Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-214/2025 15.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X11 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin X7 sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şərur rayonu, Şəhid Məmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olan və yaşayan Şəxs (Fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şərur RPİ-nin İbadulla Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin X7 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 14 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 14 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 07 iyul 2025-ci il tarixdə X1 RPİ-yə ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Şəxs tərəfindən “Tik-Tok” sosial şəbəkəsində saxta profil ilə narahat edildiyi, tez-tez yolunu kəsdiyi, hədələdiyi üçün onun barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Müvafiq araşdırma aparıldıqdan sonra faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur RPİnin X7 sahə rəisi, polis leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi yarandığına görə 14 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur RPİ-nin X7 sahə rəisi, polis leytenantı X6 verdiyi izahatında 16 iyul 2025-ci il tarixdə X2 Şərur RPİyə ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Şəxs tərəfindən “Tik-Tok” sosial şəbəkəsində saxta profil ilə narahat edildiyi, tez-tez qarşısını kəsərək onu hədələdiyi üçün onun barəsində müvafiq tədbir görülməsini xahiş etdiyini, araşdırma aparıldıqdan sonra faktla bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbləri pozulduğuna görə 14 avqust 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında Şərur rayon Danyeri kəndində yaşadığını, yaşadığı kənd ərazisində fərdi təsərrüfatla məşğul olduğunu, təxminən 3 ay əvvəl keçmiş həyat yoldaşı X2 öz əl işlərini tanıtdığı “Tik-Tok” sosial şəbəkəsinə “Cəlilov Hüseyn” adlı saxta hesab açaraq mesaj yazdığını, özünü hərbi qulluqçu kimi tanıtdığını, həmin adla 5-6 gün söhbət etdiklərini, uşaqları öz himayəsinə götürmək üçün sübut toplamaq məqsədi ilə bunu etdiyini, sonra əməlindən peşman olub Həbibə Məmmədovanı bloka ataraq həmin hesabı sildiyini, parkda onu başqa şəxslə söhbət edərkən gördüyünü və buna görə onun qarşısını kəsərək belə hərəkətləri dayandırmasını bildirdiyini, Həbibə Məmmədovanın şikayətindən sonra Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahat vermək üçün Şərur Rayon Polis İdarəsinə dəvət edildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs: X5. xx.xx.1989-cu il tarixdə Şərur rayon Danyeri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaq anası, orta təhsilli, fərdi əməklə məşğul olan, Şərur rayonu, Danyeri kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 verdiyi izahatında Şərur rayon Danyeri kəndində yaşadığını, 2008-ci ildə Şəxs ilə ailə həyatı qurduqlarını, həmin nikahdan 3 övladının doğulduğunu, 2023-cü ildə həmin şəxslə nikahlarının pozulduğunu, həmin gündən keçmiş həyat yoldaşı tərəfindən şantaja məruz qaldığını, övladları ilə hədələndiyini, qarşısının kəsilərək təhqir edildiyini, kursa gedərkən kurs yoldaşlarının yanında onun qarşısını kəsərək təhdid etdiyini, başqa şəxslərə ona məxsus mobil telefon nömrəsini verdiyini, mobil telefon vasitəsi ilə videogörüntülərinin çəkildiyini, həmçinin “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə öz əl işlərini tanıtdığını, həmin sosial şəbəkə vasitəsi ilə keçmiş həyat yoldaşının “Cəlilov Hüseyn” adlı saxta hesab açaraq onu narahat etdiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini və ona əxlaqsız təkliflər etdiyini bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 14 avqust 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müxtəlif vaxt və yerlərdə keçmiş arvadı X4 qarşısını kəsərək hədəqorxu gəlmiş, onu təhqir etmişdir. Sonuncu dəfə “Tik-Tok” sosial şəbəkəsində yazaraq narahat edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmişin, şahidin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müxtəlif vaxt və ictimai yerlərdə keçmiş arvadı X4 qarşısını kəsərək hədə-qorxu gəlmiş, insanlar arasında onu təhqir etmişdir. Eyni zamanda “Tik-Tok” sosial şəbəkəsində yazaraq onu narahat etməklə əxlaqsız təkliflər etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 07 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə, eyni zamanda Şəxs özünün etirafedici ifadələri ilə sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-214/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-214/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver