Məhkəmə qərarları › İş №3(110)-212/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-212/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-212/2024 09.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Şərur rayon Çomaxtur kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 uşaq anası, 3-cü qrup əlil, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Şahbulaq kəndində qeydiyyatda olan və Mahmudkənd kəndində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 15 iyun 2024-cü il tarixdə Şərur rayon Mahmudkəndində Bərdə rayon sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Mahmudkənd kəndində yaşadığını, Mərhəmət Sadiqov adında bir övladı olduğunu, onun uzun müddətdir ki, Aliyə adlı qadınla əlaqə saxladığını, 2024-cüilin mart ayında Aliyə adlı qadının hamilə olduğunu öyrəndiyini, lakin uşağın Mərhəmət Sadiqovdan olub-olmamasını dəqiq bilmədiyini, təxminən 4 gün əvvəl Mərhəmət Sadiqovun dispanserdə qalmalı olduğunu, Aliyəni yaşadığı evə gətirdiyini, və ondan yaşadıqları evdə qalmasını xahiş etdiyini, 14 iyun 2024-cü il tarixdə Mərhəmətin dispanserdən qayıtdığını, 15 iyun 2024-cü il tarixdə Mərhəmətlə Aliyənin yaşadığı evə gəldiklərini, Aliyənin özünə aid əşyaları götürmək üçün gəldiyini, onların həyətyanı sahəyə girdiklərini, darvaza qapısını bağladıqlarını, onu evə daxil olmağa icazə vermədiklərini, sonra qohumlarının və qonşularının da özünün yanına gəldiklərini, həmin vaxtlarda özündən getdiyni, onun üçün təcili yardım avtomobili çağırdıqlarını, tez əsəbləşən insan olduğuna görə müalicə aldığını, özünə gəldikdən sonra Aliyənin Mərhəmətə “gəl gedək, sənə özüm baxacam” dediyini eşitdiyini, əsəbləşdiyi üçün Aliyəyə tərəf getdiyini və saçından tutub yolmağa başladığını, sonra isə Aliyənin onun yaşadığı evdən çıxıb getdiyini, Mərhəmətdn də Aliyənin çantasını götürərək getdiyini bildirmişdir Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Mahmudkənd kəndində yaşadığını, 2 dəfə ailəli olub boşandığını, hal- hazırda 3 övladı olduğunu, 2023-cü ili dekabr ayında Şərur rayon Mahmudkəndində, Şərur rayon Mahmudkənd kənd sakini X2 ilə tanış olduğunu, onunla münasibətlərinin yarandığını, sevgili münasibətində olduqlarını, 2024-cü ilin fevral ayında münasibətlərindən sonra özünün hamilə qaldığını, əvvəllər Şərur şəhərində kirayədə qaldığını, təxminən 10 gün əvvəl Mərhəmət Sadiqovun anası Şəxs onun qaldığı evə gəldiyini və onu öz yaşadıqları evə apardığını, bu müddət ərzində bəzi hallarda Şəxs ilə aralarında sözlü mübahisələr olduğunu və onları bəzi hallarda qovduğunu, 13 iyun 2024-cü il tarixdə özünün həmin evdən çıxdığını, Sədərək rayon Dəmirçi kəndində rəfiqəsigildə qaldığını, 15 iyun 2024-cü il tarixdə Şəxs yaşadığı evə getdiyini və ona əşyalarını götürəcəyi barədə xəbər verdiyini, Şəxs ona həmin əşyaları verməyəcəyini bildirdiyini, lakin Mərhəmət Sadiqovun onun əşyalarını evdən gətirdiyini və avtomobilə yerləşdirdiyini, Şəxs, onun bacısı Məleykə Nəcəfovanın, digər bacısı Gülana Tahirovanın, Məleykə Nəcəfovanın övladı Elçin Nəcəfovun, qonşuları Valeh adlı şəxsin onun əşyalarını avtomobildən yerə dağıtdıqlarını, buna görə aralarında mübahisə olduğunu, mübahisə vaxtı Şəxs, Məleykə Nəcəfovanın, Gülana Tahirovanın, Elçin və Ələmdar Tahirovun, eyni zamanda qonşuları Valeh adlı şəxsin və onun həyat yoldaşı Səkinə adlı şəxsin onun bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarət yetirdiklərini, sonra özünün qaçaraq yola çıxdığını, tanımadığı şəxsin idarə etdiyi avtomobil ilə yaxınlıqda olan yanacaq doldurma məntəqəsinə getdiyini, eyni zamanda polis orqanlarına bu barədə məlumat verdiyi üçün onların həmin yanacaq doldurma məntəqəsinə gəldiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında Şərur rayon Çomaxtur kəndində yaşadığını, 15 iyun 2024-cü il tarixdə bacısı Şəxs narahat olduğunu eşitdiyini, övladı Ələmdar Tahirov və bacısı Məleykə Nəcəfova ilə birlikdə Səmadənin yaşadığı evə getdiyini, Səmadənin həmin vaxt huşsuz vəziyyətdə olduğunu, Səmadənin övladı Mərhəmətlə mübahisə etdiyini, təcili yardım avtomobilinin çağırıldığını və həkimlərin Səmadəyə yardım etdiklərini, bir müddət sonra Səmadənin özünə gəldiyini, özünün də bacısı və övladı ilə bir müddət orada qaldığını sonra isə yaşadıqları evə qayıtdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında Şərur rayon Çomaxtur kəndində yaşadığını, 15 iyun 2024-cü il tarixdə xalası Şəxs narahat olduğunu eşitdiyini, özünün anası Gülü və xalası Məleykə ilə Səmadənin qaldığı evə, Şərur rayon Mahmudkənd kəndinə getdiyini, oraya çatanda Səmadəni narahat vəziyyətdə gördüyünü, onun üçün təcili yardım avtomobili çağırıldığını və həkimlərin ona tibbi yardım göstərdiklərini, bir müddət sonra özünə gəldiyini, onun övladı Mərhəmət Sadiqovla mübahisə edərək əsəbləşdiyini öyrəndiklərini, Mərhəmətin Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğunu və bu halın Səmadəni narahat etdiyini, orada olduqları müddətdə xalasıoğlu Elçinin Mərhəmətə irad bildirdiyini, lakin onu vurmadığını, özlərinin də bir müddət qaldıqdan sonra oradan çıxdıqlarını bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 1189 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət sol bazusunda qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 iyun 2024-cü il tarixdə Şərur rayon Mahmudkəndində Bərdə rayon sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Səmadə Bəbir qızı 15 iyun 2024-cü il tarixdə Şərur rayon Mahmudkəndində Bərdə rayon sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də X6 həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar