Məhkəmə qərarları › İş №3(110)-219/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-219/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-219/2025 01.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: ğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş orqanın Şərur Rayon Polis X13 Polis səlahiyyətli nümayəndəsi: Bölməsinin nümayəndəsi X2 Barəsində inzibati xəta X4 iştirakları ilə haqqında iş üzrə qərar qəbul edilən şəxs: xx.xx.1952-ci ildə Şərur rayonunun Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 273EFMB), evli, ali təhsilli, yaşayış yeri üzrə Şərur rayonunun Qarxun kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, pensiyaçı X4 Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ N29991784 №-li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, EQ N 29991784 №-li inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə ona məxsus olan “Ford fusion” markalı, ** BJ *** dövlət nömrə nişanlı minik avtomobilinə Şərur rayon Polis İdarəsinin DYPB-nin EQ N-29991784 saylı X8 protokol tərtib edilmişdir. Bu əsasa görə elektron bildiriş gələrək 72 (yetmiş iki) manat cərimə edilmişdir. Şikayətçi qeyd etmişdir ki, həmin gün özü xəstə olduğuna görə evdə olmuş, avtomobildən istifadə etməmişdir. Protokolun hansı əsasla onun adına tərtib edildiyi barədə məlumat verilməmişdir. Ödəniş barədə SMS onun oğlu X3 telefonuna daxil olduqdan sonra vəziyyətdən xəbər tutmuşdur. Şikayətçi bu məsələ ilə bağlı Şərur rayon DYPB-nin rəisinin qəbulunda olmuş, ona oğlunun yol hərəkəti qaydasını pozaraq yolun hərəkət hissəsində saxladığı üçün cərimələndiyi bildirilmişdir. Şikayətçi bildirmişdir ki, həmin vaxt yolun hərəkət hissəsində iri həcmli yük avtomobili (tır) dayanaraq alverlə məşğul olmuş, oğlu isə oradan bir kisə soğan almış və yeri tərk etmişdir. Niyə görə həmin yük maşınının yol hərəkət hissəsində dayanmasına şərait yaradıldığı, lakin ondan mal alan vətəndaşın cərimələndiyi sualını vermişdir. Rəis isə yük maşınının bazar ərazisində dayandığını bildirmişdir. Şikayətçi isə bu izahatı əsassız hesab edir, çünki həmin yerdə çəkilmiş fotoşəkillər də mövcuddur. Onun fikrincə, yolun böyük hissəsini zəbt etmiş yük avtomobilinə göz yumulduğu halda, oradan alış-veriş edən vətəndaşın cərimələnməsi qanunsuzdur. Məhkəmə iclasında barəsində X8 iş üzrə qərar qəbul edilən X9 şikayətin məzmununa uyğun izahat verərək, oğlu X3 hadisə baş verən zamanı Şərur şəhərində Bazar deyilən yerdə dayanmış TR-dan kartof almaq üçün idarə etdiyi avtomobili yolda saxladığını, bu zaman 50 manat pulun xırdalanması üçün ərazidən uzaqlaşdığını, oğlunun olmadığı vaxtda isə polislərin avtomobilə cərimə yazdıqlarını bildirərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X8 protokol tərtib etmiş Şərur rayon Polis İdarəsinin Dövlət X10 nümayəndəsi X5 verdiyi izahatında və ona ünvanlanan sualları cavablandırarkən şikayətçinin qeyd etdiyi TR-ın durduğu yerin Şərur şəhərində yerləşən yaşıl bazarın park zonası olduğunu, lakin şikayətçinin oğlunun idarə etdiyi iddia olunan avtomobilin durduğu yerin cəmi iki hərəkət zolağından ibarət olan yolun Bazara tərəfə olan istiqamətdə yolun sağ zolağı olduğunu, həmin avtomobilin arxa tərəfində 2-3 metrliyində piyada keçidinin olduğunu, avtomobilin həmin hərəkət zolağında durmaqla yol hərəkəti iştirakçıları üçün maneə yaratdığını, bunda qanunla qadağan edildiyini, onun avtomobili yolun hərəkət hissəsində saxladığını, həmin ərazidə yolun hərəkət hissəsi ilə parklanma zonasının sarı xətlərlə ayrıldığını, tırın sarı xətlə hərəkət hissəsindən ayrılmış park ərazində olduğunu, hərəkətə maneəçilik törətmədiyini bildirmiş, hadisə baş verən zaman sürücü avtomobilin yanında olmadığından və iş üzrə yetərli sübutlar mövcud olduğundan avtomobilin Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində X8 iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş digər şəxsin izahatını, o cümlədən X8 iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tərtib olunmuş elektron protokoldan görünür ki, X9 “Ford Fusion” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Yol hərəkəti haqqında” Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozmaqla dayanmışdır. Avtomobilin cərimələri ilə bağlı çıxarışdan görünür ki, X4 barəsində EQ 29991784 nömrəli qərarla 72 manat cərimə tənbehi tətbiq edilmişdir. DİN-nin elektron məlumat sistemindən əldə edilmiş çıxarışdan görünür ki, “Ford Fusion” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6r və onun tərəfindən X7 etibarnamə verilmişdir. İş materiallarında olan DVD-in tədqiqi zamanı müəyyən olunmuş hallar X2 verdiyi izahatı ilə üst-üstə düşür. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 istinad edilmiş və inzibati məsuliyyətə səbəb olmuş əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu X7 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də, onun şikayəti təmin edilməməli, Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ N 29991784 №-li inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV hissəsinə əsasən aşağıdakı yerlərdə dayanma qadağandır: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7)dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə; 10) 3.27 yol nişanının və 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV-İ hissəsinə ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Həmçinin həmin qanunun Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır: 1) dayanmanın qadağan edildiyi yerlərdə; 2) yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə; 4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; 5) girişin, habelə darvaza qarşısında; 6) 3.28 yol nişanınınvə 1.10 nişanlanma xəttinin təsir zonalarında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İnzibati Xətalar Məcəlləsinin 124.5 -ci maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Həmin məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4– 346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Şərur Rayon Polis İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli, EQ N29991784 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar