Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-218/2023 28.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Şərur rayon Qarxun kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə X7 ilə savaşıb. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Qarxun kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə Şərur şəhəri ərazisində yerləşən ət bazarının aşağısında yerləşən çayxanada pivə içdiyini, həmin vaxt əvvəlcədən tanışı olan Şərur rayon Məmmədsabir kənd sakini Asəf adlı şəxsin yanında tanımadığı bir şəxslə başqa stolda araq içdiklərini, saat təxminən 23:00 radələrində Asəfin ona həmin çayxanadan çıxaraq Şərur şəhərində yerləşən “Elvin” restoranına getməyi təklif etdiyini, onun razılaşdığını, Asəfin onun və tanımadığı şəxsin birlikdə “Elvin” retoranına getdiklərini, restoranda pivə içdiklərini, saat 03:00 radələrində restorandan çıxmaq qərarına gəldiklərini və 87 manat hesab gəldiyini, onun onlara hər birimizin 28 manat verməsini təklif etdiyini, Asəf və yanındakı şəxsin üzərilərində pul olmadığını bildirdiklərini, onun restoranın sahibi ilə danışıb pulu adına yazdıracağını və bazar günü birlikdə ödəyəcəklərini bildirdiyini, onların onunla razılaşdığını, resoranın sahibi Baba adlı şəxslə danışıb pulu bazar günü ödəyəcəyini bildirdiyini, onun onunla razılaşdığını və onların restorandan çıxdıqlarını, Şərur şəhərində yerləşən univermağın yanından keçən zaman Asəfin yanında olan şəxs 15 manat pul verəcəyini bildirdiyinionun ona hər birinə 28 manat düşdüyünü bildirdiyini, bu vaxt sonradan adının Emin olduğu bildiyi şəxsin erstorana pul verən şəxsə söyüş söydüyünü, onun əli ilə onun ağzından tutaraq söyüş söymə polis idarəsinin yanından keçirik dediyini, bu vaxt Eminin ona çox pis nalayiq ifadə işlədərək yumruqla dodağından vurduğunu və dodağının qanamağa başladığını, Eminin ona “səni bıçaqla deşərəm” dediyini, bu vaxt Eminin onu yumuruqla vurduğu üçün əsəbləşərək onu yumruqla vurduğunu və Eminin ona yenədə söyüş söydüyünü, bu zamanda əsəbləşərək ona 2 şillə vurduğunu, Asəfin onları aralaşdırdığını, daha sonra onların yanından çıxaraq Şərur rayon Qarxun kəndinə yerləşən evinə getdiyini, Eminin təqsiri ucbatından bu hadisə baş versədə, etdiyi hərəkətdən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında xx.xx.2023-cü ildə saat 23:00 radələrində Mahmudov Eminin ona zəng edərək pivə içməyi dediyini, onun ona bazarın yanına gəlməsini dediyini, onların bazarın yanında çayçıda görüşdüyünü, Elvin restoranına getmək barədə razılaşdıqlarını, həmin vaxt mülkidən tanıdığı Elvinin ona mən də sizlə gəlim dediyini, ona gəl dediklərini, üçünün bir yerdə “Elvin” restoranına getdiklərini, pivə içməyə başladıqlarını, gecə yarısından sonra saat 03:00 radələrinə durmaq istədiklərini, hesabın 87 manat gəldiyini, Elvinin adama 28 manat düşür dediyini, Eminin 15 manat verəcəm dediyini, onların isborlaşdıqlarını, onların oradan çıxdığını, niversam adlı xırdavat mağazasının yanında Elviin əsəbləşib Eminin sifətindən vurmağa başladığını, Eminin yerə yıxıldığını, onun Elvini tutduğunu, onları ayırdığını, Elvini götürüb oradan uzalaşdığını, Eminində ayağa durub getdiyini, təxminən yarım saat sonra Eminə zəng edərək harda olduğunu soruşduğu, amma Eminə zəng çatmadığını, səhəri günü Eminin işə getmədiyini eşitdiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını dinləyərək hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. . Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Muğancıq Mehrab kənd sakini X5 döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş 12 iyul 2023-cü il tarixli, 846 nömrəli ekspert rəyindən görünür ki, X3 bədən səthi üzərindəki xəsarətlər: görmə orqanlarının küt travmaları, hər iki gözün qapaqlarının dərsinin qançırı, dərialtı hematoması və subkonyuktival qansızma əlamətləri ilə periobtial nahiyyənin küt travması, sol qulaq seyvanında sıyrılmış yara. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir və eləcədə qərarın təsviri hissəsində göstərilmiş hadisələrin nəticəsində əmələ gəlməsi mümkündür. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olmadığı üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılan 276 saylı material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 002784 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X4 Emin Valeh oğlu ilə savaşıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-218/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-218/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver