Məhkəmə qərarları › İş №3(110)-218/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-218/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-218/2024 12.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli 3 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur rayon Siyaqut kənd sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək döymüşdür, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Oğlanqala kəndində yaşadığını, bacısı Səadət Dünyamalıyevanın 1-ci qrup əlil olduğunu, onu uzun müddət həyat yaldaşı ilə birlikdə saxladıqlarını, 2017-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs və onun həyat yoldaşı X11 Dünyamalıyevanı yaşadıqları evə apardıqlarını, onun maddi vəziyyətlərinin düzələnə kimi onu saxlamaqlarını və pensiyasını alıb dolanmaqlarını dediyini, o tarixdən sonra Səadət Dünyamalıyevanın bir neçə dəfə gah onlarda gah da Xəqanigildə qaldığını, təxminən 4 ay əvvəl Səadət Dünyamalıyevanın yaşadığı evə gəldiyini və onlarla birlikdə yaşamağa başladığını, Səadət Dünyamalıyevanın baxımı üçün ayrılan pulu isə Xəqanigilin aldığını, təxminən 10 gün əvvəl onun baxımı üçün ayrılan pulu kəsdirdiklərini və pulu onun adına yazdırdıqlarını, iki gün əvvəl Zərərçəkmiş şəxs yaşadığı evə gəldiyini, 06 iyul 2024-cü il tarixdə evdə yemək yeyən zaman X6 üçün yemək apardığını, onun Aytən və övladları ilə birlikdə evin ikinci mərtəbəsində yaşadığını, Səadətin və Siyasətin evin birinci mərtəbəsində qaldıqlarını, Aytənin yemək apardıqdan sonra onunla Siyasət arasında mübahisə olduğunu, özünün dərhal onun yanına getdiyini, oraya çatanda Siyasətlə Aytən arasında mübahisə olduğunu gördüyünü, onların səsli mübahisə etdiklərini, Aytəni tutduğunu və kənara çəkmək istədiyini, Siyasətin qışqıra-qışqıra evdən həyətyanı sahəyə, oradan isə məhəlləyə çıxdığını, onun uca səslə onun onu döydüyünü dediyini, məhəllə sakinləri onun səsini eşitməsin deyə onu tutub həyətə çəkdiyini, onun gəlmədiyini və qonşulardan birinin həyətinə getdiyini, bir müddət sonra Xəqaninin onlara gəldiyini, Onunla aralarında səsli mübahisə olduğunu, Xəqaninin mübahisə vaxtı Aytəni sillə ilə vurduğunu, sonra onun getdiyini, 07 iyul 2024-cü il tarixdə səhər saatlarında özünün Aytənlə birlikdə yas yerinə getdiyini, bir müddət sonra Aytənin mobil telefonuna zəng etdiyini və Xəqani ilə Siyasətin Səadəti zorla yaşadıqları evə apardıqlarını bildirdiyini, onun evə getdiyini və Səadəti apardıqlarını öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Siyaqut kəndində yaşadıqlarını, bacısı X1 1-ci qrup əlil olduğunu, onun 2016-cı il tarixdən etibarən özünün yaşadığı evdə yaşadığını, özünün ona qulluq göstərdiyi üçün baxım pulu aldığını, təxminən 3 ay əvvəl bacısı Səadət Dünyamalıyeva ilə birlikdə qardaşı Şəxs yaşadığı evə getdiyini və orada qaldığını, təxminən 3 gün əvvəl yaşadığı evə gəldiyini, təxminən 2 gün Siyaqutda qaldığını, sonra isə yenidən Oğlanqala kəndinə qayıtdığını, Şəxs evin ikinci mərtəbəsində yaşadığını, özünün də bacısı ilə birlikdə həmin evin birinci mərtəbəsində qaldığını, 06 iyul 2024-cü il tarixdə axşam saatlarında Natiqin arvadı Aytən Dünyamalıyevanın qaldıqları birinci mərtəbəyə gəldiyini və onunla aralarında mübahisə olduğunu, mübahisəyə səbəb Səadət Dünyamalıyevaya qulluq etdiyi üçün baxım pulunu almağı olduğunu, sonra Natiqin də yanlarına gəldiyini və mübahisəyə qoşulduğunu, hər ikisi birlikdə onu şillə ilə üz nahiyəsindən, təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmaqla döyərək evdən qovduqlarını, onu həyətdən çıxardıqlarını, oradan çıxdıqdan sonra həyat yoldaşı Xəqani Yusifova zəng etdiyini, onun gəldiyini və xəstəxanaya və oradanda yaşadığı evə apardığını, 07 iyul 2024-cü il tarixdə Xəqani Yusifovla yenidən həmin evin həyətyanı sahəsinə yığdığı əşyaları içəri yığmaq üçün evə gəldiklərini, bu zaman bacısı Səadət Dünyamalıyevanın ayaqyolunda yıxıldığını gördüyünü, onun yanına getdiyini, həmin vaxt evdə heç kimin olmadığını, Səadətin yaşadığı evə getmək istədiyini bildirdiyini, onu özləri ilə yaşadıqları evə apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 izahatında baldızı X2 1-ci qrup əlil olduğunu, onun 2016-cı il tarixdən etibarən onun yaşadığı evdə yaşadığını, həyat yoldaşı Zərərçəkmiş şəxs ona qulluq göstərdiyi üçün baxım pulu aldığını, təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs Səadət Dünyamalıyeva ilə birlikdə qaynı Şəxs yaşadığı evə getdiyini və orada qalmağa başladıqlarını, təxminən 3 gün əvvəl Siyasətin yaşadığı evə gəldiyini, lakin 2 gün sonra Oğlanqala kəndinə qayıtdığını, 06 iyul 2024-cü il tarixdə axşam saatlarında Siyasətin ona zəng etdiyini, Natiqin və Aytənin onu döyərək evdən qovaladıqlarını bildirdiyini, onun həmin evə getdiyini, Natiqdən Siyasətin harada olduğunu soruşduğunu, onun isə ona Siyasətin qonşulardan birinin yaşadığı evə getdiyini bildirdiyini, onun həmin məhəllədə Siyasəti gördüyünü və onu götürüb xəstəxanaya getdiyini, oradanda evlərinə getdiklərini, 07 iyul 2024-cü il tarixdə onun Zərərçəkmiş şəxs ilə birlikdə Şəxs yaşadığı evə getdiyini, bu zaman baldızı Səadət Dünyamalıyevin ayaqyolunda yıxıldığını gördüklərini, Siyasətin onun yanına getdiyini, həmin vaxt evdə heç kimin olmadığını, Səadətin yaşadığı evə getmək istədiyini bildirdiyini, onların onu özləri ilə yaşadığı evə apardıqlarını bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 05 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət ovcunda sıyrıq və kürək nahiyyəsində əzilmiş yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur rayon Siyaqut kənd sakini Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində Şərur rayon Siyaqut kənd sakini Zərərçəkmiş şəxs döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar