Məhkəmə qərarları › İş №3(110)-217/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-217/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-217/2024 12.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şərur rayon Oğlanqala kədində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq anası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Oğlanqala qeydiyyatda və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur rayon Siyaqut kənd sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında baldızı Səadət Dünyamalıyevanın 1-ci qrup əlil olduğunu, onu uzun müddət həyat yoldaşı ilə birlikdə saxladıqlarını, 2017-ci il tarixdə digər baldızı Zərərçəkmiş şəxs və onun həyat yoldaşı X14 Dünyamalıyevanı yaşadıqları evə apardığını, Xəqaninin onlara, maddi vəziyyətləri düzələnə kimi Səadəti saxlasınlar və pensiyasını alıb dolansınlar dediyini, o tarixdən sonra Səadət Dünyamalıyevanın bir neçə dəfə gah onlarda gah da Xəqanigildə qaldığını, təxminən 4 ay əvvəl Səadət Dünyamalıyevanın yaşadığı evə gəldiyini və onlarla birlikdə yaşamağa başladığını, Səadət Dünyamalıyevanın baxımı üçün ayrılan pulu isə Xəqanigilin aldığını, təxminən 10 gün əvvəl onların onun baxımı üçün ayrılan pulu kəsdirdiklərini və pulu Natiqin adına yazdırdıqlarını, iki gün əvvəl baldızı Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini, 06 iyul 2024-cü il tarixdə onun Natiqə yemək verdikdən sonra Səadətə yemək apardığını, orada Səadətə yemək vermək istəyən zaman Siyasətlə arasında mübahisə olduğunu, onun gətirdiyi yeməyi götürüb tulladığını, buna görə onunla arasında mübahisə olduğunu, onların səsli mübahisə etdiklərini, səslərin görə Natiq Dünyamalıyevin yanlarına gəldiyini, onun onu tutduğunu və kənara çəkdiyini, onun Natiq və övladıları ilə birlikdə evin ikinci mərtəbəsində yaşadığını, Səadət və Siyasət evin birinci mərtəbəsində qaldıqlarını, Natiqin onu kənara çəkdikdən sonra Siyasət qışqıra-qışqıra evdən həyətyanı sahəyə, oradan isə məhəlləyə çıxdığını, onun uca səslə Natiqlə onun onu döydüklərini dediyini, Natiqin getdiyini və onu tutduğunu və həyətə çəkmək istədiyini, Siyasətin, gəlmədiyini və qonşulardan birinin həyətinə getdiyini, bir müddət sonra Xəqaninin onlara gəldiyini, onunla aralarında səsli mübahisə olduğunu, Xəqaninin mübahisə vaxtı onun üz nahiyəsindən sillə ilə vurduğunu, sonra onun getdiyini, 07 iyul 2024-cü il tarixdə səhər saatlarında onun Natiqlə birlikdə yas yerinə getdiyini, bir müddət sonra onun yaşadığı evə gəldiyini, evə çatanda Xəqani və Siyasətin zorla Səadəti yaşadıqları evə apardığını gördüyünü, Səadətin qışqıra-qışqıra Natiqi çağırdığını, onun “ay Natiq, mən getmirəm, qoymayın məni aparsınlar” sözlərini dediyini, onun Natiqə zəng etdiyini və ona Xəqani ilə Siyasətin zorla Səadəti apardıqlarını bildirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Siyaqut kəndində yaşadıqlarını, bacısı X3 1-ci qrup əlil olduğunu, onun 2016-cı il tarixdən etibarən özünün yaşadığı evdə yaşadığını, özünün ona qulluq göstərdiyi üçün baxım pulu aldığını, təxminən 3 ay əvvəl bacısı Səadət Dünyamalıyeva ilə birlikdə qardaşı Natiq Dünyamalıyevin yaşadığı evə getdiyini və orada qaldığını, təxminən 3 gün əvvəl yaşadığı evə gəldiyini, təxminən 2 gün Siyaqutda qaldığını, sonra isə yenidən Oğlanqala kəndinə qayıtdığını, Natiq Dünyamalıyevin evin ikinci mərtəbəsində yaşadığını, özünün də bacısı ilə birlikdə həmin evin birinci mərtəbəsində qaldığını, 06 iyul 2024-cü il tarixdə axşam saatlarında Natiqin arvadı Şəxs qaldıqları birinci mərtəbəyə gəldiyini və onunla aralarında mübahisə olduğunu, mübahisəyə səbəb Səadət Dünyamalıyevaya qulluq etdiyi üçün baxım pulunu almağı olduğunu, sonra Natiqin də yanlarına gəldiyini və mübahisəyə qoşulduğunu, hər ikisi birlikdə onu döyməyə və evdən qovmağa başladıqlarını, onu həyətdən çıxardıqlarını, oradan çıxdıqdan sonra həyat yoldaşı Xəqani Yusifova zəng etdiyini, qardaşı və onun arvadının onu döyərək küçəyə atdıqlarını dediyini, Xəqaninin gəlib onu qonşudan götürərək Şərur rayon Mərkəzi xəstəxanasına apardığını, orada ona tibbi yardım göstərdikdən sonra Xəqani onu yaşadıqları evə apardığını, 07 iyul 2024-cü il tarixdə Xəqani Yusifovla yenidən həmin evin həyətyanı sahəsinə yığdığı əşyaları içəri yığmaq üçün evə gəldiklərini, bu zaman bacısı Səadət Dünyamalıyevanın ayaqyolunda yıxıldığını gördüyünü, onun yanına getdiyini, həmin vaxt evdə heç kimin olmadığını, Səadətin onunla getmək istədiyini bildirdiyini, onu yaşadıqları evə apardıqlarını, bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 izahatında baldızı X4 1-ci qrup əlil olduğunu, onun 2016-cı il tarixdən etibarən onun yaşadığı evdə yaşadığını, həyat yoldaşı Zərərçəkmiş şəxs ona qulluq göstərdiyi üçün baxım pulu aldığını, təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs Səadət Dünyamalıyeva ilə birlikdə qaynı Natiq Dünyamalıyevin yaşadığı evə getdiyini və orada qalmağa başladıqlarını, təxminən 3 gün əvvəl Siyasətin yaşadığı evə gəldiyini, lakin 2 gün sonra Oğlanqala kəndinə qayıtdığını, 06 iyul 2024-cü il tarixdə axşam saatlarında Siyasətin ona zəng etdiyini, Natiqin və Aytənin onu döyərək evdən qovaladıqlarını bildirdiyini, onun həmin evə getdiyini, Natiqdən Siyasətin harada olduğunu soruşduğunu, onun isə ona Siyasətin qonşulardan birinin yaşadığı evə getdiyini bildirdiyini, onun həmin məhəllədə Siyasəti gördüyünü və onu götürüb xəstəxanaya getdiyini, oradanda evə getdiklərini, 07 iyul 2024-cü il tarixdə onun Zərərçəkmiş şəxs ilə birlikdə Natiq Dünyamalıyevin yaşadığı evə getdiyini, bu zaman baldızı Səadət Dünyamalıyevin ayaqyolunda yıxıldığını gördüklərini, Siyasətin onun yanına getdiyini, həmin vaxt evdə heç kimin olmadığını, Səadətin yaşadığı evə getmək istədiyini bildirdiyini, onların onu özləri ilə yaşadığı evə apardıqlarını bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 05 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət ovcunda sıyrıq və kürək nahiyyəsində əzilmiş yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur rayon Siyaqut kənd sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; - Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 8 nömrəli arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs, həqiqətən xx.xx.2024-cü il tarixdə “Şərur rayon X16” PHŞ-nin Təcili Yardım şöbəsində müayinədə olmuşdur və ona sağ ovuc sıyrılmış yara, kürək nahiyyəsində əzilmiş yara diaqnozu qoyulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur rayon Siyaqut kənd sakini Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etmişdir, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar