Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-216/2023 25.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Şərur rayon Kürçülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, avtomobil təmirçisi işləyir, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Kürçülü kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Şərur rayon ərazisində xx.xx.2023-cü il tarixdə saxlanılaraq, məhkəmə narkoloji ekspertizasında narkotestdən keçirilmiş və nəticə müsbət müəyyən edilmişdir. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində Bulud xəstəxanasına getdiyini, 21 avqust 2023-cü il tarixində axşam saatlarında Kürçülü kəndinə qayıtdığını, 22 avqust 2023-cü il tarixdə kənddə olan zaman avtomobilinin yandığını gördüyünü, avtomobili söndürüb Şərur rayon Polis İdarəsinə məlumat verdiyini, polis əməkdaşlarının həmin yerə gəldiyini, birlikdə Şərur rayon Polis İdarəsinə getdiklərini, 23 avqust 2023-cü il tarixdə Polis əməkdaşlarının onu Naxçıvan şəhər Y.Budaqov adına X3 apardıqlarını, orada narko-test vasitəsiylə narkotik tərkibli vasitədən istifadə etməsinin müəyyən olunduğunu, onun indiyədək nakotik vasitələrdən istifadə etmədiyini, amma son zamanlar bel ağrılarından əziyyət çəkdiyi üçün tez-tez iynələrdən istifadə etdiyini, bəlkə də həmin iynələrin tərkibi narkotik tərkibli olduğu üçün onun sidik analizində MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar edildiyini bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 vermiş olduğu izahatında, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Şərur rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili X5 ona zəng edərək, Polis idarəsinə gəlməyimi, orada saxlanılan Şəxs narkotik vasitədən istifadə etməsi şübhəsi olduğundan onun Naxçıvan şəhər Y.Budaqov adına X1 narkotestdən keçirilməli olduğunu bildirdiyini, Şərur rayon Polis İdarəsinə getdiyini, həmin şəxsi Naxçıvan şəhər Y.Budaqov adına X3 apardığını, orada narko-test vasitəsilə onun həqiqətən də narkotik maddə qəbul etdiyinin müəyyən olunduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002774 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şərur rayon ərazisində xx.xx.2023-cü il tarixdə saxlanılaraq, məhkəmə narkoloji ekspertizasında narkotestdən keçirilmiş və nəticə müsbət müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0348 saylı "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 01 ədəd qara rəngli “Samsung Galaxy A10” markalı telefon, göy rəngli, 01 ədəd alışqan və qara rəngli 01 ədəd siqaret aşkar edilərək götürülmüş, daha sonra isə özünə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 0396 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X2 237 saylı, 24 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şəxs dispanserdə narko-test vasitəsiylə müayinə olundu, nəticədə MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar olundu, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs nakotik vasitələrdən istifadə etmədiyini bildirsədə, lakin ekspert rəyi ilə onun sidiyində MDMA (metilendioksimetilamfetamin) müsbət aşkar edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 21:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-216/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-216/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver