkmiş şəxs xəsarət yetirmişdir, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında 24 may 2021-ci il tarixdə övladı X5 rayon Kürkəndi kənd sakini X11 ilə ailə həyatı qurduğunu, onların bir övladları olduğunu, ailədaxili münaqişələr səbəbindən 29 may 2024-cü il tarixdə yekun məhkəmə iclası ilə onların boşandıqlarını, 09 iyun 2024-cü il tarixdə özü, bacısı Turac Əliyeva və Zeynəb Vəliyeva ilə birlikdə məhkəmə qərarı ilə cehizləri götürmək üçün İsa Vəliyevin yaşadığı evə getdiklərini, həmin evə getdikdən sonra İsa Vəliyevin qardaşı Davud Vəliyevlə qarşılaşdıqlarını, onun gəlmələri barədə anası Zərərçəkmiş şəxs məlumat verdiyini, Zərərçəkmiş şəxs onları təxminən 30 dəqiqə gözlətdiyini, sonra evə daxil olduqlarını, Zeynəb Hüseynovanın qaldığı otağa getdiklərini, Zərərçəkmiş şəxs onun qaldığı otaqdakı əşyaların bir hissəsini götürdüyünü, Zeynəb Vəliyevanın otaqda olan paltar şkafına baxdığını, sonra onun paltarlarının, otaqda olan pərdənin, çilçırağın və uşaq döşəyinin yerində olmadığını bildirdiyini və həmin əşyaları tələb etdiyini, Zərərçəkmiş şəxs isə onlara həmin əşyaları verməyəcəyini bildirdiyini və onlardan evdən çıxmalarını tələb etdiyini, buna görə də aralarında mübahisə olduğunu, Zərərçəkmiş şəxs onlara qarşı kobud ifadələr işlətdiyini, sonra Turac Əliyeva ilə tutaqlaşdıqlarını, Turac Əliyevanın əlinin onun üzünə dəydiyini, sonra isə İsa Vəliyevin əmisi Abbas Vəliyevin oraya gəlib, onlardan həmin evdən çıxmaqlarını tələb etdiyini qeyd edərək bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında övladı X4 24 may 2020-ci il tarixdə Şərur rayon Məmmədsabir kənd sakini X2 ilə ailə həyatı qurduğunu, onların bir övladları olduğunu, aralarında olan ailədaxili münaqişələr zəminində onların boşandığını, 29 may 2024-cü il tarixdə yekun məhkəmə iclasının keçirildiyini və boşanmanın tamamlandığını, Zeynəb Hüseynovanın yaşadığı evdə olan cehizlərini götürəcəklərini bildirdiyini, özünün ona həftənin bazar günü gəlməsini bildirdiyini, 09 iyun 2024-cü il tarixdə Zeynəb Hüseynovanın anası Şəxs və xalası Turac Əliyeva ilə yaşadığı evə gəldiklərini, Zeynəb Hüseynovanın ona aid cehizlik kimi gətirdiyi əşyaları götürəcəyini bildirdiyini, hər üçünün evə daxil olduqdan sonra uca səslə danışmağa başladıqlarını, Zeynəb Hüseynovanın özü ilə gətirmədiyi, özlərinə aid olan pərdənin harada olduğunu soruşduğunu, ona pərdənin sandıqda olduğunu bildirdiyini, bundan sonra onun “gör sənə nələr edəcəm” sözlərini dediyini, bu zəmində aralarında mübahisə olduğunu, mübahisə vaxtı Turac Əliyevanın onun sifət nahiyəsindən yumruqla, Zeynəb Hüseynovanın isə baş nahiyyəsindən çanta ilə vurduğunu, Şəxs isə saçını yolduğunu və çiyin nahiyyəsindən vurduğunu, bu zaman övladı Davud Vəliyevin onları aralaşdırmaq istəsə də özünün ona yaxınlaşmasına icazə vermədiyini, sonra qayını Abbas Vəliyevin səsləri eşidib yaşadığı evə gəldiyini, Zeynəb və digərlərindən yaşadığı evdən çıxmasını tələb etdiyini, sonra onların getdiyini qeyd edərək bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında qardaşı X4 24 may 2020-ci il tarixdə Şərur rayon Məmmədsabir kənd sakini X2 ilə ailə həyatı qurduğunu, onların bir övladları olduğunu, aralarında olan ailədaxili münaqişələr zəminində onların boşandığını, 29 may 2024-cü il tarixdə yekun məhkəmə iclası boşandıqlarını, 09 iyun 2024-cü il tarixdə saat 11:00 radələrində evdən çıxan vaxt Zeynəb Hüseynovanın anası Şəxs və xalası Turac Əliyeva ilə birlikdə yaşadıqları evə gəldiklərini gördüyünü, Zeynəb Hüseynovanın yaşadıqları evdə qalan əşyalarını götürmək üçün gəldiyini bildirdiyini, bu barədə anası Zərərçəkmiş şəxs məlumat verdiyini, bundan sonra Zeynəb Hüseynova, Şəxs və Turac Əliyevanın evə daxil olduğunu, özünün isə həyətyanı sahədə onları gözləməyə başladığını, bu zaman onların evdə mübahisə etdiklərini eşitdiyini, onlara mübahisə etməmələrini məsləhət gördüyünü, sonra anası və hər üçünün evin həyətyanı sahəsinə çıxdığını, onlar arasındakı mübahisənin həyətyanı sahədə də davam etdiyini, onlar arasındakı mübahisəyə səbəbin Zeynəb Hüseynovanın cehizlik əşyalardan artıq əşyalar istəməsi olduğunu, mübahisə vaxtı Turac Əliyevanın anası Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən yumruqla vurduğunu, eyni zamanda Zeynəb Hüseynovanın əlindəki çanta ilə nanasının başından vurduğunu, Şəxs isə anasının saçından tutduğunu gördüyünü, bu zaman səsləri eşidən əmisi Abbas Vəliyevin yaşadıqları evə gəldiyini, Turac Əliyevanın yerdən daş götürüb əmisinə tərəf atmaq istədiyini, lakin özünün onin əmisini daş ilə vurmasına imkan vermədiyini, sonra əmisi Abbas Vəliyevin həmin şəxslərdən yaşadıqları evi tək etmələrini tələb etdiyini qeyd edərək bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahatında Şərur rayon Kürkəndi kəndində yaşadığını, 09 iyun 2024-cü il tarixdə saat 11:00 radələrində yaşadığı evdə olan zaman mübahisə səsləri eşitdiyini, bir az fikir verdikdən sonra mübahisə səslərinin qardaşı İlyas Vəliyevin yaşadığı evdən gəldiyini eşitdiyini, buna görə də həmin evə getdiyini, ora çatanda İlyas Vəliyevin övladı İsa Vəliyevin boşandığı həyat yoldaşı Zeynəb Hüseynovanın anası Şəxs və xalası Turac Əliyeva ilə birlikdə həmin evə gəlib İlyas Vəliyevin həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini gördüyünü, onların arasında olan mübahisəni görüb həmin şəxslərdən İlyas Vəliyevin yaşadığı evi tərk etmələrini tələb etdiyini, bu zaman Turac Əliyevanın yerdən daş götürüb ona tərəf atdığını, lakin onun atdığı daşın özünə dəymədiyini, sonra onların getdiklərini, onlar getdikdən sonra X8 Vəliyevanı döydüyünü öyrəndiyini bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 1100 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət sol almacıq nahiyyəsində qançır küt mexanizmdən bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar aparılan araşdırma üzrə əməldə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayon Kürkəndi kəndində xx.xx.2024-cü il tarixdə Şərur rayon Kürkəndi kənd sakini Zərərçəkmiş şəxs xəsarət yetirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsi döyməsi öz təsdiqini tapmır, ona görə də, hazırkı vəziyyətdə Şəxs əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-209/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-209/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver