Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-214/2024 12.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1972-ci ildə Şərur rayon Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran və Şərur şəhərində yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs1 döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında qardaşı Samil Seyidovun həyat yoldaşı Qanuni nümayəndə ilə boşandığını, onların 3 övladları olduğunu, qardaşı və onun böyük övladının onlarla yaşadığını, digər iki övladlarının isə Qanuni nümayəndə ilə birlikdə yaşadıqlarını, hadisə olan gün anasının ona Samil Əliyevin ikinci övladı Zərərçəkmiş şəxs1 yaşadıqları evdən 100 manat pul götürdüyünü bildirdiyini, özünün də onun yaşadığı evdən pul götürməsinə əsəbləşdiyini və Qanuni nümayəndə yaşadığı evə getdiyini, Qanuni nümayəndə evdə olmadığını, övladlarının isə evdə olduğunu, onların həyətdə oynadığını, onun Zərərçəkmiş şəxs1 yaşadığı evdən pul götürüb-götürmədiyini soruşduğunu, onun isə ona yaşadığı evdən pul götürmədiyini bildirdiyini, bu zaman onun üz nahiyəsindən sillə ilə vurduğunu, həmin vaxt onun bacısı Zərərçəkmiş şəxs2 da evdə olduğunu, lakin Zərərçəkmiş şəxs2 vurmadığını, sonra oradan çıxıb yaşadığı evə gediyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs1 izahatında anası və atasının bir neçə il əvvəl boşandığını, anası ilə birlikdə yaşadığını, 06 iyul 2024-cü il tarixdə anasının işdə olduğunu, özünün də yaşadıqları məhəllədə qonşularının evinin həyətyanı sahəsində uşaqlarla oynadığını, bu zaman əmisi Şəxs onun yanına gəldiyini, o gəldikdən onun yaşadığı evdən pul oğurladığını bildirdiyini, özünün də ona onun yaşadığı evdən heç nə oğurlamadığını bildirdiyini, bundan sonra Şəxs onu döyməyə başladığını, onun bədəninin müxtəlif nahiyələrindən vurduğunu, eyni zamanda əmisinin onun böyrünün sol nahiyəsindən təpiklə vurduğunu, sonra bir neçə nəfər şəxsin onu tutub kənarlaşdırdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 izahatında anası və atasının bir neçə il əvvəl boşandığını, anası ilə birlikdə yaşadığını, 06 iyul 2024-cü il tarixdə anasının işdə olduğunu, özünün də yaşadıqları məhəllədə qonşularının evinin həyətyanı sahəsində uşaqlarla oynadığını, qardaşı Zərərçəkmiş şəxs1 da onun yanında olduğunu, bu zaman əmisi Şəxs onun yanına gəldiyini, o, gəldikdən qardaşı Zərərçəkmiş şəxs1 onun yaşadığı evdən pul oğurladığını bildirdiyini, buna görə onun Zərərçəkmiş şəxs1 döyməyə başladığını, qışqıraraq onun qardaşını döyməməsini istədiyini, bu zaman əmisinin onun saçından yolduğunu sonra buraxdığını, axşam anası gəldikdən sonra onlar ona bu barədə məlumat verdiklərini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında hadisə olan gçünü özünün işdə olduğunu, axşam evə gələrkən uşaqlarının yatdığını gördüyünü, bu zaman qızının oyandığını, əmisinin onu və qardaşını döydüyünü dediyini, buna inanmasada uşağın paltarını qaldırıb bədəninə baxdıqda bədənini görəydiyini gördüyünü, gecə vaxtı heç nə edə bilmədiyini, səhər qonşu onun qapısını döyərək uşaqların əmisinin uşaqları döydüyünü dediyini, bundan sonra uşaqları götürərək Şərur Rayon Polis idarəsinə getdiyini, oradanda ekspertizadan keçmək üçün onları Naxşıvan şəhərinə göndərdiklərini, orada oğlunun həqiqətəndə döyülməsi öz təsdiqini tapdığını, uşaqların əmisindən şikayətçi olduğunu, onunla barışmadıqlarını qeyd edərək məhkəmədən onun cəzalanmasını xahiş etmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 13 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət sağ bel nahiyyəsindən qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. -xx.xx.2024-cü il tarixli, 14 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Qanuni nümayəndə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur şəhərində Zərərçəkmiş şəxs1 döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərinin, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs1 döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti halı, məsuliyyəti yüngülləşdirən halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-214/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-214/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver