Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-211/2025 13.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin polis sahə rəisi, X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 7 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şərur rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində təyin olunmuş ekspertiza qərarına əsasən Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2025-ci il tarixlli, 388 saylı rəyinə əsasən keçirilmiş narkotest nəticəsində Şəxs Kannabinoid narkomaniyası müşahidə edilir, məcburi müalicəyə ehtiyacı yoxdur, THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis leytenantı X4 verdiyi izahatında daxil olmuş əməliyyat məlumatı əsasında Şəxs Şərur rayon Polis İdarəsinə gətirildiyini, barəsində əsaslı şübhələr olduğu üçün məhkəmə-narkoloji ekspertizanın keçirilməsi üçün qərar qəbul edildiyini, nəticənin müsbət aşkar olunduğunu, ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahatında barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilərək o, ünvan 1 ünvanında yaşadığını, onun, təxminən 2024-cü ilin noyabr ayında istifadə etdiyi narkotik tərkibli maddələrə görə həmin ayın 20-də AR İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada cərimə edildiyini, ondan sonra müalicə almaq məqsədilə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən xəstəxanalardan birinə getdiyini, həmin xəstəxanada fəaliyyət göstərən Ömər adlı həkim tərəfindən verilən həkim məsləhəti ilə marixuananı qurutmadan çaynikdə dəmlədikdən sonra içdiyini qeyd etdi. Son 3 il müddətində mütəmadi olaraq 2 ayda bir dəfə olmaqla kəskin ağrılar hiss etdiyi zaman həmin maddədən istifadə etdiyini və həmin maddənin ağrılarının kəsilməsində faydası olduğunu qeyd etdi. Sonuncu dəfə 4 gün əvvəl dərman qəbul etməyi dayandırıb marixuananı bağa yarpağı, itburnu və yod ilə birlikdə dəmləyərək içdiyini bildirdi. 13 avqust 2025-ci il tarixində onun Şərur Rayon Polis İdarəsinə dəvət etdildiyini və Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının ondan narkotik vasitə istifadə edib-etmədiyi ilə maraqlandırlarını, sonra analiz götürmək üçün Dispanserə aparıldığını dedi. Aparılan analiz nəticəsində narkotik vasitə aşkarlanmışdır. Əməlindən peşiman olduğunu, bir daha bu tirp əməllərə yol verməyəcəyini bildirdi. Məhkəmədən barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan : - Y.Budaqov adına Naxçıvan MR X1 388 saylı, xx.xx.2025-ci il tarixli narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs kannabionid narkomaniyası müşahidə edilir. Hal-hazırda narkomaniyaya bağlı abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; - xx.xx.2025-ci il tarixli 1894 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur; - Şərur Rayon Məhkəməsinin 3(110)-298/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilmişdir. - Azərbayan Respublikası Dövlət Sosial Müdafiə Fondu Şərur rayon şöbəsi tərəfindən verilmiş 340405 saylı vəsiqədən görünür ki, Şəxs 01 yanvar 2017-ci il tarixdən müddətsiz İİ qrup əlildir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarındakı digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs eyni xətanı il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağrılaşdıran halların olmasını, İİ qrup əlil olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-211/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-211/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver