Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-215/2025 27.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: oğlunun katibliyi, İnzibati tənbeh tətbiq etmə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi haqqında qərar qəbul etmiş Nazirliyi yanında X9 Xidmətinin orqanın səlahiyyətli sektor müdiri X8, nümayəndəsi: Barəsində inzibati xəta X3 iştirakları ilə haqqında iş üzrə qərar qəbul edilən şəxs: 07 iyun 1970-ci ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 3UTBQQH), evli, orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Vərməziyar kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN nömrəsi: **********) X3 Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2024-cü ilin dekabr ayından vergi ödəyicisi kimi VÖEN–********** nömrə ilə qeydiyyata alınaraq fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərir, hazırda iaşə obyekti işlətməklə yeddi nəfər işçi çalışdırır. xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin əməkdaşı tərəfindən ona zəng edilərək işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına görə icbari sığorta müqaviləsinin bağlanmasının vacibliyi bildirilib. Bununla əlaqədar olaraq, xx.xx.2025-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamış və ümumilikdə 120 manat məbləğində ödəniş etmişdir. Həmin gün o, Naxçıvan MR X9 Xidmətinin əməkdaşına zəng edərək icbari sığorta müqaviləsinin bağlandığını da bildirmişdir. Lakin buna baxmayaraq, elə həmin tarixdə – xx.xx.2025-ci ildə onun barəsində xəbərdarlıq edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, daha sonra isə xx.xx.2025-ci il tarixdə inzibati tənbeh tədbiri kimi 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə MN ******* nömrəli qərar qəbul edilmişdir. Şikayətçi qeyd etmişdir ki, göstərilən inzibati qərar ona yalnız xx.xx.2025-ci il tarixdə Vərməziyar kənd İcra Nümayəndəliyi tərəfindən təqdim edilmişdir. Buna görə də o, məhkəməyə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X12 verdiyi izahatında və ona ünvanlanan sualları cavablandırarkən icbari sığorta haqqında qanunun xx.xx.2011-ci il tarixdən qüvvədə olduğunu, bunun məqsədinin işçilərin peşə xəstəliklərindən qorunmasından ibarət olduğunu, istehsalat qəzası zamanı əmək münasibətində olan şəxsə təminat verildiyini, dəymiş zərərlə bağlı məsuliyyəti sığortanın ödədiyini, bu qanunun işəgötürəni bəzi məsuliyyətlərdən azad etdiyini, işçilərin əmək mqaviləsi bağlandığı andan sığortalandığını, bununla bağlı davamlı monitorinqlər aparıldığını, bu monitorinqlərin birində Nəzəni xanımın obyektində işçilərinin sığortalanmadığının aşkar oluduğunu, 2025-ci ilin iyul ayının 23-də yenə də sığortalanmadığının aşkar olunduğunu, və barəsində inzibati xəta vermə haqqında qərar qəbul ounduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş digər şəxslərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, AR ƏƏSMN yanında DƏMX tərəfindən ƏƏSMN-ə məxsus MEİS-də aparılmış monitorinq zamanı işəgötürən X5 tərəfindən 7 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyəti itirilməsi hallarından icbari sığortalanmaması halı müəyyən edilmişdir. Həmin protokola əsasən X5 protokolun surətini almamış və onun iştirakı olmadan protokolun tərtib edildiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X5 həmin qərarla Azərbaycan Respublikası İXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri X2 ilə X5 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyəti itirilməsi hallarından icbari sığorta müqavilə”sinin surətindən görünür ki, bu müqavilə tərəflər arasında xx.xx.2025-ci il tarixdə, saat 3:49-da müqavilənin qoşmasında göstərilən 7 işçinin həyat və sağlamlıqlarına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətlərinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar olaraq bağlanılmış, bu məqsədlə X5 tərəfindən ümumilikdə 120 manat məbləğində sığorta haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş məlumat vərəqəsindən (ekran görüntüsündən) görünür ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidməti tərəfindən müvafiq sistemdə sonuncu yoxlama xx.xx.2025-ci il tarixdə, ən tezi saat 5:50-də olmuşdur. Belə ki, həmin məlumat vərəqəsinin sağ alt küncündə saat və təqvim görünür. Təqvimin xx.xx.2025-ci il olması həmin ekran görüntüsünün sağ yuxarı küncündə olan təqvimlə təsdiq olunur. Saatın isə görüntüsü 5:5 kimi görünür. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin son yoxlama zamanı saat ən tezi 5:50 olmuşdur. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 istinad edilmiş və inzibati məsuliyyətə səbəb olmuş əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu X4 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Bu səbəbdən də, onun şikayəti təmin edilməklə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, həmin maddənin tövsifedici əlamətləri- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasından ibarətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsinin dispozisiyası işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması, yəni müvafiq icbari sığorta müqaviləsinin bağlanmaması halını nəzərdə tutur. Maddənin tövsifedici əlaməti – sığorta müqaviləsinin ümumiyyətlə bağlanmamasıdır. İş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi X5 xx.xx.2025-ci il tarixdə "xxxx" ASC ilə əmək müqaviləsi əsasında çalışdırdığı yeddi işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində icbari sığortalanması barədə müqavilə bağlamış və həmin gün sığorta haqqını (120 manat) tam ödəmişdir. Məhkəmə araşdırmasında tədqiq edilmiş sığorta müqaviləsinin surəti, qoşma siyahısı və ödəniş qəbzi bu faktı təsdiqləyir. Bundan əlavə, müqavilənin bağlanma vaxtı (xx.xx.2025-ci il, saat 03:49) ilə X9 Xidməti tərəfindən təqdim edilmiş monitorinq məlumatının vaxtı (xx.xx.2025-ci il, ən tezi saat 05:50) müqayisə edildikdə, məlum olur ki, sığorta müqaviləsi monitorinqin aparılmasından əvvəl bağlanmışdır. Buna görə də işçilərin həmin tarixdə sığortalanmaması barədə təqdim edilən protokol həqiqi faktlara uyğun deyil və inzibati məsuliyyətə səbəb ola biləcək halları özündə ehtiva etmir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 barəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən onun İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərkən onun əməllərində həmin maddənin tərkibi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim:
Məhkəmə qərarları › İş №3(110)-215/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-215/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver