Məhkəmə qərarları › İş №3(110)-209/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-209/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-209/2025 13.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati protokolları tərtib etmiş Şərur RPİ-nin polis sahə rəisi, X1, Şərur RPİ-nin polis sahə rəisi, X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1978-ci ildə Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, İİ qrup əlil, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 13 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 157-ci maddələri ilə 13 avqust 2025-ci il tarixli, ******* №-li, 13 avqust 2025-ci il tarixli, ******* №-li və 13 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər də baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 510-cu və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 avqust 2025-ci il tarixli, ******* №-li, 13 avqust 2025-ci il tarixli, ******* №-li, 13 avqust 2025-ci il tarixli, ******* №-li və 13 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokolların eyni vaxtda baxılmasının təmin olunması üçün 3(110)- 209/2025 və 3(110)-210/2025 nömrəli işlər bir icraatda, yəni 3(110)-210/2025 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 510-cu və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 avqust 2025-ci il tarixli, ******* №-li, 13 avqust 2025-ci il tarixli, ******* №-li, 13 avqust 2025-ci il tarixli, ******* №-li və 13 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokolların eyni vaxtda baxılmasının təmin olunması üçün 3(110)-209/2025 və 3(110)-210/2025 nömrəli işlər bir icraatda, yəni 3(110)-210/2025 nömrə ilə bir icraatda birləşdirilsin. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar