Məhkəmə qərarları › İş №3(110)-213/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-213/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-213/2024 06.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, xx.xx.1993-cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur şəhərində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: 3UTB883) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi, Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs 28 iyul 2024-cü il tarixdə Şərur şəhərində Nar marketin qarşısında Milliön aparatına qəsdən ziyan vurmaqla təqsirli bilinərək, barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən 09 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasınıa gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eyni zamanda məhkəmə iclasının təxirə salınması barədə Şəxs məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə X2 iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqan Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, onun 2024-cü il tarixdə cəzaçəkmə müəssisəsindən azad olub Şərur şəhərinə gəldiyini, onun spirtli içkiləri tez-tez qəbul etdiyini, 28 iyul 2024-cü il tarixdə təxminən saat 11 radələrində onun yaşadığı evdən çıxıb Şərur şəhərində dolanmağa başladığınıə, Şərur şəhərində yerləşən marketlərin birinə daxil olub 2 şüşə pivə aldığını və həmin pivələri içdikdən sonera onun mobil telefonunun balansını artırmaq üçün Şərur şəhərinin mərkəzi küçələrindən birində yerləşən “Nar” adlı marketin önünə getdiyini və orada yerləşən “milliön” adlı ödəmə terminalına yaxınlaşdığını və orada mobil nömrəsini yazıb pul daxil etmək istədiyini, lakin ödəmə terminalında olan müvəqqəti nasazlığa görə terminalın pulu qəbul etmədiyini, buna görə onun eyni əməliyyatı 3-4 dəfə təkrarladığını və sonuncuda da terminal pulu qəbul etməyincə onun əsəbiləşdiyini və terminalı ekran hissəsinə yumruqla zərə endirdiyini, bundan sonra terminalın aşağı hissəsinə təpiklə və yenidən ekran hissəsinə zərbələr endirdiyini, onun terminala zərbə endirdikdən sonra oradan uzaqlaşıb Şərur şəhərində yerləşən futbol meydançasının yanına getdiyini və adını bilmədiyi şəxslərlə yenidən spirtli içki qəbul etməyə başladığını, daha sonra onu Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının izahat vermək üçün Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin Şərur Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, "xxxx" MMC şirkəti Azərbaycan Respublikasında elektron ödəmələr və onların texniki təminatı üzrə aparıcı şirkətdir. Respublika və şəhər İcra Hakimiyyəti, "xxxx" MMC və özəl müəssisələrin razılığı əsasında sərnişin avtobusları dayanacaqlarında, metropolitendə, müəssisələrdə kartomat ödəmə terminalı aparatları quraşdırılmışdır. Vətəndaşlar və ödəmə aparatlarına texniki xidmət göstərən əməkdaşlarımız, aparatlara qanunsuz müdaxilə və yaxud onların zədələnməsi halları ilə rastlaşaraq, hadisə barədə şirkətə məlumat təqdim edirlər. 28 iyul 2024-cü il tarixlərində şirkətin əməkdaşları bildirmişdilər ki, naməlum şəxslər X1 ünvan 2 ünvanında “Nar” marketin qarşısında küçədə quraşdırılmış 53115 saylı ödəmə terminalı aparatının şüşəsinə zərbə endirərək 450 manat dəyərində sensor şüşəni və 520 manat dəyərində qiyməti olan monitoru zədələyərək sındırmışdılar. Ödəmə terminalının zədələnməsi nəticəsində şirkətə 670 manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə nəticəsində ödəmə aparatının fəaliyyəti pozulmuş, vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Hadisə barədə sizə məlumat verərək, qabaqlayıcı tədbirlərin görülməsini, ödəmə terminalı aparatını zədələnmiş şəxslərin tapılmasını, məsuliyyətə cəlb edilməsini və şirkətə dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərməyinizi xahiş edirik. İş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə AR CPM-nin 39.1.2-ci maddəsi cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 28 iyul 2024-cü il tarixdə Şərur şəhərində Nar marketin qarşısında Milliön aparatına qəsdən ziyan vurmaqla təqsirli bilinmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. "xxxx" MMC-nin Təhlükəsizlik Departamentinin rəhbəri xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində xx.xx.2024-cü il tarixdə naməlum şəxs Naxçıvan Muxtar Respublikası, ünvan 3 ünvanında “Nar” marketin qarşısında quraşdırılmış "xxxx" şirkətinin 53115 №li ödəmə aparatının ekranına zərbə endirərək sensor çüçəni və monitoru zədələyərək şirkətə 670 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2024-cü il tarixdə Şirkət PPO- SEC/1183/2024 №li məktubla hadisə barədə Şərur Rayon Polis İdarəsinə məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə ödəmə aparatını zədələmiş şəxs Şəxs 670 manat ödəyərək şirkətə vurduğu maddi ziyanın əvəzini tam ödəmişdir. Vurulmuş maddi ziyanın tam ödənilməsini nəzərə alaraq, şirkətin Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsini iş materialında olan sübutlarla qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 39.2-ci maddəsinə əsasən həmin Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; - 114.1 və 114.1.4 -cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs PashaPay MMC ilə barışdığından və vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2232-1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 39, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar