Məhkəmə qərarları › İş №3(110)-217/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-217/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-217/2023 28.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Şərur rayon Məmmədsabir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Məmmədsabir kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şərur rayon Qarxun kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Siyaqut kəndində yaşayan X2 kəndindən evlərinə qardaşı Quliyev Mahirin “Vaz 21-01” markalı avtomobili ilə apardığını, Şərur rayon Qarxun kəndində Yol Patrul Xidmətinin əməkdaşlarının onu saxladığını və yük yerini açdığını onların yüklərə baxıb yük olduğunu gördüklərini və o yükün maşın konstruksiyasında dəyişməsini aidiyyəti olmadığını, ondan sənədləri tələb etdiklərini və onun sənədlərin üzərində olmadığını bildirdiyini və sənədlərin qardaşının gətirməsini gözlədiyini bu zaman ona sürücülük vəsiqəsini verməsini dediyini, üzərində olmadığını telefonda olduğunu, onunsa ona inanmıram dediyini, o zaman Yol Patrul Xidmətinin avtomobilində sistem olduğunu sistemdə bax deməsini, onun isə sistem olmadığını deməsini, onun siz şəxsi maşında qeyru-qanuni post qurduğunu və onu qeyri-qanuni saxladığını, post olması barədə ondan sənəd tələb etdiyini və vəsqiəsini görmək istədiyini bildirdiyini, onların isə heç bir sənəd göstərə bilmədiyini , onun vəsiqəm mənim nişanımdır mən harda istəsəm post qurub istədiyi maşını saxlaya bilərəm dediyini, bundan sonra onun yaxınlaşıb telefonu maşından götürmək üçün qapını açdığını, onu itələməsini və qapıya dəyməsini arxaya döndüyü zaman isə əlini qatladığını bu zaman əlinin çıxmasını və əlinin qanadığını, yaxasından yapaşıb onu boğduqlarını bu zaman bacısının yaxın gəldiyini onu da itələdiklərini, hər ikisinin bunu zorakılıq olduğunu bildirdiklərini və hansı qanunda olduğunu soruşduğunu, onun isə mənə belə tapşırılıb yaxşı edirem gedin hara istəsəniz şikayət edin dediyini və onu təhqir etdiklərini, bir yumuruq da vuraram qalarsan yerdə dediyini sonra polis rəisinin gəldiyini maşını idarəyə sürməsini, onun maşını sürüb gətirib duracaqda saxladığını, rəisinin onu içəriyə qoymaq üçün göstəriş verdiyini, onların qolundan yapışıb itələdiyini, onun isə etiraz etdiyini, onun hara deyirsinizsə özünün gedə biləcəyini, telefonuna zəng gəldiyini, telefona baxan zaman telefonu əlindən almaq istədiyini, onun isə vermədiyini və növbətçiyə təhvil verdiyini, Şərur rayon Polis İdarəsində barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə, 17:30 radələrində Qarxun kənd yolunda xidmət apararkən **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Vaz 2101” markalı avto maşının zahiri görnüşü nasaz olduğu üçün tərəfindən tezl vasitəsi ilə saxlanıdığını yoxlama zamanı arxa burjun kəsik, arxa buferin olmadığını, texniki baxışdan keçmədiyini, sığortası olmadığını və etibarnaməsiz idarə etdiyi üçün duracağa yerləşdirilməsini xahiş və tələb etdiklərini bu zaman sürücü və yanında olan sərnişinin onlara söyərək, onları təhqir edərək iş yoldaşı X1 boğazından tutaraq, onu təkbətək çağırmasını dediyini, polis ən şərəfsiz peşədir, siz də şərəfsizsiniz, siz kimsiniz ki bura post qurub durubsunuz namussunuz ,qadının isə dayanmadan əlindəki çanta ilə Şirəliyev Orxanı vurmasını və təhqir etdiklərini, poisə tabe olmadığını və təhqir etdiklərini, bu zaman xidmət rəisi Roman Rzayevə zəng vuraraq kömək istədiklərini və rəisin 20-25 dəqiqə aralığında gəlməsini, ondan niyə polisin qanuni tələbinə əməl etmədiyini və duracağa getməsini tələb etdiyini və maşının duracağa gətirilməsini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X3 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə 17:30 radələrində Qarxun kənd yolunda xidmət aparan zaman **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Vaz 2101” markalı avto maşının zahiri görnüşü nasaz olduğu üçün tərəfindən saxlanıdığını, sürücüyə sizin maşının zahiri görkəmi pisdi, avtomobilin hər tərəfi zamuskoli arxa buferi kəsik. Arxa buferin olmamsı texniki baxışdan keçmədiyini, sığortası olmadığını və etibarnaməsiz idarə etdiyi üçün duracağa yerləşdirilməsini tələb etdiklərini, lakin sürücünün onlara tabe olmayaraq, saymamazlıq etdiyini və onlara siz kim bura posta verib, sizin xidməti maşınınız harda, siz mülki maşındasınız, ona piyada xidmət apardıqlarını izah etdiyini, ona tezl vasitəsilə dur işarəsi verməsini, onlara siz kimsiniz gedin işinizlə məşğul olun və dönüb maşına əyləşən zaman onun əlindən tutmasını, onun isə dönərək boğazından yapışdığını , bu zaman post yoldaşı Cəfərov Xəyalın sürücünün qolundan yapışaraq onu nizam intizama dəvət etdiyini, onun isə öz hərəkətlərinə davam etməsini, ünvanlarına nalayiq ifadələr işlətdiyini, təxminən 20-25 dəqiqə sonra rəis Roman Rzayevin gələrək ekipaj ilə maşını duracağa gətirdiklərini və onun raport ilə rəisə müraciət etdiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şərur rayon Qarxun kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0350 saylı şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokolundan görünür ki, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 01 bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüş, daha sonra isə özünə qaytarılmışdır. İş materiallarında olan 0620 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-də inzibati qaydada tutulmuşdur İş materialında olan xx.xx.2023-cü il tarixli 002786 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şərur rayon Qarxun kəndində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə Şəxs barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar