Məhkəmə qərarları › İş №3(110)-210/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-210/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-210/2025 13.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X22 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin İTŞ-nin polis sahə rəisi, X1, inzibati xəta haqqında protokolları tərtib etmiş Şərur RPİ-nin İTŞ-nin polis sahə rəisi, X3, Zərərçəkmiş şəxs Musa qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1978-ci ildə Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, İİ qrup əlil, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510 və 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsindən 13 avqust 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510 və 157-ci maddələri ilə təqsirləndirilməsinə dair müvafiq olaraq 13 avqust 2025-ci il tarixli ******* №-li, 13 avqust 2025-ci il tarixli ******* №-li, 13 avqust 2025-ci il tarixli ******* №-li, və 13 avqust 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokollar və onlara əlavə olunmuş materiallar məhkəməyə daxil olmuşdur. Qeyd olunan inzibati protokollar və ona əlavə edilmiş materiallar eyni şəxs barəsində olduğuna, həmçinin inzibati xəta haqqında materiallara baxılması səlahiyyəti məhkəməyə aid olduğuna görə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq işlərin bir icraatda birləşdirilməsi haqqında 13 avqust 2023-cü il tarixdə Qərardad qəbul edərək 3(110)-209/2025 və 3(110)-210/2025 saylı inzibati xəta haqqında işləri bir icraatda birləşdirmişdir. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şərur rayon Çərçiboğan kəndində yaşayan Şəxs Şərur RPİ-nin inzibati binasında ucadan səs-küy salaraq Şərur RPİ-nin İTŞnin polis sahə rəisi X3 ünvanına təhdidedici ifadələr işlətmiş, həmin şəxs barəsində İXMnin 535.1-ci maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis baş leytenantı X4 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, tərtib olunmuş protokolun əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək izahatında və verilmiş suallara cavabında, törətdiyi inzibati xətalara görə Şərur RPİ əməkdaşları tərəfindən Polis İdarəsinə dəvət olunduğunu, özünə məxsus mobil telefon işlək vəziyyətdə olmadığı üçün polis əməkdaşlarının çağırışına cavab verə bilmədiyini, buna görə polis əməkdaşlarının onu polis idarəsinə dəvət etmək məqsədi ilə yaşadığı ünvana gəldiklərini, buna görə əsəbi olduğunu və aqressiv cavablar verdiyini, əməlindən peşman olduğunu, Şərur RPİ əməkdaşlarından üzr istədiyini və bu tipli əməlləri bir daha törətməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi izahatında törətdiyi inzibati xətalara görə Şəxs barəsində inzibati icraata başlamaq məqsədi ilə həmin şəxsin polis idarəsinə dəvət olunduğunu, Şərur RPİ-nin inzibati binasında olarkən Şəxs səs-küy salaraq onun ünvanına təhdidedici ifadələr işlətdiyini, bu barədə birbaşa rəisinə məruzə etdiyini bildirmişdir. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, DİN-in 102 Xidmətinə Şərur rayon Çərçiboğan kəndində yaşayan Şəxs Şərur şəhəri Yengicə dayanacağı adlanan ərazidə ucadan səs-küy salaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuş, aparılmış araşdırma zamanı həmin şəxs barəsində İXM-nin 510-cu maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis baş leytenantı X8 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, tərtib olunmuş protokolun əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək izahatında və verilmiş suallara cavabında, həmin dayanacaqda əlilliyi olan şəxslər üçün müvafiq nişanla yer ayrıldığını, həmin ayrılmış yerdə dayanaraq avtomobili vasitəsi ilə kənd təsərrüfatı mallarının səyyari satışı ilə və taksi xidməti ilə məşğul olduğunu, orada dayanan taksi sürücülərinin onun bu fəaliyyətinə mane olduğunu və imkan vermədiklərini, buna görə də aralarında mübahisə yarandığını və qarşılıqlı nalayiq ifadələr işlətdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi izahatında taksi dayanacağında dispetçer kimi fəaliyyət göstərdiyini, həmin yol üzərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nda nəzərdə tutulmuş 3.27 yol nişanı quraşdırıldığına görə əlilliyi olan şəxslər üçün müvafiq nişanla ayrılmış yerin öz qüvvəsini itirdiyini, həmçinin Şəxs həmin yerdə dayanaraq taksi sürücülərinin fəaliyyətinə mane olduğunu, buna görə X23 əməkdaşları tərəfindən dəfələrlə həmin şəxsin xəbərdar olunmasına baxmayaraq onun məhəl qoymadığını, buna görə də taksi sürücüləri tərəfindən xəbərdar olunduqda onun ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi izahatında taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, hadisə zamanı orada olduğunu, Şəxs həmin yerdə dayanaraq taksi sürücülərinin fəaliyyətinə mane olduğunu, buna görə taksi sürücüləri tərəfindən xəbərdar olunduqda onun ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini bildirmişdir. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şərur rayon Düdəngə kənd sakini X11 xx.xx.2025-ci il tarixdə Şərur RPİ-yə ərizə ilə müraciət edərək, Rakif adlı şəxsin ona məxsus “Vurğun Aptek”ə daxil olaraq orada işləyən işçi və həmin vaxt orada olan yetkinlik yaşına çatmamış qızına qarşı təhdidedici və nalayiq ifadələr işlətdiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmiş, aparılmış araşdırma zamanı həmin şəxs barəsində İXM-nin 510-cu maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis baş leytenantı X8 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, tərtib olunmuş protokolun əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək izahatında və verilmiş suallara cavabında, həmin vaxt aptekə orada işləyən “Aydan” adlı şəxs haqqında məlumat almaq məqsədi ilə getdiyini, buna görə də orada işləyən şəxsə və həmin vaxt orada olan yetkinlik yaşına çatmayan uşağa bu barədə suallar verdiyini lakin cavab ala bilmədiyini, nalayiq və ya təhdidedici ifadələr işlətmədiyini, hadisədən dərhal sonra aptekdən çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında “Vurğun Aptek”də əczaçı kimi fəaliyyət göstərdiyini, hadisə zamanı aptekdə olduğunu və yanında aptekin sahibi X6 yetkinlik yaşına çatmayan qızı X7 da olduğunu, Şəxs aptekə daxil olaraq onlara bir sıra suallar ünvanladığını lakin sualların çoxuna cavab vermədiklərini, bundan sonra həmin şəxsdən apteki tərk etməsini tələb etdiyini, ona görə də Şəxs nalayiq və təhdidedici ifadələr işlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində qanuni nümayəndəsi X6 iştirakı ilə dindirilmiş X12 verdiyi izahatında hadisə zamanı orada olduğunu, Şəxs aptekə daxil olaraq onlara bir sıra suallar ünvanladığını lakin sualların çoxuna cavab vermədiklərini, bundan sonra “Vurğun Aptek”də əczaçı kimi fəaliyyət göstərən X2 həmin şəxsdən apteki tərk etməsini tələb etdiyini, ona görə də Şəxs nalayiq və təhdidedici ifadələr işlətdiyini bildirmişdir. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şərur rayon Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Şərur RPİ-yə ərizə ilə müraciət edərək, həyat yoldaşı Şəxs tərəfindən döyüldüyünü bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmiş, aparılmış araşdırma zamanı həmin şəxs barəsində İXM-nin 157ci maddəsinin tələbləri pozulduğuna görə xx.xx.2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis baş leytenantı X8 verdiyi izahatında inzibati xəta haqqında materiallarda göstərilənləri bir daha təsdiq edərək, tərtib olunmuş protokolun əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək izahatında və verilmiş suallara cavabında, qəsdən xəsarət yetirmədiyini, aralarında yaranmış mübahisə zamanı aqressivləşərək həyat yoldaşını itələyib yıxdığını, döymək və ya xəsarət yetirmək niyyətinin olmadığını, törətdiyi əmələ görə peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, bir daha bu tipli əməllər törətməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında Şəxs həyat yoldaşı olduğunu, həmin şəxsin psixi pozuntuları olduğunu, əsəbləri pozulan zaman özündən çıxdığını və ona xəsarət yetirdiyini, yerə yıxaraq ayaq nahiyəsindən təpiklə vurduğunu, hadisədən sonra onunla barışmadığını bildirmiş, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 368 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, aşkar edilmiş xəsarətlərin yetirilmə müddəti “məhkəmə-tibb ekspertizası təyin etmək barədə” qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir və xəsarətin dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməllərində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməllərində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur rayon Polis İdarəsinin İTŞ-yə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Onun inzibati xətaları törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510 və 157ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onun əməlindən səmimi peşimançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını (inzibati xəta törətmiş şəxsin İİ qrup əlil olması və səmimi peşmançılığını), o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510 və 157-ci maddələri ilə təqsirli bilinib, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar